Sabir Rüstəmxanlı ilə görüş keçirilib
Səlim Müslümov ziyanın 20 milyon manatını ödədi
Məktəbli formaları bu qiymətə satılacaq
Sabah bəzi yerlərdə 41-42° isti olacaq
Pensiyalar bu tarixdə ödəniləcək
Vəzifəli şəxslərə cinayət işi açılıb, həbs edilən var
Hərbçi qəza törətdi, ölən var...
Sabahdan İXTİSAS seçimi başlayır
Qazini öldürən həbs edildi - Bakıda
Deputatlarımız niyə “xoruz“ buraxır?


30.07.2022  09:47 

“Evdə uşağım acından ölür, kirayəni verə bilmirəm...” - Qazi





A+  A-

İkinci Qarabağ müharibəsinin iştirakçısı Qadir Cəfərov İcbari Tibbi Sığorta qarşısında etiraz edib.

XəzərNews.az Toplum-tv-yə istinadən xəbər verir ki, şikayətçinin etirazı ona əlillik təyinatının verilməməsi ilə bağlıdır.

“Mən bu qol boyda olan körpə uşağıma başa sala bilmərəm ki, yemə, içmə, gözlə. Məni bu canla heç kim işə götürmür. Nərimanovda Cənab prezidentin köməkçisinin qəbulunda olmuşam. Dedilər ki, get köməklik edəcəyik. Şəhid ailələrinə, qazi ailələrinə həmişə diqqət, qayğı göstəririk. Nömrələr veriblər, heç birinə zəng çatmır, heç biri qəbul etmir. Yalandan təzə prezidentin qəbul şöbəsini yaradıblar orda”.

Qadir Cəfərov deyir ki, ilk dəfə apreldə əlillik təyinatı üçün müraciət etsə də, imtina cavabı alıb. Növbəti müraciətini iyunda edib. Şikayətçinin sözlərinə görə, icbari tibbi sığorta hələ də sənədləri əmək və əhalinin sosial müdafiəsi nazirliyinə təqdim etməyib.
“İyulun 18-dən sənədlərimi vurdurmuşam. Mənə bildiriş kodu verilib, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi kodu daxil edir, amma heç bir yerdə adım yoxdur, sənədlərim çıxmır. Qalmışam bunların əlində. Bax, taksiyə pulum yoxdur, evdə uşağım acından ölür, kirayəni verə bilmirəm. Heç bir yerdə işləyə bilmirəm . Məni niyə öldürürsünüz? Gəlmişəm, icbari tibbi sığortaya. Mənə köhnə bildiriş kodunu göstərib deyir ki, vurmuşam sənədləri”.

İcbari tibbi sığortanın nümayəndəsi Elşad Əliyev isə deyir ki, sənədlər nazirliyə təqdim edilib.

“Bu kağızın da ona verilməsinin səbəbi odur ki, göndəriş artıq rəsmiləşdirilib. Tarix də qeyd olunub - 18 iyul. Səhiyyə Nazirliyindən də ötürülüb sosial müdafiə nazirliyinə. Nazirlik də sistemdən çəkib, qardaşımızı əyani müayinəyə çağırıb, təzədən dəyərləndirmə aparmalıdır. Əslində psixiyatrik problemlər Səhiyyə Nazirliyinə daxildir, icbari tibbi sığortaya aidiyyatı yoxdur. Sadəcə, qardaş bizə müraciət etmişdi”.

Etiraz etdikdən sonra Qazi Qadir Cəfərov iyulun 29-u nazirliyə çağırılıb. Əlilliyin təyinatı ilə bağlı komissiya tərəfindən əyani müayinə olunub. Qurumdan vətəndaşa 15 iş günü ərzində geridönüş ediləcəyi bildirilib.





Xəbər 620 dəfə oxunub.




12.08.2022  10:10 

Rayonlardan un qıtlığı var?


BÜTÜN XƏBƏRLƏR +