Səlim Müslümovun məhkəməsi yenə təxirə salındı
İlham Əliyev Moldovaya səfər edib
Rəcəb Tayyib Ərdoğan Vəqfi yaradıldı
Xarici işlər naziri prezident seçildi
İlham Əliyev DTX ilə bağlı Fərman imzaladı
Büdcəni talayanlar milli burjuaziya sayıla bilməz“
Xaçmazda abidə zonasında inşa olunan tikili söküldü
Moskva Kişinyov sammitinə şübhə ilə yanaşır
Hacıkurban Bayrambəyov Dağıstanda güllələndi -Foto
Gündüz vaxtı da camaata zülm edirlər - Deputat


22.06.2022  13:00 

Minatəmizləmə şirkətinin əməkdaşını ilan sancdı - Füzulidə





A+  A-

İyunun 22-də Minatəmizləmə Agentliyi ilə (ANAMA) əməkdaşlıq edən RPS Energy Ltd. şirkətinin nümayəndəsini Füzuli rayonunda xidməti vəzifəsini yerinə yetirərkən ilan sancıb.

Bu barədə XəzərNews.az-a ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nəticədə nümayəndəyə ANAMA-nın tibbi yardım heyəti tərəfindən ilkin yardımla yanaşı, ilan sancması zamanı zəruri olan bütün müvafiq səylər göstərilib: "Həkimlərin peşakarlığı sayəsində zərərçəkmişin vəziyyəti operativ şəkildə təhlil olunub və ilk yardım dəstində mövcud olan ilan əleyhinə zərdab vurulub. Zəruri müayinələrdən keçirilməsi üçün nümayəndə xəstəxanaya göndərilib. Vəziyyəti qənaətbəxşdir".

Qeyd edək ki, RPS Energy Ltd. şirkəti Böyük Britaniyaya məxsusdur.

Xəbər 815 dəfə oxunub.



31.05.2023  10:12 

Bakıda 50 kq narkotika ilə tutuldu

31.05.2023  09:47 

Çeçenlər hücuma hazırlaşırlar

31.05.2023  09:10 

Kür çayında batan var


BÜTÜN XƏBƏRLƏR +