“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


21.07.2022  12:24 

Kişi, yoxsa alçaq işğalçı?





A+  A-

Marqarita Simonyanın "Ermənilər o kişi sayəsində sağdır" məzmunlu etirafının "qəhrəman"ı haqda bir neçə sətir...

Rusiyanın erməniəsilli jurnalisti Marqarita Simonyanın bugünlərdə “Rossiya 1” dövlət telekanalının efirində çıxışı zamanı məşhur rus şairi və diplomatı, Azərbaycan türklərinin taleyində isə qanlı iz buraxmış gorbagor Aleksandr Qriboyedovun haqqında səsləndirdiyi etirafları yəqin ki, hamınız izləmisiniz.

Simonyan belə dedi: "Qriboyedov olmasaydı, Cənubi Qafqazda kiçik etnik qruplar indiyə qalmazdı. O etnik qrupa mən də daxiləm. Məhz böyük rus səfiri Qriboyedov Türkmənçay müqaviləsinin arxasında durdu. Biz o kişiyə görə sağ qaldıq. Qriboyedov böyük adam olub. Gərək ermənilər bunu dərk etsin və unutmasın”.

Bəli, tarixi Azərbaycan torpaqlarının işğalçı rus orduları tərəfindən tutulmasında, Türkmənçay müqaviləsinin imzalanmasında, erməni qəbiləsinin Rusiyanın iç məntəqələrinə deyil, məhz bizim torpaqlarımıza köçürülməsində bu yaramaz rus diplomatı mühüm rol oynayıb. Onun səyi nəticəsində ermənilər Azərbaycanın Qarabağ və İrəvan xanlıqlarının ərazisinə köçürülüb. Çünki Qriboyedov ermənilərin Çar Rusiyasının mərkəzi quberniyalarına köçürülməsinin qəti şəkildə əleyhinə çıxırdı. Ona görə ki, o, ermənilərin əsl xislətini hamıdan yaxşı bilirdi.

Qriboyedovun rus çarına yazdığı məktubdan:
“Ermənilərin mərkəzi rus torpaqlarında yerləşdirilməsinə icazə verməyin. Onlar elə bir tayfadırlar ki, on il bir yerdə yaşasalar, bütün dünyaya qışqırmağa başlayacaqlar ki, bu, atalarımız və ulu babalarımızın torpağıdır”.

Baxın, Rusiyanı idarə edənlər əslində bu ermənilərin nə mal olduğunu hamıdan yaxşı biliblər. Elə ona görə də onları Türk dünyasına qarşı silah kimi, alət kimi istifadə etməyə, türk birliyini parçalamaq üçün qullanmağa qərar verilib, onların bizim ərazilərimizdə məskunlaşdırılmasına başlanılıb.

Bu ideyaların və təşəbbüslərin əksəriyyətinə isə ilk dönəmlərdə məhz Qriboyedov müəlliflik edib.

Polyak əsilli zabit ailəsində anadan olan Aleksandr Sergeyeviç Qriboyedov bir sıra Avropa dilləri ilə yanaşı, həmçinin fars, ərəb və türk dillərini də bilirdi.

O, 1818-ci ildə rus diplomatik missiyasının katibi kimi o vaxtkı Qacarlar dövlətinə (indiki İrana) göndərilib və burada iki il işləyib. Onun türk millətinə qarşı gələcək məkrli ideyaları da elə həmin vaxtdan cücərməyə başlayıb.

O, bizə qarşı barışmaz düşmənçilik hissini ermənilərə qarşı xüsusi rəğbəti olduğuna görə yox, qatı Rusiya təəssübkeşi, imperiya aludəçisi olduğuna görə bəsləyirdi. Qriboyedov Rusiyanın cənubunda iki türk dövlətini - Osmanlı və Qacarları Rusiya imperiyasının Şərqə doğru böyüməsi yolunda əsas maneə hesab edirdi və ona görə də, hər iki dövlətlə sərhəd bölgədə ermənilərdən ibarət bufer zonanın yaradılmasını vacib hesab edirdi. Yəni burada əsas maraq ermənilərin taleyini düşünmək deyildi. Əsas olan Çar Rusiyasının imperiya maraqları idi. Ermənilər isə onlara sadəcə geosiyasi "peşka" kimi lazım idi (elə indi də lazımdır).

Odur ki, Simonyan tamamilə düz deyir, ermənilər onlara həvalə edilən "peşka" roluna görə ruslara minnətdar olmalıdırlar, Qriboyedovun isə qəbrini öpüb əzizləməlidirlər.

Qriboyedov iliyinə qədər qatı bir türk düşməni idi və bu xüsusiyyətini ermənilərə də ötürə bilmişdi. Bu mənada, Qriboyedovu ermənilərin "xaç ata"sı, fikir xocası, ruh mühəndisi də hesab etmək olar. Çünki ermənilərdə türklərə qarşı etnik-siyasi anlamda nifrəti ilk növbədə məhz o körükləmişdi (bu barədə imkan olsa başqa bir yazıda bəhs edərik).

Bəybala Mirzəyev

Xəbər 1628 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +