Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


31.08.2022  11:52 

Qorbaçov öldü, amma qorbaçovlar hələ çoxdur...





A+  A-

"Qorbaç" sözü rusların "qorb" (donqar, qoz, ur) sözündən gəlir və müvafiq olaraq "donqarlı", "urlu", "qozbel" deməkdir. Ruslar donqarlı balınaya "qorbaç" deyirlər, bu adda balıq da var onlarda. Hətta rəndəyə bənzər alət də.

Belindəki donqarla deyil, daha çox başındakı xalla tanınan Qorbaçovun soyadının bu sözün ifadə etdiyi hansı mənaya bağlı olduğunu gərək kimsə onun özündən soruşaydı. Ancaq artıq gecdir, çünki 92 yaşında öldü.

Qorbaçov bədbəxt adamdır. Çünki bu gün onun yolunda olanlar da onu söyür. Qorbaçovun günahı nə idi? O, "yenidənqurma" adlı siyasi avantüra fonunda "demokratiya" və "aşkarlıq" elan edərək, aləmi qatdı bir-birinə. Bunu bilmədən, yəni anlamadan etdi, yoxsa qəsdən?

O, Baş Katib seçiləndə 55 yaşındaydı, tam mənim yaşımda. Böyük bir siyasi yol keçmiş savadlı, intellektual, təcrübəli şəxs idi. Yəni anlamırdı ki, Qərbin demokratiyasını, aşkarlığını oradan götürüb, birbaşa SSRİ-nin başına qoymaq mümkün deyil?

Belə çıxdı ki, bilmirmiş. Çünki erməni millətçiləri məhz həmin "demokratiya" və "aşkarlıqdan" ilhamlanaraq, qol-qanad açaraq, Qarabağa iddia etməyə başladılar. Məhz Qorbaçovun başlatdığı kampaniya çərçivəsində qan tökdülər, o qan böyüyərək, böyük müharibəyə çevrildi və bu gün də davam edir.

Məhz o siyasətin nəticəsində azərbaycanlı millətçilər sərhəd dirəklərini söküb İrana keçmək istədilər, icra hakimiyyətlərinə hücum etdilər, erməni millətçilərinə cavab olaraq "poqromlar" törətdilər və Qorbaçov qoşun yeridərək, qırğın törətdı.

Yenidənqurmadan qabaq bir millətçi, bir daşnak cınqırını çıxara bilirdimi? Bilmirdi.
Əvvəlcə insanlara meydan, azadlıq verdi, sonra başa düşdü ki, səhv edib. Yığışdırmaq istədi, ancaq bacarmadı və böyük faciələr oldu. Bəla burasındadır ki, o vaxt təməli qoyulan faciələr bu gün də davam edir. Qarabağ, Ukrayna, Dnestryanı, Osetiya, Abxaziya, vaxtilə Çeçenistan və s. Hamısının da kökündə millətçilik var. Millətçiliyin fitilini qoyan isə birmənalı Amerikadır. Bütün millətçilər bilərəkdən və ya bilməyərəkdən ABŞ casuslarıdır. Çünki ABŞ dünyanı məhz onların əliyllə və millətçi şüarlarla dağıdıb, ona tam hakim olmaq istəyir.

Qobaçov həqiqətənmi səhv etdi, bütün bunlar onun qanmazlığından baş verdi, yoxsa qəsdən təxribat törətdi? Mən bunun cavabını həqiqətən hələ də bilmirəm. Amma bunun fərqi yoxdur. Əsas odur ki, etdi. Bəs necə oldu ki, belə bir "qanmaz" adam o boyda dövlətin başına keçə bildi? Tutaq ki, özü qanmaz idi, bəs müşavirləri? Bəs o boyda siyasi büro? O qədər ideoloqlar, ziyalılar?

Deməli, bunlar təsadüf deyildi. SSRİ-nin islahatlara ehtiyacı vardı, amma Qorbaçov yenidənqurması şəklində olana yox. İslahatlara xırda iqtisadi dəyişikliklərdən başlanmalı, onlar həyata keçdikcə müəyyən siyasi azadlıqlar da verilməliydi.

Yenidənqurma isə məhz təxribat, diversiya idi. Onu çox mükəmməl şəkildə Qarbdə hazırlayıb, başqa Qorbaçov olmaqla bir qrup adama icra etdirdilər. Onların çoxunu aldatdılar. Elə Qorbaçovun özünü də.

Bəli, bəzən siyasi səriştəsi, istedadı, təfəkkürü olmayanlar da siyasi olimpə yüksələ bilirlər. Bəzənmi? Yox, hətta çox zaman belə olur. Qorbaçovla da eyni şey oldu. Nə olsun intellektual idi, nə olsun natiq idi. Ağlı yox idi. Burnunun ucundan uzağı görməyib. Onu fırladıblar, oynadıblar, bambılı yerinə qoyublar. Elə Yeltsin kimi, Elçibəy kimi, Qamsaxurdiya və digərləri kimi. Siyasətdə bambılılıq çox önəmlidir, bambılılar siyasi texnoloqların işinə çox yarayırlar. Qorbaçov da bambılı idi. Bambılılara Nobel də verirlər ki, özlərini böyük adam saysınlar. Bambılıdırlar axı...

Məgər bu gün bizim bir çox siyasətçimiz - Əli Kərimli, Sərdar Cəlaloğlu, Natiq Cəfərli, Qubad İbadoğlu, Cəmil Həsənli, İsa Qənbər, Arıf Hacılı və onlarla digəri elə Qorbaçovun dediklərini təkrarlamır? Ağzılarını açıb demokratiya, insan haqları, azad seçki demirlər?

Bunları əksəriyyətinin yaşı 55-i çoxdan keçsə də, Qorbaçovun səhvlərindən nəticə çıxarıblarmı? Məgər onlar da eynilə Qorbaçov kimi avantüra ilə məşğul deyillərmi?

Məgər Qərb demokratiya toxumu üçün bizim torpağın yaramadığını anlamırlarmı?

Burada banan yetişdirməyin mümkünsüzlüyünü dərk etmirlərmi? Öz yolumuz, öz toxumumuz olmalı olduğunu bilmirlərmi? Vallah, buna da əmin deyiləm, bilməyə də bilərlər. Bəzən çox ağıllı görünən, savadlı danışan adamlar son dərəcə axmaq, düşük, bambılı ola bilirlər.

Qorbaçov öldü, amma qorbaçovlar hələ çoxdur. Onlar yaşayır və ətrafa zəhər səpməkdə, təxribat yaymaqda davam edirlər. Onların arxasında azğın və qəddar düşmən var. Bu düşmənin adı Atlantist Qərbdir. Bütün prosesi o idarə edir. Odur ki, qorbaçovların ölməsi ilə nəsə düzələn deyil. Biri öləcək, yerinə başqasını gətirəcəklər. Qərbin və Amerikanın başı əzilməsə, qorbaçovlar hələ çox olacaq və çox qan axıdacaqlar.

Nadir Qocabəyli

Xəbər 2702 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +