Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


06.12.2022  10:44 

Qanunsuz ov edənlər saxlanılıb





A+  A-

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Lənkəran rayonu akvatoriyasında, Kür çayında və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

XəzərNews.az xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov mətbuata bildirib ki, araşdırma zamanı brakonyerlərin Lənkəran rayon sakini Sənail Qənbərov, Qazax rayon sakini İntiqam Hüseynov, Mingəçevir şəhər sakini Bayram Mustafayev və Goranboy rayon sakini Rəcəb Abbasov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Yevlax rayon sakini Hüseyn Abdullayev və Bakı şəhər sakini Emil İsmayılov saxlanılıb.

Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Xəbər 2483 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +