Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


28.12.2022  18:20 

Əsl İslam haradadır?





A+  A-

İslam ölkələrində qadınların çıxılmaz durumda olması ilə bağlı bir şey yazan kimi biriləri özünün ortaya atır ki, bu, əsl islam deyil.

Bildiyim qədər, Səudiyyə Ərəbistanı sünni, İran isə şiə islamı təmsil edir. Bir biri ilə düşmən olan bu ölkələr sünnilərlə şiələr arasındakı münasibətləri də düşmənçilik müstəvisinə daşıyır. Hər iki ölkədə də qadınların vəziyyəti acınacaqlıdır. Səudiyyə Ərəbistanına baxanda İranda qadınların daha çox haqqı var. Ancaq İran qadınları bu haqları yetərli saymır. Öz azadlıqları uğrunda candan keçirlər. Əminəm ki, Səudiyyə Ərəbistanında qadınların bir balaca imkanı olsa, o ölkəni darmadağın edərlər. İran Səudiyyə Ərəbistanının yanında toya getməli olar...

Qadını hüquqsuz olan cəmiyyət tənəzzülə məhkumdur. Mən ona da əminəm ki, nə qədər ki, İslam Dünyasında qadına ehtiram yoxdur, tərəqqi olmayacaq...

Sevimli peyğəmbərimizin birinci xanımı Xədicə (Fatimeyi-Zəhranın anası) xüsusi nüfuzu ilə seçilən tacir olub. Onlarla kişi ilə alver edib, mal alıb, mal satıb. Peyğəmbərimizin sevimli xanımı Aişə səhabələrlə söhbət edirmiş, bir çox məsələlərlə bağlı onlara izahat da verirmiş. Peyğəmbərimizin qızı Fatimeyi-Zəhra (Əli ibn ƏbuTalibin həyat yoldaşı) son dərəcə mömin bir qadın olub və səhabələrlə, o cümlədən xəlifələrə mübahisələri məlumdur. Onlarla şəxsən danışqlar aparıb.

İslam aləmində bu 3 xanımın xüsusi yeri var. Onların üçü də son dərəcə fəallığı ilə seçilib. Müsəlmanların ictimai-siyasi həyatında yaxından iştirak edib. Həm də bu prosesdə real söz sahibi olublar...

Sonrakı dövürlərdə isə islamın qadınlara münasibəti getdikcə eybəcərləşib. İndi islam adına qadından tələb olunan budur ki, evdən bayıra ərinin və ya qardaşının müşayiəti olmadan çıxa bilməz. Qadın evdə oturmalıdır, uşaq dünyaya gətirməlidir, evi yığışdırmalıdır, bozbaş bişirməlidir. Başı da mütləq və mütləq bağlı olmalıdır. Yad kişi görəndə aradan çıxmalıdır…

Ümumiyyətlə, qadın kimdir? Qadın anadır, bacıdır, ömür-gün yoldaşıdır, qızındır.

Onların hüququnu pozmaq yox, onlara hər işdə dəstək vermək lazımdır.
Əsl İslam haradadır?

Mənim bu suala cavabım yoxdur. Düşünmürəm ki, kimsə bu suala birmənalı cavab versin.

Allah Hüseyn Cavidə rəhmət eləsin. Son dərəcə sərrast deyib:

Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!


Elbəyi Həsənli

Xəbər 455 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +