Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


08.07.2022  22:14 

“İctimai şuraların fəaliyyəti bizi qane etmir“ - PA rəsmisi





A+  A-

Regionlarda qeyri-hökumət təşkilatlarının fəaliyyətinin gücləndirilməsi zəruridir.

XəzərNews.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev Ağsaqqalların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunda çıxış edərkən deyib.

V.Quliyev bildirib ki, bu gün cəmiyyətimizi narahat edən bəzi problemlər var:

“Qızların təhsili, narkomaniya ilə bağlı problemlər bizi narahat edir. Bu məsələlərlə bağlı da bu təşkilatların üzərinə müəyyən vəzifələr düşür".

V.Quliyev vurğulayıb ki, rayonlarda yalnız rəhbər şəxslərdən ibarət təşkilatlar var:

“Bunun səbəbinin nə ilə bağlı olduğunu bilmirəm. Biz istəyirik ki, bu təşkilatlar ofissiz, fəaliyyətsiz qalmasın. Regionlarda ictimai şuraların da fəaliyyəti bizi qane etmir. Bu məsələlərlə bağlı ciddi səylər göstərilir. İstəyirik ki, yerlərdə ictimai şuralar, veteran təşkilatları, ağsaqqallar ictimai nəzarətin həyata keçirilməsində fəallıq nümayiş etdirsin”.

Xəbər 3394 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +