Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi
Xərclər artır - Vətəndaşları nə gözləyir?
Bu avtobuslara qiymət artımı şamil edilməyəcək
Rafiq Məmmədhəsənov təltif edildi - Sərəncam
Sabah axşam bəzi yerlərdə yağış yağacaq
Sumqayıt şəhərində avtobus yanıb
“Qiymət artımı ilə bağlı açıqlama vətəndaşları narazı salır”
Prezident: “Dərhal vurmayacağıq”
Ukrayna Rusiyanın Mi-28 helikopterini vurdu


20.12.2022  12:08 

“Tərtər işi”ndə heç kimə güzəşt olunmamalıdır”





A+  A-

“Artıq uzun müddətdir, fəaliyyətə başlayan və xeyli nəticələr əldə etmiş İstintaq Komissiyası işini davam etdirməli, “Tərtər işi”ndə günahı olan heç kim cəzadan kənarda qalmamalıdır".

XəzərNews.az Pravda-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin deputat Elman Məmmədov deyib.

O əlavə edib: Müəyyən hərbi rütbəli adamların günahı üzündən – ola bilər, bu məsələyə qeyriləri də qarışmış olsun, – günahsız insanlar işgəncələrə məruz qalıb, öldürülüb, həbs olunub, şikəst qalıblar. Görün, o günahsız insanların ailələri nə zülmlər çəkib, necə mənəvi zərbələr alıblar".

Deputat bildirib ki, “Tərtər işi” məsələsində bir nüans nəzərdən qaçırmamalıdır: “Yaramazların, vicdansızların fəaliyyəti üzündən Azərbaycan Ordusunun imicinə ciddi zərər vurulub. Ordunun tərkibində bir istiqamətdə olan hərbi hissədə bu qədər adam birdən-birə guya xəyanətkar, satqın imiş. Bu, bütövlükdə Ordumuzun imicinə, Azərbaycan xalqının adına xələl gətirir. “Tərtər işi”ndə günahı olan heç kimə güzəşt olunmamalı, qanunlarımıza uyğun ən ağır cəzalarla cəzalandırılmalıdırlar”.

E.Məmmədov deputat Zahid Orucun “Tərtər işi”nə görə Hərbi Prokurorluğun ləğv edilməsi ilə bağlı təklifinə də münasibət bildirib: “Hərbi Prokurorluq rəsmi dövlət qurumudur. Üç-beş nəfərdən ibarət deyil, böyük bir qurumdur. O qurumda çalışan kimlərinsə “Tərtər işi”ndə günahı varsa, həmin günahkarlar üzündən böyük bir dövlət qurumunun ləğv olunması düzgün mövqe deyil”.



Xəbər 2611 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür


BÜTÜN XƏBƏRLƏR +