Türkiyə qərar verdi: Gültəkin Hacıbəyli deport edilir
Ukrayna “Lukoil“un Xəzərdəki platformalarını vurdu
“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı
Yeni başçı müavini vəzifəsindən azad etdi
Hökumət aqrar sahədə və turizmdə sinifdə qaldı - İqtisadçı
Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi... - DİN-dən təşəbbüs
Deputatın oğlunun şirkəti 196 minlik tenderi uddu
Müşfiq Şahverdiyev 3 ildir övladını görə bilmir
Amnistiya kimlərə şamil olunacaq?
Ukrayna-Amerika: Danışıqların ikinci mərhələsi başlayıb


04.12.2022  12:36 

Əlisa müəllim, siz dəyişməyin...





A+  A-

Əlisa müəllimin “Azadlıq” radiosundakı müsahibəsində bir fikir ürək dağlayan fikirdir. Çox sarsıldım bu fikrə. Əlisa müəllim həmin müsahibədə deyir: “Mən heç kimə tərif yazmadığıma, belə doğulduma görə dilənçilik etməliyəm, ölməliyəm. Allah məni belə yaradıb.”

Xeyr, Əlisa müəllim! Biz imkan verə bilmərik ki, siz dəyişə bilmədiyinizə görə öləsiniz. Biz dostlarımızla sizin ruhunuzun beləcə diri qalması üçün sizi yaşadacağıq. Sizə sahib çıxmağın nümunəsin yaradacağıq. Biz dövlətin etməli olduqlarını sizə etməliyik ki, siz dəyişməyəsiniz. Bəlkə də dəyişsəniz, ölə bilərsiniz və ya ölmüş sayılarsız. Əstəfrullah!

Əlisa müəllim, siz dəyişməyin. Siz özünüz olaraq qalın. Siz hamıya məxsus olmayın. Özünüzəməxsus olmaqda davam edin. Siz cəmiyyətin bütün spektrlərinin rəngləri olmayın, öz rənginizdə qalın. Siz kütləyə qoşulan “parnik” ziyalısı olmayın. Siz xalq ziyalısı kimi yaddaşlarda qalın. Onsuz da bu dünyada pis yaşayanda, yaxşı yaşayanda sonda eyni aqibəti yaşayacaq. Haqq dünyasına eyni şərtlərlə daxil olacaq. Nahaqq dünyanın haqsızlıqlarına 87 yaşınıza qədər dözə bilmisinizsə, bu yaşdan sonra haqsızlıqlara boyun əyməyiniz və dözməməyiniz özünüzə və sizi sevənlərə ən böyük pislik etmək sayılar.

Əlisa müəllim həmin müsahibəsinin sonunda söylədiyi bir fikir da onun dərin optimizimindən xəbər verir.

Müəllif deyir: “Mən taleyimdən, hər şeyimdən razıyam. Xahiş edirəm mənə kömək edənlərdən kiminsə mənə yazığı gəlməsin. Çünki mən özümü dünyada ən xoşbəxt adam hiss edirəm.” Bu bir qürur örnəyi olan insanın daxili üsyanıdır. Ağrıların yaxınlara yansıtmamağın örnəyidir. Çətinliklərin başqalarına yükləməyən nəcib düşüncənin nümunəsidir. Kədərini bölüşməyi istəməyən alicənab xarakter sahibinin görsənişidir.

Lakin Əlisa Nicatın özündən xəbərsiz olaraq onun məişət çətinliklərini duyan kitabçı dostumuz Şahbaz Xuduoğlu onu ictimailəşdirməyə qərar verib. Bəzi tənqidlərə tuş gəlməsinə baxmayaraq mən hesab edirəm ki, Şahbaz bəy tamamilə doğru edib. Əlisa müəllimin çətinliklərini onun əvəzindən hiss etməyi bacarıb. Onun əvəzindən evində üşüməyini dərisində hiss edib. Qış günündə istilik sistemi olmadan yatmağı duya bilib. İlkin həmlədə əldə etdiyi mühüm nəticələrlə sübut edib ki, Şahbaz bəy doğru yol seçim etməklə Əlisa müəllimə real formada ictimai dəstəyi təmin etməyi bacarıb.

Əlisa Nicat bu ölkədə maariflənmə işi ilə bağlı ən intensiv və yorulmadan iş aparan maarifçi vətənpərvərdir. Özünəməxsus və fərqli obrazı olan düşüncə insanıdır. Əlisa müəllim özündən gənc insanlara necə dəstək durmağı bacaran ürəyigeniş yazıçıdır. “Elm-kitab-müəllim üçbucağı” kitabıma öz söz yazması zamanı mən bunu bir daha hiss etdim. Biz sizə dəstək olmalıyıq, dəstəyi təmin etməliyik. Çünki sizlər ölkəmizdə çoxsaylı insanlara dəstək olmusunuz.

Biz bunları unutmadıq, unutmarıq!

Məmməd Talıblı

Xəbər 2563 dəfə oxunub.




15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?

15.12.2025  13:43 

Bu yollar buz bağlayacaq - HAVA

15.12.2025  11:32 

FSB 10 rusiyalını saxladı


BÜTÜN XƏBƏRLƏR +