Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


28.10.2022  11:00 

Putin hələ də inanır ki... - Hamını qorxuda bilər





A+  A-

Rusiya liderinin “Valday” klubundakı çıxışı göstərdi ki, son 8 ayda situasiya, hər şey kökündən dəyib, Putinsə həminkidir, zərrə qədər dəyişməyib. Kremlin sahibi hələ də inanır ki, hamını, bütün dünyanı qorxuda bilər…

Soljenitsından sitatla başlayıb Leninin frazası ilə bitirdiyi nitqində RF prezidenti təzə bir şey demədi: köhnə tezis, nimdaş refren və absurd narrativlər… Dediyinə görə, Rusiya öz yolu ilə gedirmiş və Qərbə konstruktiv təklif veribmiş. Amma onun “gəlin düşmən olmayaq, gəlin mehriban yaşayaq” təşəbbüsünü rədd etdilər.

Düzdür, Putin “həmişə danışıqlara hazıram” deyir, amma dərhal əlavə edir ki, “yalnız Rusiyanın şərtlərilə”. Faktiki olaraq həmişə eyni şeyi deyir və təkrarlamaqdan yorulmur.

İstəyir ki, hamı dünyanı onun gördüyü, anladığı kimi görsün və qəbul etsin. Və başlayır izah etməyə, taleyi üçün məsuliyyət daşıdığı böyük dövlətin rəhbəri kimi yox, hansısa təxminini sübut etməyə cəhd edən analitik kimi.

Fevralın 24-də Ukraynaya soxulmaqla Rusiyanın başını dərdə soxub, gələcəyini sual altına salıb, əsgərləri qırılır, “dünyanın ikinci ordusu” lağ hədəfi olub, iqtisadiyyatı çökür.

Bir sözlə hər şeyi bərbad edib. Amma israrla “mən düz, dünya səhv, Qərb düz deyil” deyir. Məşhur multikdəki kimidir, pətəyə soxulan Vinni Puxu arılar sancanda ayı balası şikayətlənir: “Bunlar səhv arılardır! Tamamilə düzgün deyillər! Ola bilsin ki, onlar qeyri-düzgün bal düzəldirlər!”

Heç cürə dünyaya uyğunlaşmaq istəmir, ona görə həmişə başqaları günahkardır. Öz uğursuzluğunu başqalarının ayağına yazmaqla özünə haqq qazanırmağa çalışır. Və islaholunmaz deyingənlər kimi deyinir. Putin üçün “gəlin mehriban yaşayağ”ın anlamı qarşısındakının təslim olmasıdır. Barış üçünsə, “güclü məntiq”i var - deyir ki, Ukraynada savaş çoxdan bitərdi, əgər ukraynalılar müqavimət göstərməsəydilər…

“Valday”dakı çıxışı göstərdi ki, Putinin geri çəkilmək niyyəti yoxdur, tutduğunu buraxmaq, anlaşmaq istəmir və ya anlaşmaq qabiliyyəti yoxdur. Digər tərəfdən anlaşmaya getsə, geri dursa, zəiflik göstərsə, ətrafı onun qənimi olacaq…

Putin hakimiyyətdə qaldıqca Rusiya üçün də, dünya üçün də işlər yaxşı getməyəcək.

Maraqlıdır, diskussiya zamanı Putindən soruşurlar: “Son bir ildə onu nəsə məyus edibmi?” Rusiya lideri “yox, məni heç nə məyus etməyib”, - deyə cavab verir.

Ümumiyyətlə, Putin əmindir ki, hakimiyyəti boyu “heç bir səhvə yol verməyib”.

Düzdür, o gözləyirdi ki, Kiyevdə güllə qarşılanacaq, Ukrayna 2-3 günə təslim olacaq - bu hesabla da savaşa başlamışdı. Baltası daşa dəydi, ukraynalılar müqavimət göstərdilər. Amma bunları səhv hesablama saymır. Görünür situasiyanı qiymətləndirmək problemi var. Hələ də inanır ki, qarşısındakılar zəif və qorxaqdırlar, sonda qələbə onun olacaq. Odur ki, 8 aydır sağını-solunu hədələməkdə, şantaj etməkdə davam edir.

Dəyişən situasiyada dəyişməməyin, köhnə strategiyadan əl çəkməməyin sonu fiaskodur. Situasiyanı yenidən dəyərləndirmək, başqa çarə axtarmaq lazımdır. Amma Putin mövqeyinə korrektə edən kəslərdən deyil və ya belə bir qabiliyyəti yoxdur.

“Valday”da dediklərindən belə çıxdı ki, o, düz yolla gedir, səhvi isə Qərb edir. Çünki, kollektiv Qərb dünyanı artıq təkbaşına edə bilməz, artıq xalqlar onlara belə rəhbərliyi istəmir. Və situasiyanı “inqilabi” adlandıran Putin sevmədiyi Lenindən sitat gətirir: “Yuxarılar bacarmırlar, aşağılar istəmirlər”.

Moderator Rusiya prezidentinin özünü hansı tərəflə assosiasiya etdiyini soruşur və Putin “əlbəttə ki, aşağılarla” cavabını verir: “Atam fəhlə idi, usta fəhlə. Anamın heç orta təhsili də yox idi, xəstəxanada dayə işləyirdi və dalandar, gecə qarovulçusu işləyirdi. Ona görə, əlbəttə ki, mən sıravi insanın yaşayış nəbzini hər zaman çox incə tuta bilirəm”.
Rusiya bir liderin qeyri-adekvat hikkə və ambisiyalarının girovuna çevrilib və Ukrayna savaşı gec-tez bu əhvalatı bitirəcək…

Qəzənfər Həmidoğlu
XəzərNews.az


Xəbər 637 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +