Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


07.11.2022  22:05 

İranın Azərbaycan haqda 2, azərbaycanlılar haqda 3 yalanı...





A+  A-

Sentyabr toqquşmaları ərəfəsi, daha sonra İsrail müdafiə nazirinin Azərbaycana səfəri zamanı İranın rəsmi xəbər agentliklərinin İsraildən Azərbaycana silah daşınması haqda dezinformasiyalar yayması haqda məlumat vermişdik. Həmin xəbərlərin yalan olması müşayiətedici xəritələrlə sübut olunurdu. Çünki xəritələrə görə, silah daşınma marşrutu kimi Ermənistan üzərindən keçən hava yolları göstərilirdi ki, bu da məntiqli və real deyil.

Dezinformasiyalar seriyasına daha 3-ü əlavə olunub.

1-ci yalan. Şahçırağ terrorunun arxasında Azərbaycan Respublikası vətəndaşı dayanır.

Sözügedən terrordan dərhal sonra İran KİV-ləri Azərbaycan Respublikası Prezidenti və rəsmilərinin başsağlığını, terrora qarşı mübarizədə həmrəylik mesajlarını ön planda təqdim edirdilər. Amma hələ o zaman terrorun SEPAH-ın İranda hakimiyyəti götürmək üçün planladığı haqda müəyyən təhlillər verilir, ehtimallar səsləndirilirdi. Çünki xəbər verildiyi kimi, iğtişaşların davam edəcəyi təqdirdə SEPAH və digər silahlı qüvvələrin ləğv olunaraq Müdafiə Nazirliyində birləşdirilməsi haqda elitadaxili müzakirələr də KİV-lərə sızdırılıb.

O müzakirələrdən sonra iğtişaşları qan içində boğmaq üçün SEPAH-a ciddi bəhanə lazım idi. Şahçırağdakı terakt və ya terakt səhnələşdirməsi belə bəhanə yaradır. Məhz o hadisədən sonra iğtişaşların daha sərt üsullarla yatırılması, parçalanmış elitanın İbrahim Rəisi ətrafında səfərbər edilməsi sürətləndirilib.

Azərbaycan təhlükəsizlik qüvvələrinin ölkəmiz ərazisində İran xüsusi xidmətlərinə işləyən şəbəkəni ifşa etməsi Şahçırağ "terakt"ını səhnələşdirənlərə, deyəsən, yeni ideya da verib- hadisələrdə xarici gücləri, konkret halda Azərbaycan Respublikasını suçlamaq.

İranın İnformasiya Nazirliyinin (ETTELAAT)-ın TASNİM agentliyinə verdiyi xəbərdə deyilir: "Silsilə müşahidələr, araşdırmalar və əməliyyatlar nəticəsində bu terror aktına rəhbərlik edən və dəstəkləyən bütün iştirakçıların müəyyənləşdirilərək həbs olunub. İndiyədək 26 təkfirçi terrorçu həbs edilib. Həbs olunanlar Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşlarıdır. Əməliyyatlara rəhbərlik və əlaqələndirilməsinin əsas elementi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxan və İmam Xomeyni adına Hava Limanının hava sərhədindən ölkəyə daxil olan Azərbaycan Respublikasının vətəndaşıdır. Bu şəxs Tehrana çatan kimi Azərbaycan Respublikasındakı əlaqələndirici orqana mövcudluğu barədə məlumat verib" (sitatın sonu)

Sonuncu cümlə təqdim olunan dezinformasiyanın ikinci əsas hədəfini da açır (birinci hədəf SEPAH-ın İrandaxili hesablaşmalarda rəqiblərini sıradan çıxarmasıdır). İkinci hədəf-xarici düşmən kimi Azərbaycan Respublikasına qarşı başladılan informasiya savaşına yeni vüsət qazandırmaq, Azərbaycan xüsusi xidmətlərinin yuxarıda xatırlatdığımız əməliyyatına "cavab" verməkdir. Qeyd etdiyimiz cümlə isə Azərbaycan xüsusi xidmətlərinin yaydığı məlumatda İran səfiriliyi əməkdaşları ilə bağlı hissəni az qala təkrarlayır.

2-ci yalan. SEPAH-a yaxın nəşrlər və teleqram kanalları Naxçıvan sakinləri adından İran rəsmilərinə "müraciət" dərc ediblər. Amma görünür, müraciəti normal Azərbaycan dilində yazacaq bir adam tapa bilməyiblər. Mətnin baza təhsili fars dilində olan, Azərbaycan vətəndaşlarının bəhrələndiyi terminoloji üsluba bələd olmayan birisi (və ya biriləri) tərəfindən tərtib edildiyi dərhal hiss olunur. "İrandoost və Bəşrəf Naxçıvan xalqı" kimi əndərabadi izafət tərkiblərinin azərbaycanca olmadığını, yəqin ki, sübut etməyə ehtiyac yoxdur.

"Naxçıvanın zadəgan xalqı" ifadəsi ilə isə nə demək istəndiyi, bunun fars dilindəki hansı ibarəbazlığın qarşılığı olduğu, hansı texniki proqram vasitəsilə tərcümə edildiyi anlaşılmadı. (Foto 1)

3-cü yalan. Hələki birbaşa Azərbaycan Respublikasını hədəfə almır, hələlik təbrizlilərin son möhtəşəm etiraz aksiyalarını ləkələmək məqsədi daşıyır, gənc tələbə qızlara böhtan atılır.

Belə ki, molla rejiminin ünsürləri Təbrizdə tələbə qızlar yataqxanasında İŞİD-in “bəyanatını” yerləşdiriblər. Bu bəyanatın da İnqilab Keşikçiləri və bəsiclərin əl işi olduğu hiss olunur. Çünki mətn bəsiclərin sevdiyi nəstə`liq xətti ilə , stilizə edilmiş çərçivədə yazılıb və intibahnamənin üzərində internetdən endirilən keyfiyyətsiz İŞİD emblemi yapışdırılıb. (Foto 2)

Qonşu ölkə haqda davamlı dezinformasiyalar o zaman verilir ki, dövlətlər arasında müharibə, müharibə şəraiti və ya "soyuq müharibə" olsun. Cənub qonşumuz bizi bu hallardan hansında görür və ya hansına hazırlaşır?

Cəmaləddin Quliyev

Xəbər 454 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +