Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


04.11.2022  22:37 

Bayden İranı necə azad etmək istəyir və güneylilər nə etməlidir?





A+  A-

ABŞ prezidenti Baydenin telefonlarında "Azad İran" şüarını göstərən seçicilərə “narahat olmayın, biz İranı azad edəcəyik” açıqlaması ilə reaksiya verməsi elə-belə iş deyil a...

Baydenin “İranı azad edəcəyik” deməsi onu göstərir ki, ABŞ artıq molla rejiminin "fatihə"sinin verilməsi üçün düyməyə basıb. Yadaki, Ağ Ev rəsmi Tehranı nüvə silahına sahiblənmək niyyətindən əl çəkməyə vadar etmək üçün sonuncu və ən kəsərli təsir vasitəsinə əl atıb. Yəni ki, məqsəd rejimi devirmək olmaya da bilər.

Amma hər halda Bayden ilk baxışdan molla rejimini devirməkdə qətiyyətli görünür.

Və görünən budur ki, Bayden A planına yox, B planına üstünlük verir.

A planına molla rejiminin devrilməsi və İranın bir neçə müstəqil dövlətə bölünməsi daxildir. Bu halda güneyli soydaşlarımız öz müstəqil dövlətlərini qurmaq imkanını əldə edəcəklər.

B planı isə mürtəce plandır. Yəni ki, Ağ Ev bu klassik plana əsasən, sadəcə, hazırkı molla rejimini hakimiyyətdən uzaqlaşdırıb, onun yerinə Birləşmiş Ştatlardan asılı olan siyasi qüvvənin və ya liderin gətirilməsini nəzərdə tutur. Çünki İranın ərazi bütövlüyünü qoruyuib saxlamaq Ağ Evə daha cazibəli görünür, nəinki onun yerində yeni milli dövlətlərin yaranması.

Bunun da əsas səbəbi odur ki, Ağ Ev İranın parçalanacağı təqdirdə, onun yerində xaosun və qeyri-müəyyənliyin hökm sürəcəyindən narahatdır.

Ağ Evi narahat edən bir digər səbəb isə Türkiyənin və Türk dünyasının daha da güclənməsi perspektivinin üfüqdə görünməsi ola bilər. ABŞ Turan birliyinin yaranmasında maraqlı deyil. Çünki Turanı idarə edə, öz nəzarətində saxlaya bilməyəcək.

İran isə Turanla müqayisədə daha ələbaxımlıdır.

Bir sözlə, Bayden Güney Azərbaycan türklərini, İran kürdlərini, bəlucları, qaşqayları və digərlərini azad etməyi düşünmür. Baydenin məqsədi "İran xalqı" adlı mücərrəd toplumu (əslində fars siyasi subetnosunu) azad etməkdir.

Bayden İranın devrilmiş keçmiş ahının oğlu, vəlihəd Reza Pəhləvini hakimiyyətə gətirə bilər. Çünki şahın oğlu İranda hakimiyyətin dəyişməsini çox istəyir və Tehrana qayıtmağa can atır. Şahln arvadı Fərəh Pəhləvi də eyni arzu ilə yaşayır. Və onlar son vaxtlar iranlılara tez-tez müraciət edir, molla hakimiyyətini devirməyə çağırış edirlər.

Şahın oğlunun hakimiyyətə gətirilməsi hazırda kifayət qədər real görünür. Həm də ona görə ki, Reza Pəhləvi Ağ Evin ovcunun içində olan, sözə baxan hazırca marionetdir.

ABŞ-ın Pəhləvilərdən başqa hazırda İranda hakimiyyətə gətirə biləcəyi alternativ qüvvə və ya şəxs yoxdur. Daha doğrusu, var, lakin onlar ABŞ üçün münasib sayılmır.

Məsələn, ABŞ Güney Azərbaycan milli azadlıq hərəkatının keçmiş lideri Mahmudəli Çöhrəqanlını da hakimiyyətə gətirə bilər. Yəni ki, son 100 ildə İranı ilk dəfə bir türk oğlu idarə edə bilər. Lakin Bayden bu planı təqdir etmir. Amerikanı idarə edən demokratlar nədənsə, farslardan başqa heç kimə "stavka" etmək istəmirlər.

Bəs bu halda güneylilər nə etməlidir?

Bəybala Mirzəyev

Xəbər 663 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +