Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


05.12.2022  09:43 

“Əlimizdə olan inqilabdır“ - İran çalxalanır





A+  A-

İranın Baş prokuroru bildirib ki, ölkədə islami geyim qaydalarının necə yerinə yetirildiyinə nəzarət edən Əxlaq polisi ləğv edilir.

Məhəmməd Cəfər Montazeri digər agentliklər tərəfindən hələlik təsdiqlənməmiş şərhini bazar günü keçirilən dini konfransda səsləndirib.

"Əxlaq polisinin məhkəmə sistemi ilə heç bir əlaqəsi yoxdur və harada açılıbsa, orada da bağlanıb", - cənab Montazeri tədbirdə Əxlaq polisinin ləğv edilib-edilmədiyi barədə verilən sualla bağlı deyib.

Əxlaq polisinə Ədliyyə sistemi deyil, Daxili İşlər Nazirliyi nəzarət edir.

Şənbə günü cənab Montazeri həmçinin İran parlamentində qadınların hicab taxmasını tələb edən qanuna baxılacağını deyib.

Təsdiq edilərsə, əxlaq polisinin ləğvi güzəşt olardı, amma bunun hicablarını yandıran nümayişçilərin etirazlarını dayandırmaq üçün yetərli olacağına heç bir zəmanət yoxdur.

"Hökumətin əxlaq polisini ləğv etmək qərarına gəlməsi, etirazların sona çatması demək deyil" -deyə, iranlı bir qadın BBC-yə bildirib.

"Hətta hökumətin hicabın şəxsi seçim olduğunu bildirməsi də kifayət deyil. İnsanlar bilirlər ki, bu hökumətin hakimiyyətdə olduğu İranın gələcəyi yoxdur. İran cəmiyyətinin müxtəlif fraksiyalarından olan daha çox mötədil və ənənəvi insanların daha çox hüquqlarını geri almaq üçün qadınları dəstəkləməyə çıxdığını görəcəyik".

"Biz etirazçıları artıq hicab maraqlanmırıq. Son 70 gündür ki, biz etirazlara hicabsız çıxırıq" -deyə, başqa bir qadın bildirir.

"Əlimizdə olan yeganə şey inqilabdır. Hicab onun başlanğıcı idi və indi biz diktatora ölüm və rejim dəyişikliyindən başqa heç nə istəmirik".

CNN-in məlumatına görə, İran dövlət mediası ölkənin əxlaq polisinin ləğv olunması ilə bağlı açıqlamanı təkzib edib.

El-Aləm dövlət telekanalının verdiyi məlumata görə, xarici media cənab Montazerinin şərhlərini "İslam Respublikası hicab və əxlaq məsələsindən geri çəkilir" kimi şərh edir və "bunun son iğtişaşlar səbəbindən olduğunu iddia edir".

"Ancaq İran İslam Respublikasının heç bir rəsmisi Əxlaq polisinin ləğv olunduğunu deməyib".

ABŞ dövlət katibi Antoni Blinken İranın Əxlaq polisinin ləğvinin "müsbət bir şey" ola biləcəyini bildirib və "bu etirazlara rəhbərlik edən iranlı gənclərin, xüsusilə də qadınların fövqəladə cəsarətini" tərifləyib.

"Əgər rejim indi məlum etirazlara hansısa formada isə cavab veribsə, bu, müsbət hal ola bilər"-deyə, Blinken bildirib.

İranda 1979-cu il İslam İnqilabından bəri müxtəlif "əxlaq polisi" formaları var, lakin rəsmi olaraq Qəşt-e Ərşad kimi tanınan ən son versiya hazırda İranın islami davranış kodeksini tətbiq etmək vəzifəsi daşıyan əsas qurumdur.

Onlar öz vəziəflərinə - qadınlardan uzun paltar geyinməyi tələb etmək və həmçinin onlara şortik, yırtıq cins şalvar və ədəbsiz sayılan digər geyimləri qadağan etmək qaydalarını tətbiq etməyə- 2006-cı ildən başlayıblar.

İranın əxlaq polisi kimdir?

Sentyabrın əvvəlində Əxlaq polisinin hicab qaydalarını pozduğu iddiası ilə saxladığı 22 yaşlı Məhsa Əmininin üç gün sonra müəmmalı şəkildə vəfat etməsi ölkənin etiraz dalğasına bürünməsinə səbəb olub.

İran hakimiyyəti bu etirazlara görə, "xarici qüvvələri" günahlandırıb və bildirib ki, etirazların qarşısı sərt şəkildə alınacaq.

Onun ölümü ölkədə etirazlara təkan vermiş oldu, lakin eyni zamanda bu etiraz dalğası yoxsulluq, işsizlik, bərabərsizlik, ədalətsizlik və korrupsiya ilə bağlı narazılıqdan da qaynaqlanır.

Xəbər 530 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +