Türkiyə qərar verdi: Gültəkin Hacıbəyli deport edilir
Ukrayna “Lukoil“un Xəzərdəki platformalarını vurdu
“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı
Yeni başçı müavini vəzifəsindən azad etdi
Hökumət aqrar sahədə və turizmdə sinifdə qaldı - İqtisadçı
Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi... - DİN-dən təşəbbüs
Deputatın oğlunun şirkəti 196 minlik tenderi uddu
Müşfiq Şahverdiyev 3 ildir övladını görə bilmir
Amnistiya kimlərə şamil olunacaq?
Ukrayna-Amerika: Danışıqların ikinci mərhələsi başlayıb


04.07.2022  11:51 

Niyə yuxularıma heç gəlmirsən?





A+  A-

O gün çox böyük bir ümidlə yanına gəlirdim. Mənim o gün sənin üçün planlarım tamamilə başqa idi. Görüşəcəkdik, qucaqlayacaqdım, öpəcəkdim səni…

Məni qarşılamağa kimin gələcəyini dəqiqləşdirmək üçün etdiyim zəngdə öldüyünü öyrəndim… O an yaşadığım hissi ifadə etmək çətindir, çox çətin… Hiss edilən hər şeyə cümlə qurmaq olmur və mən də bu hissə cümlə qurmaqda acizəm… sənin yanına gəlmək üçün gəldiyim yolun necə keçdiyi barəsində danışmaq belə istəmirəm.

Məni bu dəfə hava limanında sən qarışlamadın. İlk ağrını dərindən o an hiss etdim. Sən yox idin qarşımda və bir də olmayacaqdın…

Yol boyu səni soruşdum. Ağlımda səninlə bağlı o qədər sual var idi ki… Ağlım sadəcə sənə məhkum olmuşdu. O gün yollar da bitmək bilmirdi. Hələ Lənkəran yolu məni gözləyirdi. Sənə qovuşmamağım üçün sanki hər kəs əlbir olmuşdu. O yol bitdi və nəhayət, mən səni gördüm…

Son görüşümüz çox qısa oldu, 1-2 dəqiqə çəkdi. Son dəfə səni öpüb qucaqladım. Son dəfə icazə vermədilər üzünü görüm. Dedilər ki, günahdır. Namaz qıldılar, yanına gəlmək istədim, yenə dedilər, olmaz ayıbdır.

Mən sənə hər yaxınlaşmağa çalışdığımda, səni məndən uzaqlaşdırdılar. Ondan sonrasını xatırlamıram, çünki ondan sonrası böyük bir boşluqdu.

O günün sonu çox xoşbəxt idim. Demişdilər ki, atanı yuxunda görəcəksən. Uşaq kimi inandım buna. Tez yatmağa çalışırdım ki, səni görüm. Amma nə o gün, nə də ondan sonraki günlər yuxularıma qonaq olmadın.

Başqalarının yuxularına qonaq olduğunu eşidirəm. Açığını desəm, bunu eşitmək məni çox incidir.

Niyə yuxularıma heç gəlmirsən? Hər fürsətdə yatmağa çalışıram ki, səni yuxumda görüm. Sən isə məndən başqa hər kəsin yuxularına qonaq olursan. Bəlkə incimisən məndən, yanına gələ bilmədim deyə? Açığını deyim, buna görə mən də özümdən çox inciyirəm. Haqlı olduğun üçün bir şey deməyəcəm. Əgər incitmişəmsə səndən çox üzr istəyirəm.

İstəməzdim belə görüşək…

Səsini eşitməyə və səni görməyə hər kəsdən çox ehtiyacım var, nolar yuxularıma gəl…

Arzu Qadirqızı

Xəbər 3125 dəfə oxunub.




15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?

15.12.2025  13:43 

Bu yollar buz bağlayacaq - HAVA

15.12.2025  11:32 

FSB 10 rusiyalını saxladı


BÜTÜN XƏBƏRLƏR +