Qiymətlər havada “uçuşur” - Sabir Rüstəmxanlı
Ətin qiyməti NİYƏ bahalaşır?
Bakıda zibili eşşək arabası ilə daşıyırlar
Artıq yas mərasimlərimiz “obed”ə oxşayır - İlham Əziz
Cəlilabadda meşə yanır
Rusiyada Azərbaycanın mədəni tədbirləri ləğv olundu
Mingəçevir, Zaqatala və Xaçmaza prokurorlar təyin edilib
İki evdən 30 min dollar və 57 min manat oğurlandı
Yararsız heyvan cəmdəyi aşkarlandı
Hərbi Prokurorluğda daha bir kadr islahatı aparılıb


21.08.2022  12:23 

UNUN BAHALAŞMASI VƏ İKİ PARADOKS





A+  A-

Azərbaycanda təkcə bahalaşan un və un məmulatları deyil. İstehlak bazarında bütün növ məhsullar bahalaşıb. Gözübağlı gəzməyən və marketlərdə qiymətlərdən xəbəri olan istənilən vətəndaş bunu görür.

Lakin un bu ayda niyə bahalaşıb sualı yəqin ki, çoxunuzu düşündürür. Bu paradoksun qısa izahın yazım.

Birinci paradoks...

Azərbaycan taxılı 2 yolla əldə edir. Daxili istehsal və idxal hesabına. Ötən il ABŞ və Kanada da havaların quraqlıq keçməsi səbəbindən qiymət artımları bizi də qorxutmuşdu. Mühüm taxıl idxalçılarımızdan olan Rusiya-Ukrayna müharibəsi başlayar-başlamaz Azərbaycan taxıl idxalını sürətlə artırdı. Əgər 2020-ci ilk aylarında ölkəmiz taxıl idxalını 6 milyon dollar səviyyəsində aparmışdısa, 2022-ci ilin analoji dövründə bunu 5 dəfədən çox 32 milyon ton həyata keçirmişdi. Demək, məntiqlə Taxıl Fondu daha çox ehtiyat toplayıb ki, bahalaşma olmasın və idxal riski genişlənməsin.

İkinci paradoks...

İdxal hesabına taxıl əsasən yaz və yay ayları üçün alınır. Yayın sonunda (avqustda) taxıl biçini olur və daxili istehsal hesabına taxıl tələbatı qarşılanır. Deməli, avqust ayında daxili istehsalın güclü olduğu ərəfədə un və un məmulatlarının qiymətinin artması üçün də məntiq işləmir.

Əgər çörəyin qiymətinin qalxması üçün heç bir məntiq işləmirsə, "çörəyi ver çörəkçiyə" məntiqi də özün doğrultmayacaq...

Məmməd Talıblı
İqtisadçı


Xəbər 3223 dəfə oxunub.




15.07.2025  16:52 

Ətin qiyməti NİYƏ bahalaşır?

15.07.2025  14:10 

Cəlilabadda meşə yanır

15.07.2025  10:00 

Samuxda zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +