Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


29.10.2022  10:18 

“Rusiyanın öz adı ilə deyə bilmədiyini İran deyir”





A+  A-

“Bölgədə Rusiya ilə İran müttəfiqdir. Bəzən Rusiyanın öz adı ilə deyə bilmədiyi sözü İran deyir. Məsələn, Zəngəzur dəhlizi ilə bağlı özünü elə göstərir ki, guya üçtərəfli bəyanata sadiqdir, dəhlizin açılmasında maraqlıdır. Ancaq İran vasitəsilə də buna mane olmağa çalışır. Baxın, guya Ermənistan Rusiyanın təsir dairəsindədir, Ermənistanın İranla sərhəddində rus qoşunları dayanır. Ermənistanda Rusiyanın hərbi bazası var. Amma diqqətlə baxdıqda görürsən ki, Ermənistan az qala, İranın ərazisidir. İran istədiyi vaxt Ermənistanda konsulluq açır, gedib orada bəyanat verir və elan edir ki, Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəyik”.

XəzərNews.az xəbər verir ki, bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Cəlaloğlu sual verir ki, əgər Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdırsa, niyə indiyə qədər ortaya konkret mövqe qoymur?

ADP sədri iddia edir ki, həm İran, həm də Rusiya razılaşdırılmış addımlar atırlar:

“Rusiya açıq şəkildə özünü Azərbaycanın düşməni kimi göstərmək istəmir, ona görə də bəzi hərəkətlərini Ermənistanın, bəzisini isə İranın vasitəsilə edir”.

Cəlaloğlu bildirib ki, bunun başqa bir nümunəsi də var: “Məsələn, hazırda Ukraynada amansız savaş gedir. Rusiya ilə İran arasında o qədər böyük hərbi-siyasi, iqtisadi əlaqələr var ki, faktiki olaraq silah tədarükü həyata keçirilir, İran istehsalı olan insansız hava maşınları Ukrayna şəhərlərini vurur, mülki obyektləri dağıdır. Odur ki, belə əlaqəsi olan dövlətlər bir-birinin regional maraqlarına zərbə vurmaz. Xeyir ola, Zəngəzur məsələsində Rusiya və İranın maraqları 180 dərəcədə fərqlənir? Deməli, bunların hamısı görüntüdür, əslində isə arxada danışıb razılaşıblar. Bizə də elə gəlir ki, bunlar fərqli düşmənlərdir, amma onlar ittifaq şəklində bizim əleyhimizədir. Bir məqsədləri də Türkiyəni bölgədə sıxışdırmaqdır. Çünki bu gün Rusiya-Türkiyə əlaqələri elədir ki, Moskvanın Ankaranın üzərinə getmək avantajı yoxdur. Deməli, İranı verib qabağa ki, Azərbaycan ilə Türkiyənin birləşməsinə imkan vermə”.

Xəbər 629 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +