Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


20.08.2022  11:35 

NƏ OLAR, GEDİN PENSİYAYA, XİLAS OLUN VƏ XİLAS EDİN!





A+  A-

Juranlistin "elmdə gəncləşmə necə aparılacaq?" sualına cavabında Elmlər Akademiayasının prezidenti vəzifəsini icra edən 73 yaşlı pensioner-akademik Arif Həşimov deyib ki, yeni strukturla bağlı ixtisara düşən əməkdaşların sosial maraqlarının qorunması, onların məşğulluğunun təmin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilib. Bir şey alınmasa, onların “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq altsistemində yerləşdiriləcəyini” bildirib.

8 ildir ki, dövlətdən müavinət və əlavə 2000 manat titul maaşı alan, digər həmkarları kimi hərtərəfli təminatda olan, ancaq 300-500 manat maaşa pərçimlənmiş və qeyri-qənaətbəxş məişət şəraitində maddi sıxıntılara tərk edilmiş alim həmkarlarının halına biganə qalan pensioner-akademik A.Həşimov cavan nəslin ixtisarından danışsa da, yaşlı nəslin ixtisar edilməsindən söhbət getmədiyini vurğulayıb. O, qocaların təqaüdə getməsinin mümkünsüzlüyünü nəsillərarası bağın qırılması ilə izah edib. Arqumentə baxın, vay dədəm, vay!

Görəsən, möhtərəm akademik, bağın (yəni əlaqənin) nə olduğunun fərqindədirmi?

Ay akademik, bu bağ, bəyəm, fiziki, ya bioloji bağdır ki, qırılsın? Çox tutarsız və məntiqsiz arqument oldu, billah! Gənc nəsilə sizin cisminiz, yoxsa intellektual məhsulunuz, əsərləriniz lazımdır? Bəyəm, elmdə yaşlı təqaüdə gedəndə, yaxud dünyasını dəyişəndə nəsillərarası bağlar qırılır və onların elmə verdiyi töhfə yoxa çıxır?!

Gənc alim pensiyaya getmək istəməyib maneəyə çevrilən yaşlı alim həmkarından fiziki və ya bioloji güc almır ki! Elmi bağ (əlaqə və ardıcıllıq) alimin əsərləri, elmi irsi vasitəsilə nəsildən-nəslə ötürülür. Ona görə qətiyyən narahat olmayın!

Qoyun ortaya şedevrlərinizi və rahatca gedin.

İstəsəniz, gəlib bağ evinizdə sizə baş çəkərik.

Unutmayın ki, tezliklə təqaüdə getməklə siz gənc nəsli vaxtilə saldığınız girdabdan qismən xilas etmiş və rəhmət qazanmış olarsınız.

Mövcud böhran şəraitində gənc nəsillə yaşlı nəsil arasında fiziki bağın qırılması, inanın ki, inkişafın 50 faizi deməkdir.

Ona görə də, rica edirəm, sizi and verirəm akdemiklik diplomuna və 2000 manat titul maaşına, nə olar, həmkarlarınıza da deyin, izah edin, inandırın ki, təqaüdə getməyiniz və cavanlara yol verməyiniz, onların məvacibində artıma səbəb olmağınız dövlətimiz və elmimiz üçün faydalı addım olacaq.

Deyin, izah edin! Həmkarlarınızın sizinlə yüz faiz razılaşcaqlarına əminəm. Axı siz həmişə dövlətin qayğısı ilə əhatə olunmusunuz. Ömrünüzdə bir dəfə də siz dövlətə güzəştə gedin, yəni pensiaya gedin! Bax, məsələn, mən ömrüm boyu müxtəlif işlərdə, hətta 10 il dövlət qulluğunda çalışsam da, pensiya yaşına çatsam, hesablatdığıma görə, cəmi 400 manat pensiya alacağam, siz isə nağdı 2000- 3000 manat alırsınız! İndi fərqi gördünüzmü?

Ona görə də, insafa gəlin, şad-xürrəm gedin, 2000-3000 manat təqaüdünüzü alın, dincəlin bağ-bağatınızda, gəzin, dolanın! Mənimtək “bacarıqsızlar” kimi kirayələrdə qalmamısınız ki!

Deməli, o bağ qırılsa, əməlli-başlı inkişaf edərik. Axı yaşlı nəslin gənc nəsli qısqandığının, ona mane olduğunun az şahidi olmamışıq. Üzdə bir cür, əməldə başqa cür olduğunuzu məndən gözəl bilən və görən var? Bəlkə də, olmamış olmaz.

Yüzlərlə elmi dərəcəli gənclərin savadsız yetişməsinin səbəbkarı kimdir, əfəndim? İstəsəniz, lap dərinə və təfərrüata vararam. Hörmət, izzət, məhəbbət və lətafətlə sakitcə pensiyaya çıxmaq sizi artıqlaması ilə mükafatlandırmaq deməkdir. Hər şeyə də sahibsiniz, maşallah!

PS. Yaş həddinə görə pensiyaya gedilməsi bütöv bir quruma yeni nəfəs və canlama verər, dövlətin sosial yükünü xeyli yüngülləşdirər.

İdris Abbasov
Professor


Xəbər 1178 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +