Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


21.12.2022  10:35 

Volkov haradadır, niyə üzə çıxmır?





A+  A-

Ekologiya üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları, ictimai fəallar və könüllülər Şuşa-Xankəndi yolunda ekoloji cinayətlər əleyhinə etiraz aksiyasını davam etdirirlər. Artıq etirazların 10-cu günüdür. Hava şəraitinin soyuq və qarlı olmasına baxmayaraq, etirazların irəli sürülən tələblər yerinə yetirilənə qədər davam etdirilməsinə qərar verilib.

Etirazların ilk günündə Rusiya sülhməramlı qüvvələrinin komandanı Andrey Volkovun əraziyə gəlməsi tələb olunsa da, indiyədək rus generalı Şuşa-Xankəndi yolunda görünməyib, hətta onun harada olması belə sirr kimi saxlanılır.

Maraqlıdır, Volkov haradadır, niyə üzə çıxmır?

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, bundan sonra Rusiya sülhməramlıları ilə danışığa ehtiyac yoxdur, çünki onlar öz missiyalarını yerinə yetirə bilmirlər:

“Rusiya sülhməramlılarının öz missiyasını layiqincə yerinə yetirməsi vacibdir. Onlar diplomatik yox, hərbi missiya həyata keçirirlər. Bu baxımdan onların vasitəçilik etməyə haqları yoxdur. Onların əraziyə dislokasiyası zamanı 2 əsas vəzifələri olub. Birinci vəzifə Ermənistanın işğalının qalıqlarına son qoyulması ilə bağlıdır. Bununla əlaqədar olaraq bəzi ərazilərin azad olunması təmin edildi. İkinci vəzifə isə Ermənistan hərbçiləri və qeyri-qanuni silahlı birləşmələrinin ərazidən çıxarılması ilə bağlıdır. Ümumi razılığa uyğun olaraq Azərbaycanın suveren ərazisi sayılan Qarabağda Azərbaycanın dövlət orqanlarının reinteqrasiya işinə yardım etməliydilər. Yoxsa onlarla danışıq aparmalı deyilik. Danışıqlar dövlət rəhbərləri arasında olub. Ona görə də, bundan sonra Volkovu danışıqlara çağırmaq lazım deyil”.

Keçmiş XİN başçısının sözlərinə görə, Rusiya sülhməramlıları yalnız təhlükəsizlik işi ilə məşğul olmalıdır:

“Hesab edirəm ki, general-mayor Andrey Volkovla əlaqədə olan qurumlar ona sadəcə tələblərini çatdırmalıdırlar. Yəni deməlidir ki, “biz filan yerdə, filan işləri həyata keçirəcəyik. Xahiş edirik, təhlükəsizliyi təmin edin”. Vəssalam. Rusiya sülhməramlıları bizim xahişimizlə əraziyə gəlib. Yəni, biz onlara sadəcə tələblərimizi çatdıra bilərik.

Beləliklə, hesab edirəm ki, Volkovun aksiya iştirakçıları ilə görüşü ikinci dərəcəli məsələdir. Sabah "Azəriqaz", "Azərişıq" kimi qurumlar da praktiki işlər aparacaq. Onlar da Volkova müraciət edəcək? Bir sözlə, Volkov orada həlledici instansiya deyil”.

Tofiq Zülfüqarov onu da vurğulayıb ki, Rusiya sülhməramlıları təhlükəsizliyi təmin edə bilmirsə, ərazidən çıxarılmalıdır. Bunun başqa yolu yoxdur: “Bir daha sülhməramlılara təhlükəsizliyi təmin edib-etməyəcəyi soruşulmalıdır. Daha sonra təhlükəsizlik təmin olunmazsa, onlardan texnikalarını götürüb çıxıb getmələri tələb olunmalıdır”.

Xəbər 620 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +