Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


09.10.2022  17:54 

Bölgələrdə yaşayan şəhid ailələrinin hansı problemləri var?





A+  A-

“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsini həyata keçirir.

“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev bildirib ki, layihə çərçivəsində Lerik, Astara və Lənkəran rayonları üzrə ümumilikdə 25 ailədə olub. Layihəmizin işçi qrupu Niyaz Niftiyevlə görüşərək, bölgələrdə yaşayan şəhid ailələrinin problemləriylə maraqlanıb:

“Layihəmizin məqsədi müxtəlif səbəblərdən unudulan 25 şəhid gəncimiz haqqında, onların ailələri ilə müsahibələrin, foto-reportajların hazırlanması, xatirələrinin əbədi tutulmasından ibarətdir. Həmçinin yeniyetmə və gənclərə Azərbaycançılıq ideologiyasını təbliğ etmək, cəmiyyətdə ayrı-seçkilik, bölücülük fəaliyyətlərinə qarşı ümumi mübarizə ruhunun formalaşmasına kömək etməkdir. Eyni zamanda ailələrin problemləri Arayış formasında ayrı-ayrılıqda tərtib olunaraq müvafiq dövlət orqanlarına göndərilməsi üçün donora təqdim olunmasıdır”.

QHT sədri bildirib ki, bölgələrdə şəhid ailələrinin problemləri təxminə oxşardır:

“Layihə çərçivəsində Lerik rayonunun Anbu kəndində Şəhid Tural Əhmədovun evində olduq. Bu ailədə 2 oğlan uşağı var. Bundan böyüyü xəstədir. O evlidir və onun da bir xəstə qızı var. Uşağın onurğa beynində problem var. Onun da müalicəsinin maddi tərəfindən danışmaq mümkün deyil. Heç bir yerdən də köməkləri yoxdur. Ailənin heç bir üzvü işləmir. Nə ata, nə ana, qardaş da ki, xəstədir. Ata isə Birinci Qarabağ müharibəsinin veteranıdır, 6 il müharibədə olub. Şəhidin qardaşı Əhmədov Ceyhun da orta təhsillidir. Və yaxud da Lerik rayonunun Bibihoni kəndində anadan olan Tarzən Qəhrəman oğlu Həşimovun ailəsi... Bibihoni kəndi Lənkəran-Lerik yolundan 6 km məsafədə - dağların ətəyində yerləşir. Bu 6 km-lik məsafəni ancaq üzü yuxarı qalxmaqla davam edirsən. Yollar bərbad vəziyyətdədir. O qədər bərbaddır ki, yay aylarında belə relyefə uyğun avtomobil (məsələn, NİVA, UAZ) olmasa Bibihoniyə getmək mümkünsüzdür. Qışın qarında isə ümumiyyətlə bu kəndlə əlaqə tamamilə kəsilir. Şəhid Tarzənin ata evi, yəni Birinci Qarabağ Müharibəsi iştirakçısı Qəhrəman Həşimovun evi də qəzalı vəziyyətdədir. FHN evin qəzalı olması ilə bağlı rəsmi sənəd də verib, lakin ailənin yeni evlə təminatı həll olunmur. Lerik rayonunun Günəşli kəndində anadan olan Vüqar Mövlanovun ata evinə isə əsas yoldan yalnız ayaqla getmək mümkündür. Əsas problem yoldur. Yağış yağanda 300-400 metrlik məsafəni ayaqla getməli olurlar. Şəhidin qardaşı işsizdir, Bakı şəhərində tikintilərdə fəhlə işləyir. Lerik rayonunun Kornədi kəndində anadan olan Şəhid gizir Cəlal Ağayev ata evin Lənkəran – Lerik avtomobil yolunun 7-8 km-də yerləşir. Bu yolun 5-6 km-i Vizəzəmin kəndi ərazisindən keçir, yolları dağılmış olsa da Kornədi kəndinin yollarına baxanda pis deyil. Amma Vizəzəmindən Kornədiyə qədər olan ərazi bərbad gündədir, yəni Lerikin digər kənd yolları kimi... Bundan başqa şəhidin ata evi uçmasın deyə taxta dirək vurublar, qəzalıdır. Rayon İcra Hakimiyyəti qeydiyyata alıb, amma müvafiq təşkilatlar iş görməyə tələsmir”.

N.Niftiyev bildirib ki, bəzi şəhid ailələri də övladlarının adının məktəblərə verilməməsi kimi problemlərlə üzləşirlər: “Əlbəttə, bu məsələdə qanunvericiliyə dəyişikliklər olmalıdır. Layihə çərçivəsində Lerik rayon mərkəzindən 40 km məsafədə yerləşən Piran kəndində şəhid Vidadi Cabbarovun ata evində olduq. Şəhidin atası oğlunun adının əbədiləşdirilməsi üçün kəndin girişində, Lənkəran – Lerik yolunun üzərində öz maliyyə vəsaiti ilə böyük bir Şəhidlər bulağı tikdirib. Təkcə bir istəkləri var, Vidadinin adının əbədiləşdirilməsi üçün Piran kənd orta məktəbinə onun adı verilməsi... Bu barədə müraciətlərinə cavab verilib ki, məktəbə şəhid adının verilməsi üçün gərək onun ordeni olsun… Vidadinin isə 5 medalı var. Vidadi kəndin ilk və yeganə şəhididir. Məktəbin müəllimləri də bu barədə Nazirlər Kabinetinə müraciət ediblər”.

N.Niftiyev bildirib ki, Astaranın Artupa kəndində anadan olan şəhid Səxavət Səttarovun anası isə kirayədə yaşayır: “Anası Gülnarə Səttarovanın dövlətdən heç bir tələbi yoxdur, deyir hər dəfə gəlib yazıb, gedirlər. Bircə yaşamaq üçün ev istəyir, onu da hələ verən yoxdur. Ananı iki ildən sonra məktəbə xadimə kimə işə düzəldiblər, 270 manat əmək haqqı olar, onun da 150 manatını kirayəyə verir. Astaranın Ərçivan qəsəbəsindən şəhid Sadiq Zeynalovun anası xəstədir. Yaşayışları və dolanışıqlarında ciddi problemlər var. Atası Kamal Zeynalov deyir ki, İcra hakimiyyətindən yalnız onlarla maraqlanırlar. Nə özü, nə də yoldaşı işləmir. İşlə bağlı söz veriblər, amma nəticə yoxdur. Bir hamam tikməyə belə imkanları yoxdur... Və yaxud da Astaranın Lomin kəndindən olan şəhid Tarif Cəfərzadənin ailəsi... Anası işləmir, iş yoxdur, daha doğrusu iş verən yoxdur. Kimə deyirlər, gözləyin, düzələcək deyirlər. Ailə nənənin pensiyası və bir də şəhidə görə verilən müavinətlə dolanır. Bu ailə şəraitsizlikdən Lomin kəndindən Deqədi kəndinə köçüb. Mən o kənddə, evdə oldum, yollara çınqıl töküblər, o evdə də qışda yaşamaq olmaz. Şəhidin qardaşı xəstədir, Qardağda daş karxanasında daş atır, iki uşağı isə həm lal, həm də kardır, müalicəyə ehtiyac var, amma pul yoxdur... Astara rayonunun Sipiyəpard kəndində anadan olan Elnur Qədir oğlu Əbdülovun yol problemi daha da acınacaqlıdır. Sipiyəpart rayon mərkəzindən 20-25 km-lik bir məsafədə yerləşir. Kəndə getmək bir az rahat olsa da kənddən ailənin evinə getmək dəhşətli və əzablıdır. Əbdülovların evi əsas yoldan 1.5 km məsafədə - dağın başında yerləşir. Evə gedən yolu Elnurun atası özü düzəldib, sadəcə dağları yararaq bir gedişli “yol” çəkib. Göydən bir damcı yağış düşən kimi hərəkət dayanır”.

N.Niftiyev bildirib ki, Lənkəranda vəziyyət bir az fərqlidir. Onun sözlərinə görə, şəhərin özündə yaşayan şəhid ailələrinin elə də ciddi problemləri yoxdur: “Dövlət şəhid ailələrini mənzillə, işlə təmin edib. Amma rayonun kəndlərində fərqli mənzərə var. Rayonun Aşağı Nüvədi kəndində şəhid Romir Əliyevin doğulduğu evdə olduq. Şəhidin atası Rəşadət Əliyev deyir ki, son bir neçə ayda rayon İcra Hakimiyyəti şəhid ailələri ilə daha sıx işləməyə başlayıb. Səbəb də başçının müavini Vəsilə xanımın işdən çıxarılmasıdır. O, başçı ilə şəhid ailələıri arasında keçilməz sədd imiş. Ondan sonra vəziyyət tamamilə dəyişib, yəni düzəlib. Ailənin problemləri yox deyil. Evlərinin damı təmir olunmalıdır, şəhid anası moldovandır, iş istəyir ki, başını qatsın.

Ə.Məhəmmədoğlu

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır.


Xəbər 8209 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +