TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


23.07.2022  10:04 

Bu avtomobillərin gətirilməsi məhdudlaşdırılacaq - Video





A+  A-

Azərbaycanda köhnə avtomobil parkının yenilənməsi hədəflənib. Bu məqsədlə ölkəyə ili köhnə avtomobillərin idxalı və istifadəsi məhdudlaşdırılacaq.

XəzərNews.az xəbər verir ki, proses növbəti 4 il ərzində həyata keçiriləcək. Müəyyən maliyyə güzəştləri də nəzərdə tutulur. Bu, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının tədbirlər planında əksini tapıb. Aidiyyəti qurumlar 4 il ərzində elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə vergi-gömrük güzəştlərinin tətbiqinə və istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılmasına dair tədbirlərin görülməsini təmin etməlidir.

Eyni zamanda 2022-2026-cı illər ərzində ölkə ərazisində avtomobillərin elektrik enerjisi ilə doldurulması üçün müvafiq məntəqələrin sayının artırılması və əhatə dairəsinin genişləndirilməsi, həmçinin ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığı təmin olunmalıdır.

Hazırda Azərbaycanda istismar müddəti 5 ilə qədər olan minik avtomobilləri ölkə üzrə ümumi avtomobil parkının 4,7 %-ni təşkil edir.



Xəbər 4649 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +