Qarabağda 300-dən çox erməni separatçısı axtarışa verilib
Verilən məlumatlar həqiqəti əks etdirmir... - Baş prokuror
Aqil Abbas ermənilərdən niyə üzr istəyir?
Taksilərə dair yeni tələblər qüvvəyə mindi
Daha 30 ukraynalı uşaq Azərbaycanda...
BMT-nin missiyası Qarabağa gedib
7 ambulans və təcili tibbi yardım briqadası Xankəndiyə ezam olunub
Prezident Kley Mourini qəbul edib
Müsadirə edilən artilleriya qurğularının... - Videogörüntüləri
Ermənilər Azərbaycan səfirlikləri qarşısında mitinq keçirəcək - Siyahı


18.08.2022  14:53 

İntim videoları yayılan Zaur Mirzəyev saxlanıldı





A+  A-

Bir sıra media və sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli video və fotoları yayılması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırmalara başlanıb.

Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, müəyyən olunub ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırmış, xidməti və sair asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi çirkin şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparmış, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olmuşdur.

Araşdırmalarla Zaur Mirzəyevin səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb cinayət xarakterli əməlləri ilə həmin şəxslərin hüquq və qanuni mənafelərinə, habelə Fövqəladə Hallar Nazirliyinin işgüzar nüfuzuna ciddi xələl gətirərək ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

İş üzrə Zaur Mirzəyev avqustun 17-də şübhəli şəxs qismində saxlanılıb.
Hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 1112 dəfə oxunub.




01.10.2023  10:05 

BMT-nin missiyası Qarabağa gedib


BÜTÜN XƏBƏRLƏR +