Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


09.12.2022  18:33 

Bəxtiyar Hacıyevin həbsi qınanır... - Açıqlamalar





A+  A-

Xəbər verdiyimiz kimi, tanınmış ictimai fəal Bəxtiyar Hacıyev barəsində Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş təqdimata məhkəmədə baxılıb və Xətai Rayon Məhkəməsi təqdimatı təmin edib. B.Hacıyev barəsində 1 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib.

İctimaiyyətin bəzi nümayəndələri, jurnalistlər, siyasilər B.Hacıyevin həbsini şiddətlə qınayan açıqlamalarla çıxış ediblər.

XəzərNews.az onların bəzilərini təqdim edir:

Zaur Qəriboglu:

- Bəxtiyar Hacıyevin həbs olunması, ölkə əleyhinə olan çox ciddi təxribatdır. Bəxtiyar mövqeyindən asılı olmayaraq, ölkəmizin layiqli vətəndaşıdır! Bu cür işıqlı adamları qaranlığa salmaq olmaz!

Ləman Ələşrəfqızı:

- Bəxtiyar Hacıyevlə şəxsi tanışlığım seçkilərdən sonra yaranıb. Ləyaqətli adamdır. Onun həbsi Azərbaycana başucalığı gətirməz. Bu işdə istifadə olunan adamlar da Çingiz Abdullayev demişkən, ölsünlər utanmaxdan.

Ələsgər Əhmədoğlu:

- Bəxtiyar Hacıyevə qarşı baş verən adam oğurluğu faktını araşdırmayan və təqsirkarları məhkəmə önünə çıxarmayan hüquq- mühafizə orqanlarının Bəxtiyarı xuliqanlıq və məhkəməyə hörmətsizlik maddələri ilə məhkəmə önünə aparması hüququ ələ salmaq, dövlət səlahiyyətlərini kefi istəyən kimi "kullanmaq"-dır. Belə məzkərələri bitirmək lazımdır. Bunların baş verdiyi ölkəyə heç kim sivil ölkə deyə bilməz. Ayıbdır!

Mirzə Rəşad Bakuvi:

- Dəlixanadı. Biz gözləyirik ki, Araiki tutsunlar, gedib Bəxtiyar Hacıyevi tuturlar.

Şərif AĞ:

- Sabah 10 dekabr - Ümumdünya İnsan Hüquqları günüdür. Harvardda hüququ bitirən Bəxtiyar Hacıyevin həbsi bu gün üçün qədirşünas xalqımıza gözəl hədiyyə oldu.
Yeyək-içək kef eləyək!

Arif Hacılı:

- Bəxtiyar Hacıyevin həbsi yalnız hüquqa zidd hərəkət, ədalətsizlik, hakimiyyətin repressiya siyasətinin davamı deyil, həm də dövlət mənafelərimizə zərbədir.

Elbəyi Həsənli:

- Bəxtiyar Hacıyevi yenə həbs ediblər. Bizim iqtidar nə vaxta qədər "qan töküb, baş kəsəcək"? Doğrudanmı, Bəxtiyar Hacıyevlə dil tapmaq belə çətin işdir? Harvard Universitetinin məzununa Azərbaycanda münasib bir iş vermək mümkün deyilmi?

Ay qurban olum sizə! Azərbaycanda siyasi məhbus əlindən həbsxanlarda yer yoxdur.

Aparın Bəxtiyar Hacıyevi də atın zindana. Gültəkin Hacıbəyliyə də bu yandan yavaş-yavaş torba tikirsiz. Özü də talış separatçılarının əli ilə.

Mən bir daha iqtidarı bütün siyasi məhbusları həbsdən azad etməyə çağırıram.
Azərbaycanda nə bu gün, nə də yüz il sonra siyasi məhbus olmamalıdır. Azərbaycan Azərbaycan vətəndaşları üçün həbsxana yox, güllü-gülüstan olmalıdır...

Mustafa Hacıbəyli:

- Necə oldu ki, uzun müddət bundan qabaq baş vermiş insidentlə bağlı indi şikayət verildi? Yox, əgər şikayət çoxdan verilmişdisə, niyə indi həbs qətimkan tədbiri seçildi? Niyə bu qədər gözlyən hüquq mühafizə oqranları şikayət üzrə məhkəmənin sonunu gözləmədilər.

* * *
Qeyd edək ki, Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.

B.Hacıyev məhkəmədə çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib.

Müdafiə tərəfi məhkəmə qərarı ilə razı deyil və həbsdən apellyasiya şikayəti vermək niyyətindədir.

Hacı
XəzərNews.az


Xəbər 1325 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +