Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


07.11.2022  13:28 

UABD İranla bağlı bəyanat yaydı - Mətn





A+  A-

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) İdarə Heyətinin İranda baş verən hadisələr və İranın regionda yaratdığı təhdidlə bağlı bəyanat yayıb.

XəzərNews.az xəbər verir ki, bəyanatda deyilir:

- Son zamanlar İran adlanan dövlətin həm regiondakı hadisələrdə, həm də Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində təcavüzkarın yanında yer almasını qətiyyətlə pisləyirik. Bəyan edirik ki, Ukraynada minlərlə günahsız insanın ölümünə, eyni zamanda milyonlarla insanın öz yurd-yuvasından didərgin düşməsinə işğalçı Rusiya ilə əlbir olan İran da məsuliyyət daşıyır.

İran dövləti bu cinayətkar əməlləri ilə gücü tükənməkdə olan işğalçı Rusiyaya nəfəs verir və onun təcavüzkarlıq niyyətinin gerçəkləşdirilməsinə bilərəkdən kömək edir. Rusiyaya silah satdıqlarını etiraf edən İran rəsmilərinin bu hərəkəti beynəlxalq təşkilatlar və ictimaiyyət tərəfindən diqqətə alınmalı, adekvat tədbirlər görülməlidir. Əks təqdirdə Rusiyanı silahla təchiz edən, Vətənimiz Azərbaycanı isə sərhəddə hərbi təlim keçməklə təhdid edən İranın bu aqressiyası davamlı xarakter alacaqdır.

Ermənistanla Azərbaycan arasında arzulanan sülh müqaviləsinin imzalanmasının gecikdirilməsində Rusiya qədər İranın da mühim rol oynadığı heç kimə sirr deyil. İran erməni təczvüzkarlığına dəstək verərək Azərbaycanın işğal altında olan sərhəd boyu kənd, şəhər və rayonlarını talamış, yurd yerlərimizin viran qoyulmasında iştirak etmişdir. Bu azmış kimi, İkinci Qarabağ savaşında Ermənistana həm maddi, həm də mənəvi dəstək verərək işğalçıya haqq qazandırmış, Azərbaycanın qələbəsini qısqanclıqla qarşılamışdır.

İranın daxilində baş verən son hadisələrdə Cənubi Azərbaycanda yaşayan 40 milyondan artıq soydaşımızın hüquqları kobud şəkildə pozulur, fəal gənclərimiz həbs olunur və qətlə yetirilirlər. Uzun illərdir təməl milli hüquqlarından məhrum olan soydaşlarımız ana dildə təhsil ala, müstəqil media qurumları aça bilmir və bu kimi sosial-mədəni yaşam imkanlarının üzünə həsrətdirlər.

Fars-molla rejimi şovinist siyasətilə soydaşlarımızı sıxışdırır, onların milli hüquqlarını tapdalayır, Azərbaycan dilinin inkişafını, cəmiyyətdə layiqli mövqe tutmasını əngəlləyir, mədəniyyətimizin, milli mənəvi dəyərlərimizin aşınmasına bais olur. Bütün bu haqsızlıqlara etiraz edən azərbaycanlılar ən ağır cəzalara məruz qalırlar.

İranda hakimiyyəti qəsb edən fars-molla rejimi bununla da kifayətlənməyərək zülmə etiraz səsini ucaldaraq ayağa qalxan xalqa qarşı zor işlətməyə davam edir. Bununla yanaşı, vaxtilə İrana zorla tabe etdirilmiş Cənubi Azərbaycanda da milli azadlıq hərəkatı zor gücü ilə boğulur, yaranmaqda olan Türk Birliyi ideyasının gerçəkləşməsinə zərbə vurulur.

Beynəlxalq ictimaiyyət bütün bunları əsas götürərək sivil dünya düzənini Rusiya - İran təhdidindən xilas etməlidir.

Ukraynada yaşayan UABD üzvləri olaraq hər zaman olduğu kimi, bundan sonra da Cənublu soydaşlarımızın yanında olacağımızı bəyan edir, onların haqq səsinə səs verir, eyni zamanda digər ölkə və şəhərlərdə yaşayan Azərbaycan diaspor təşkilatlarını da bu bəyanata qoşulmağa dəvət edirik.



Xəbər 467 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +