Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


30.06.2022  14:08 

Yazarlar Zaur Kamala qarşı – “Tərbiyəsizlik etdi…” - VİDEO





A+  A-

Dünən axşamdan Azərbaycanda həm media, həm də sosial platformalar "ARB" kanalında yayımlanan "Həmin Zaur" verilişində proqramın aparıcısı Zaur Kamal və Cənubi Azərbaycandan olan müğənni Afşin Azərin arasında qalmaqalı müzakirə edir. Daha doğrusu heç bir qanun pozuntusuna yol verməyən, sakit şəkildə oturub suallara mədəni formada cavab verən Afşin Azərin aparıcı tərəfindən efirdən qovulması sərt tənqid olunur.

XəzərNews.az Azərbaycanın tanınmış yazarlarının məsələyə münasibətini təqdim edir:

Qulu Məhərrəmli:

- İnzibati və yaradıcılıq nöqteyi-nəzərdən verilişin əsas siması aparıcıdır. O bir dirijor kimi hər şeyi idarə edir. Moderatorluq, digər proseslərə nəzarət edir, suallar verir, eyni zamanda pultdan rejissorun tapşırıqlarını yerinə yetirir. Yəni bir növ verilişi nizamlayır. Hansı halda aparıcı veriliş iştirakçısını proqramdan kənarlaşdıra bilər? Əgər veriliş iştirakçılarından hansısa biri cəmiyyətin qəbul etmədiyi davranış tərzi nümayiş etdirər, həddindən artıq kobudluq göstərər, cəmiyyətin qəbul etdiyi normalardan kənara çıxar, veriliş zamanı etik normaları kobud şəkildə tapdalayarsa, dərəcəsindən asılı olaraq aparıcı iradlar bildirə bilər və əgər verilişin nizamının pozulmaq təhlükəsi yaranarsa, o zaman aparıcı qonağı verilişdən uzaqlaşdırma qərarı qəbul edə bilər.

Ləman Əliəşrəfqızı:

- ARB-yə zaur kamalsızlar lazımdır. Çünki, pul qazandırırlar. Düşük şouları, səviyyəsiz söhbətləri ilə. Heç bir tədbir də görülməyəcək. Boş yerə özünüzü yormayın.

Aygün Muradxanlı:

- Sağ ol, Afşin qardaş. Bu Fətullah pozuntusu, kütbeyinliyin və kültürsüzlüyün dibi Zaurun üzünə efirdə heç kim tüpürməmişdu, sən elədin. Bundan sonra mahnılarından çox bu gədaya nakişi deməyinlə millətimizin yadında qalacaqsan. Zaurun səsi və danışıq tərzindən iyrənirəm. Elə o biri Zaur kimi. Məcbur paylaşdım. Üzrlü bilin, əziz dostlarım, sizin də ürəyinizi bulandırdım.



Elşad Paşasoy:

-Yaşı 50-ni haqlamış jurnalist bilməmiş deyil ki, İran azərbaycanlıları, Güney mövzusu çox həssas mövzudur. Elə yaşıdıq, bir neçə ay fərqimiz var, bu mənada yaxşı xatırlayar. 90-cı illərdə dünyanın istənilən ölkəsindən gəlmiş o taylı-bu taylı qonaqlar AzTV efirində görünəndə ekran qarşısından çəkilmirdik, sözünü, söhbətini dinləməkdən zövq alıb, köks ötürürdük. Burada peşəkar aparıcıların sayğı və dəyər nümunəsi də sözünü deyirdi. İndiyədək o kadrlar gözlərimiz önündədi. Eləcə də sərhəd hadisələri, Arazın üzərindən keçib qucaqlaşan, tikanlı məftilləri aşıb keçən bir-birinə sarmaşan qardaş-bacılarımızın uzun ayrılıqlardan sonra qovuşmasını xatırlayırıq.

Bu gün özəl TV-də aparıcı o taydan gəlmiş müğənnini efirində “ifşa etməyə” cəhd göstərir, cavabını alanda “mən səni efirimdən qovuram” deyir. “Mən”, “efirimdən”, “qovuram”…

Hikkəyə, təkəbbürə baxın! Hanı bu efirin yiyəsi?.. Təbriz, Ərdəbil, Zəncandan baxanlar baxıb, nə deyəcək, düşünürsünüzmü?!

Bəlkə də apaıcı hansısa “şahənşahın fərmayişi”ni icra edir, “əmr quluyam” misalı. Yaxud da bəziləri deyir ola bilsin ortada hansısa anlaşma olub, müğənni ilə aparıcı arasında, yəni piar-kampaniyası-filan. Amma yox! Heç bir halda bu mövzu ilə oynamaq, zarafatlaşmaq olmaz! Söhbət o taydan gəlmiş azərbaycanlıdan gedir, “HARAY, HARAY MƏN TÜRKƏM” deyib də, on illərdir “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” hayqıran insanlarımızdan!

İlqar Əlfi:

- Aparıcınız, tərbiyəsiz Zauru efirinizdən təcili qovmalısınız, təbii ki, heysiyyətiniz varsa. Belə yekəbaşlıq və siyasi korluq heç kəsə yaraşmaz!

Murad Köhnəqala:

- Mən bunun sifətini görməmək, səsini eşitməmək üçün televizora baxmıram.

Kəramət Böyükçöl:

- Zaurun təbrizli müğənniyə qarşı elədiyi bu hörmətsizliyin və tərbiyəsizliyin yüz qatını sosial şəbəkələr söyüş və təhqirlə Zaurun özünə və onun timsalında ARB deyilən efir məkanına qaytarmışdır.

Fərman Salmanlı:

- Efir Zaur kimilərin ümüdünə qalanda nəticəsi də belə olar. Kobud və səviyyəsiz olduğunu bilirdim, amma Cənubda Azərbaycanımızın səsi olan bir qonağa qarşı bu qədər? Nə bilim ad da tapmıram ifadə edim.

Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli bildirib ki, televiziyanın hər evə sirayət etdiyini və bu səbəbdən də televiziya mühiti üçün konkret standratların olduğunu deyib: "Efirin öz şərtləri və mədəniyyəti var. Televiziya auditoriyaya ən çox nüfuz edən kommunikasiya vasitələrindən biridir. Bunları nəzərə alaraq efirin konkret standartları müəyyənləşib. Bu isə bizim qanunverici işlərlə tənzimlənir. Efirdə gedən verilişlərə nəzarət edən, monitorinq aparan Audiovizual Şura var. Şuranın işində isə son zamanlar kifayət qədər yeniliklər olub və görürük ki, təşkilat bütün televiziyaları diqqətlə monitorinq edib, adekvat addımlar atır".



M.Ələsgərli Zaur Kamalın milli-mənəvi dəyərlərə zidd davranış sərgiləməməli olduğunu vurğulayıb:

"Hesab edirik ki, efirdə milli-mənəvi dəyərlərə, ictimai davranışlara zidd hərəkətlərə yol verilməsi yanlış addımdır. Bu kimi hallar sonradan insident yaradır və belə hallar başqaları tərəfindən də təkrarlana bilər. Odur ki, Zaur Kamalın davranışı ilə bağlı ölçü götürülməlidir. Audiovizual Şura bu məsələ ilə bağlı xəbərdaredici addımlar atacaq".

NurAy Zahidqızı
XəzərNews.az


Xəbər 1134 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +