Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


16.12.2022  10:02 

“Unudulan” cinayət işi... Və ya polis hədəfdən niyə yayınır?





A+  A-

Ötən həftə eyni mövzuyla bağlı “XəzəNews.az”, “Bakupost.az”, “Demokrat.az” xəbər portallarında “Fərman kimin fərmanıdır” sərlövhəli müəllif yazım dərc olundu. Yazıda Lənkəran r. Zövlə kənd sakini Tələt Cabbarovun dələduzluq etdiyi şübhə döğurmayan, yəni bir çox şəxsə “alqı-satqı əməliyyatı” zamanı pul atdığı bildirilən silsilə cinayət əməllərilə bağlı dəfələrlə Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa müraciət edilməsinə baxmayaraq, nəticə olmadığı vurğulanırdı.

Baş verənlərin xronologiyası: Lənkəran r. Zövlə kənd sakini Tələt Novruz oğlu Cabbarov Masallı r. Boradigah qəsəbə sakini (fərdi fermer təsərrüfatı ilə məşğul olan) Elgün Ağasadıq oğlu Hüseynovun etibarından sui-istifadə edərək, 12.04.2018-ci tarixdə 23 100 (iyirmi üç min yüz) AZN dəyərində 12 baş ətlik üçün nəzərdə tutulmuş iribuynuzlu mal-qarasını qarşı tərəfin iştirakı olmadan onun şəxsi təsərrüfatından aparmış, lakin bugünki günədək həmin məbləği ödəməmişdir. Əslində, T.Cabbarovun bu hərəkətini həm də oğurluq kimi səciyyələndirmək olar...



10.12.2022-ci il tarixdə Daxili İşlər Nazirliyi (DİN) yazıda işıqlandırılan məsələ ilə bağlı açıqlama verib. DİN Mətbuat Xidməti Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Bakupost.az -a bildirib ki, Masallı Rayon Polis Şöbəsində aparılan araşdırma zamanı tərəflər arasında alqı-satqıyla əlaqədar borc pul ilə bağlı mübahisə yaranması müəyyən olunub. Ona görə də toplanmış material ilə əlaqədar cinayət işinin başlanması rədd edilib. Məsələnin mülki xarakterli olması və həmçinin, aralarında yaranan borc mübahisəsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması müraciət müəllifinə izah edilib.

Bu, DİN-dən verilən açıqlama. Gerçək olan da budur ki, belə bir qərar olub, amma...

Amma burada əsil gerçəkləri kölgədə qoyan əsas məqam diqqətdən qaçırılıb. Və biz də öz tərəfimizdən yazıda unudulan bu məqama diqqət ayırılmasını vurğulamışdıq.

Əslində, burada kifayət qədər qaranlıq məqamlar axtarıb tapmaq olar:

1. Şikayət edən tərəf bildirir ki, qərarın surəti onlara (xahiş etdikdən sonra) bir ilin tamamında verilib;

2. Əsas şahid(lər) dindirilməyib;

3. T.Cabbarov sonuncu “əməliyyatı” qarşı tərəfin iştirakı olmadan gerçəkləşdirib, yəni burada heç bir alqı-satqıdan söhbət gedə bilməz (bunu həmin gün tərəfələr arasındakı mobil (Azercell) telefon danışığını araşdırıb müəyyən etmək olardı);

4. Ətraf rayonların – Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad – hüquq-mühafizə orqanlarında eyni məzmunlu şikayət ərizələrinin olub-olmaması təhqiqat zamanı araşdırılmayıb və s.

Bu xüsusatlar – şikayət edən tərəfin də iddia etdiyi kimi, onu deməyə əsas verir ki, Masallı RPŞ TB-nin təhqiqatçısı, polis kapitanı Z.Talıbovun imzası ilə təsdiqlənən Qərar qanunsuz, əsassız və ədalətsiz olmuşdur.

Ən əsası isə budur ki, artıq belə bir Qərar “yoxdur” – 20.05.2020-ci il tarixdə üst qurum - Masallı raryon Prokurorluğu onu - Masallı RPŞ-də toplanmış HK-1/383 nömrəli material üzrə Masallı RPŞ TB-nin təhqiqatçısı, polis kapitanı Z.Talıbovun “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 18 dekabr 2018-ci il tarixli Qərarı ləğv edərək, material əlavə araşdırılma aparılması üçün rayon polis şöbəsinə göndərilir. (Qərarın surətini təqdim edirik).



İşin ən mübhəm tərəfi də budur ki, prokurorluğun bu Qərarı heç bir tərəfin yadına düşmür – nə onu qəbul edənin, nə də göndərənin. Yazıda, məhz, məsələnin bu tərəfini vurğulayaraq işin yenidən və həm də ədalətli araşdırılması xahiş olunurdu.

Əlbəttə, belə hallar arzuedilməz olsa da, baş verə bilməsi, yəni diqqətdən yayınması halları da mümkündür. Çünki bu və bu kimi dələduzluq faktları – cinayət əməlləri kifayət qədərdir, demək olar ki, hər gün müxtəlif səpkidə olan eyni məzmunlu şikayətlər araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndərilir. Polisin gərgin iş qrafikini də bura əlavə etsək, məsələni anlayışla qəbul etmək olar. Təbii ki, biz, öz tərəfimizdən məsələnin ədalətli həllində, eyni zamanda T.Cabbarov kimi insanların “arxalı və himayədarlı” imicinin formalaşdırılmamasında maraqlıyıq, daha dəqiq desək, məqsədimiz hüquq-mühafizə orqanlarına bu işdə yardımçı olmaqdır.

Bütün bunlara rəğmən, Masallı və Lənkəran rayon polis şöbələrinin müştərək şəkildə bu işi yenidən və hərtərəfli araşdıraraq, ədalətli qərar qəbul edəcəyinə, zərərçəkənlərə dəymiş maddi ziyanın ödənilməsində yardımçı olacağına ümid edirik. Zərərçəkmişlərin əsas istəyi də elə budur.

Bizim istəyimiz isə, həm də odur ki, nə T.Cabbarov kimi “ovçular” olsun, nə də onların “toruna” düşənlər – belələrinin elə cəmiyyət içində islah olunmasını arzu edərdik.

PS.: Ən mühüm olanı isə, eyni əməlin digər şəxslərə qarşı davamlı olaraq gerçəkləşdirilməsi, yəni T.Cabbarovun şakərindən əl çəkməməsidir. Ən ağır ittihamla qarşılaşanlardan biri - Masallı rayon Məmmədoba kənd sakini, zərərçəkmiş Bəxtiyar Ağayevin DİN-in “102” Xidmətinə zəng vurmasından sonra başına gələnlər, yəni T.Cabbarov tərəfindən şərlənərək böhtana tuş gəlməsi onu deməyə əsas verir ki, bu şəxsdə (T.Cabbarovda) “əminlik” olmasaydı bu qədər “irəli” gedə bilməzdi... B.Ağayev T.Cabbarovdan ona ödəməli olan beş min manatını tələb etdiyinə görə, başı “ağrımalı” olur - Lənkəran RPŞ-yə çağırılaraq, ondan əks tərəfin ailəsinə qarşı “nalayiq” hərəkət etməsinin “səbəbləri” soruşulur...

Eyni aqibəti Masallı r. Hişkədərə kənd sakini, Boradigah qəsəbə orta məktəbində dərs deyən Elman müəllim də yaşamalı olur. O, T.Cabbarovun əməlindən (qardaşının etibarından sui-istifadə edərək, vurduğu ziyanı ödəməkdən yayınması ilə bağlı) polisə şikayət etməsinə necə “peşman” edilirsə, sonradan bu mövzuya bir daha qayıtmır və iddiasından geri çəkilir. (T.Cabbarov Lənkəran RPŞ-yə şikayət edir ki, Elman müəllim onun qapısına gələrək, guya ailəsinə qarşı ədəbsiz ifadələr... işlədib). Görünür, T.Cabbarov həqiqətən də “misilsiz” ssenari müəllifidir və rəqiblərini susdurmaq “elmini” yaxşı mənimsəyib.

Vasif Hüseynov
XəzərNews.az


Xəbər 1464 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +