Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


26.12.2022  18:44 

Səlim Müslümovun cinayət işində 324 şahid var





A+  A-

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işində 324 şahid var.

Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində S.Müslümovun məhkəməsində bildirilib.

Əvvəlcə şahid qismində nazirliyin daxili nəzarət şöbəsinin məsləhətçisi Anar Bayramov ifadə verib.

O bildirib ki, S.Müslümovun dövründə idarələrdə araşdırma aparılır, nöqsanlar aşkar olunan kimi arayış hazırlanıb rəhbərliyə təqdim edilirdi:

"Yoxlanmalı olan obyektlər iş planına uyğun müəyyən olunurdu. Yoxlamalara rəhbərliyi hər dəfə ayrı-ayrı şəxslər təyin edilirdi. Yoxlama qruplarına Daxili Nəzarət Şöbəsinin əməkdaşlarından kimsə rəhbər təyin olunurdu. Biz arayışı təqdim edirdik rəhbərliyə, nə qərar qəbul olunurdu, ondan mənim xəbərim olmurdu. Kimin kimdən pul alması barədə məlumatım olmayıb".

Prosesdə Səlim Müslümova ifadə vermək təklif olunub. O isə bildirib ki, ibtidai istintaqa ifadə verib və həmin ifadəsini təsdiqləyir.

Hakim Faiq Qəniyev bildirib ki, təqsirləndirilən şəxsin cinayət işi ilə bağlı 324 şahid var və onların böyük əksəriyyəti dindirilib. Dindirilən şahidlər də təxminən eyni epizodlar üzrə oxşar məzmunlu ifadə veriblər. Ona görə də məhkəmə istintaqının yekunlaşması barədə müzakirə aparmaq olar.

Hakim deyib ki, mənimsəmə epizodu üzrə ayrılmış cinayət işinin istintaqı zamanı 1 milyon 389 min manat ziyan dövlət büdcəsinə ödənilib.

Bundan başqa, 98 obyekt üzrə 634 min manata ziyanın ödənilməsi də təmin olunub.

Ən çox "Göy qurşağı" MTK tərəfindən mənimsəmə faktl müəyyən olunub. Bu rəqəm 2 milyon 577 min manat müəyyən edilib, həmin ziyanın da ödənilməsi təmin olunub.

S.Müslümovun vəkili Ayxan Rüstəmzadə deyib ki, cinayət işi üzrə şahidlərin 70 faizi dindirilib və bununla da şahidlərin dindirilməsi ilə kifayətlənmək olar.

Prokuror isə bu məsələyə növbəti prosesdə münasibət bildərəcəyini açıqlayıb.

Məhkəmə iclası davam etdiriləcək./Report



Xəbər 484 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +