Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


25.07.2022  18:52 

Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin?





A+  A-

“Rusiya Azərbaycanı qarışdırmaq istəyir”. “İran ölkəmizə diversant qüvvələr göndərib, aranı qatmağa çalışır”. “Bunun üçün təlimlər keçirilir”. “Azərbaycandan könüllülər gedir”. Cəlbedici tezislərdir. Maraqla oxunan məlumatlardır. İctimaiyyətdə həyəcan yaradan fikirlərdir. Amma peşəkarlar üçün bu nə qədər inandırıcıdır? Məlumatlı insanlarda belə açıqlamalar emosiya doğururmu? Təbii ki yox.

İki qonşu ölkənin bizə münasibətini yaxşı bilirik. Əllərinə imkan düşəndə Azərbaycanı aralarında bölüblər. Bölünmüş vətənimizi bir neçə dəfə yenə bölməyə çalışıblar, müxtəlif tarixi mərhələlərdə buna nail olublar. Azərbaycan təkcə Sovet hakimiyyəti dövründə və Boris Yeltsin iqtidarı zamanında nə qədər torpaq itirdi. Amma artıq qüvvələr nisbəti və bölgədəki proseslərin yönü dəyişir. Bu sərt reallığı nəzərə almalıyıq və bir az da məsuliyyətli davranmalıyıq. Azərbaycan cəmiyyətində 44 günlük Vətən müharibəsindən sonra yaranmaqda olan inam və cəsarəti darmadağın etməyə heç kimin haqqı yoxdur. Xalq əsrlərdir qorxu, səksəkə içindədir. Təzə-təzə özünə gəlir, onda görürsən, hərə özü üçün bir xoxan düzəldib, cəmiyyəti qorxutmağa, ictimai rəyi çaşdırmağa çalışır. Bu milləti gözüqıpıq, çarəsiz, qorxaq tərbiyə etməyə niyə bu qədər həvəsliniz, cənablar?
Bundan qazancınız nədir axı?

Xalq güclənib, qələbəni dadıb. İndən sonra bu millətin torpağını işğal etmək, Vətənini yağmalamaq mümkün deyil. Bu, məsələnin emosional və mənəvi tərəfi.
Bir də məsələnin geopolitik tərəfləri var. Bunları sıralayaq.

Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi bizi bütün növ xarici hərbi-siyasi aqressiyadan müdafiə edən bir tarixi sənəddir. Qarabağda Türkiyə hərbi birlikləri var. Ordumuz Türkiyə ordusu ilə vaxtaşırı hərbi təlimlər keçir. İki ölkənin dövlət başçıları bir-birinə qardaş deyə xitab edirlər. Azərbaycan xalqı Türkiyəni özünün Vətəni, ordusunu ordusu, bayrağını bayrağı bilir. Bütün ölkə boyu Şəhidlərin xatirəsinə yaradılan xatirə bulaqlarında, lövhələrdə Azərbaycan bayrağı ilə yanaşı Türkiyə bayrağı da dalğalanır.

Bir də işin görünməyən, duyulmayan məqamları var. Xüsusi xidmət orqanları, əks-kəşfiyyat, hərbi kəşfiyyat – bütün bunlar da son illər olduqca güclənmiş, peşəkar səviyyələrini yüksəltmiş dövlət qurumlarıdır. Onların diqqətindən, radarlarından bu cür prosesi gizlətmək olarmı? Rusiya və İran ölkəmizə qarşı bu cür geniş miqyaslı plan hazırlasın, Azərbaycan və onun ən yaxın dostu, müttəfiqi Türkiyə bundan xəbər tutmasın və buna qarşı tədbir gösrməsin...

Azərbaycanı özünün ən strateji müttəfiqi seçən İsrail imkan verərmi İran və Rusiya Azərbaycanla bağlı hansısa təxribat törətsin? Əsla!

Avropa Birliyi, ABŞ necə, bu mənzərəni sakit seyr edəcək qədər səbirli davranarmı?

Həyatda olmaz! Çünki onların da bu bölgədə maraqları tamam başqadır və Güney Qafqazı Rusiyanın, İranın ixtiyarına buraxmazlar.

Yeri gəlmişkən, dinc və ya qanlı inqilablar, dövlət çevrilişləri, iğtişaşlar adətən Qərb siyasi texnoloqlarının hazırladığı və tətbiq etdiyi metoddur. Son 30 ildə qonşu dövlətlərdə, bölgə və dünya ölkələrində baş verənlər bunu təsdiqləyir. Gürcüstanda Qızılgül inqilabı, Ukraynada Maydan hərəkatı, Qırğızıstanda adına “At inqilabı” deyilən komik hakimiyyət dəyişikliyi, Yaxın Şərqi qana boyayan “Ərəb baharı” və s. hamısı Qərb paytaxtlarında hazırlanaraq, praktikada sınaqdan çıxarılmış layihələrdir. Bu ssenariləri yazan, bu olayları təşkil edib, həyata keçirən konkret mütəxəssislər, mərkəzlər var.

Onları bütün dünya tanıyır. Biz də az yamamışıq həmin proseslər və o proseslərin müəllifləri barəsində.

Buna rəğmən, Qərb Azərbaycanı hazırkı mərhələdə qarışdırmaq istəmir. Burda hakimiyyəti dəyişmək kimi planları da yoxdur. Əksinə, mövcud hakimiyyətlə Avropa Birliyi nümunəsində əməkdaşlığı daha da dərinləşdirmək xətti tutub.

Sizə deyim, bu cür qorxulu tezislər, müsahibələr, açıqlamalar iqtidarın işinə yarayır.

Xalqın sosial tələblərdən fikrini tamam əks yönə dəyişmək üçün hökumət üçün göydəndüşmə fürsət yaranır belədə. Hamı qorxur, səsini qısır və “birdən həqiqətən rus gəlib bizi... işğal edər, öldürər” düşüncəsi beyinlərə hakim kəsilir. Tərs kimi ortada
Ukrayna kimi gözdağı var...

Azər Ayxan

Xəbər 1274 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +