Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


05.12.2022  18:12 

Nazir Qarabağda yaşayan ermənilərdən danışdı





A+  A-

Qarabağda yaşayan ermənilər Azərbaycanın bütün digər vətəndaşlarının malik olduğu hüquq və təminatlara malik olacaqlar.

XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bunu bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirdiyi mətbuat konfransında deyib.

"Keçmiş münaqişə ərazisinin erməni əhalisinin reinteqrasiyası ilə bağlı Azərbaycanın mövqeyi dəfələrlə ifadə olunub. Erməni milliyyətindən olan vətəndaşlar konstitusiyamıza və beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycanın bütün digər vətəndaşlarının malik olduğu hüquq və təminatlara malik olacaqlar. Hesab edirik ki, Azərbaycanın qanunvericiliyi bunun üçün çox yaxşı əsasdır. Biz inanırıq ki, bütün beynəlxalq aktorlar regionumuzda uzunmüddətli sülh, təhlükəsizlik və sabitliyin bərqərar olması məqsədi daşıyan bu prosesi dəstəkləməlidirlər", - nazir bildirib.


Xəbər 2852 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +