Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


31.08.2022  13:39 

Necə olur vətəndaş narkomanları bilir, amma hüquq-mühafizə orqanları bilmir? - İqbal Ağazadə





A+  A-

“Bu narkotik qruplaşmalarının arxasında səlahiyyətli qurumlar, məmurlar durmasa, heç kim narkotik sata bilməz, mümkün deyil. İnsanlar bağında əkdiyi limonu küçədə qoyub sata bilmir. Necə olur ki, bu qədər insanlar narkotik satır və guya, heç kimin bundan xəbəri yoxdur. Bunların böyük əksəriyyəti hamıya məlumdur. Sadəcə bundan çirkin pul qazanır və cəmiyyətimizə çox ciddi ziyan vururlar”.

XəzərNews.az xəbər verir ki, bu fikirləri Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə Bakupost.az -a açıqlamasında deyib.

Partiya sədri hesab edir ki, narkotik satan şəxslərin cəzası qanunda daha da sərtləşməlidir:

“Narkotikdən satış üçün istifadə edənlər üçün qanun daha da sərtləşməlidir. Yəni, 3-7 il yox, 15-20 ilə qədər cəza verilməlidir. Bu cinayət heç də Vətənə xəyanətdən, adam öldürməkdən az ağır cinayət deyil. Bu məsələ Cinayət Məcəlləsində sərtləşdirilməlidir.

Eyni zamanda Narkotik istifadəçilərinin qeydiyyata alınması ilə bağlı qanun qəbul olunmalıdır ki, qeyri-qanuni və gizli yollarla məşğul olmanın imkanları tükədilsin. Çox təəssüflər olsun ki, bu şəkildə mübarizə aparılmır”.


Sədr narkomaniyanın ölkəmizdə yayılmasında İranın xüsusi payı olduğunu diqqətə çatdırıb:

“Narkomaniya Azərbaycanda o qədər sürətlə yayılıb ki, artıq hər kəsin qapısının astanasındadır. Çox ciddi problemlər üz-üzəyik. İranın burada xüsusi fəaliyyəti var və bunun ölkəmizdə yayılmasına xüsusi dəstək verir. Azərbaycanın məmur təbəqəsi, səlahiyyətli dövlət qurumlarında olan adamların pul qazanmaq ehtirası da buna imkan verir”.

İ.Ağazadə, hüquq-mühafizə orqanlarının bu məsələdə fəaliyyətini yetərli hesab etmir:
“Əslində, hüquq-mühafizə orqanları hamının bilmədiyini bilməlidir. Necə olur vətəndaşın hamısı məhəllədəki narkomanları, “bariqa”ları bilir, amma hüquq-mühafizə orqanları bilmir? Polisin vəzifəsi cinayət törədən adamları bilmək və həbs etməkdir. Lakin burada bütün məhəllə, sakinlər, hamısı bilir bircə polisdən başqa. Bu və ya digər şəkildə narkomanlar onlara ödəmələr edir, faizlər verir. Ona görə onlar rahat şəkildə gəzib-dolanırlar. Bu gün küçələrdə gül satanlar, dilənçilik edənlərin böyük əksəriyyəti bariqalar, narkotik satanlardır. Bunu da hamı bilir. O gülün içərisində, dilənçiliyin arxasında narkotik tapılır. Harada tanınmış adamlar var gülsatanlar, dillənçilər onlara yaxınlaşır. Dəfələrlə şahidi olmuşam ki, o gülü adi vətəndaşın heç biri almır, yalnız narkoticarətçilər alır. Çox təəssüf ki, bununla bağlı gərəkli tədbirlər görülmür. Hər kəs susur və narkomaniya sürətlə evlərə yayılır”.

Xatırladaq ki, ötən günlərdə bloger Nail Kəmərli Bakının Biləcəri, “Papanin” və “Xutor” adlanan ərazilərindən süjet hazırlamışdı.

Həmin süjet cəmiyyətdə böyük səs-küyə səbəb oldu. Görüntülərdə qəsəbə sakinlərinin narkomanların, bariqaların əlindən cana yığıldıqları, anaların gözüyaşlı fəryad etdikləri əks olunub. Narazı insanlar vurğulayıblar ki, bariqalar rahatlıqla, açıq-aşkar narkotik satır, "polisin malını satıram", deyərək qorxmadıqlarını bildirirlər.


Xəbər 1127 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +