Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


19.06.2022  12:46 

“Təhsil Nazirliyində oturan dəllalların adını hamı bilir“ - Deputat





A+  A-

“Vətəndaşlarla keçirdiyim qəbulda haqsızlıqla üzləşən bir kübar xanımı da qəbul etdim. Bu xanım Azərbaycanın görkəmli Şərqşünas alimi AMEA-nın müxbir üzvü kristal təmizliyi ilə tanınan Zakir Məmmədovun qızı Məmmədova Bahar Zakir qızı idi. Bilməyənlərin nəzərinə çatdırım ki, Zakir Məmmədov Eynəlqüzat Miyanəci, Şihabəddin Ömər Sührəvərdi, Şihabəddin Yəhya Sührəvərdi, Əfzələddin Xunəci, Siracəddin Urməvi və başqa Azərbaycan filosoflarının əsərlərinin tədqiqatçısı, habelə Bəhmənyarın üç kitabdan (məntiq, metafizika, fizika) ibarət "Təhsil" traktatı əsasında monumental "Azərbaycanda XI–XIII əsrlərdə fəlsəfi fikir" monoqrafiyasını yazmışdır. O, Nəsirəddin Tusinin irsini hərtərəfli və geniş şəkildə araşdırmışdır”.

XəzərNews.az xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev sosial şəbəkədə paylaşıb. O, bildirib ki, qəbulda alimin qızı Bahar Məmmədova ona edilən haqsızlıqlardan danışıb:

“Bəlli oldu ki, Təhsil sistemindəki mütəşəkkil şəbəkənin insanlığa sığmayan hərəkətləri bu xanıma da gəlib çatıb.

Bahar Məmmədova 1994-cü ildən Xətai rayonu, 98 nömrəli tam orta məktəbdə kimya müəllimi işləyir. 2016-cı ildə direktorluğa imtahan verib. 2017-ci ildən təlim-tərbiyyə işləri üzrə direktor müavini işləyir. 2021-ci ildə Təhsil nazirinin əmri ilə 13 dekabr 2021-ci ildən 2022-ci ilin 13 martına qədər direktor vəzifəsini icra edib. Daha sonra 2022-ci ilin 30 mart tarixindən iyun ayının 30-na kimi direktor vəzifəsini icra müddəti artırılıb. Əmr ola-ola 2022-ci ilin aprel ayının 8-də məktəbə yeni direktor təyin olunub. Həmən direktor Məhərrəmova Yeganə Fərman qızıdır. Bu xanım 2015-ci ildə direktor müavini vəzifəsini tutmaq üçün imtahan verib. 2017-ci ildə 257 nömrəli məktəbdə direktor müavini işləyib. 2019-2021 ci illərdə 90 nömrəli orta məktəbdə direktor vəzifəsini icra edib. Töhmətlə işdən xaric edilib. 4 ay işsiz qaldıqdan sonra direktorluğa imtahan vermədən 98 nömrəli məktəbə direktor təyin edilib. 98 nömrəli məktəbin kollektivi kənardan gələn və bioqrafiyası qüsurlu olan Yeganə Məhərrəmovanın təyinatına etiraz əlaməti olaraq Nazirə kollektiv müraciət ünvanlayıblar. Kənardan gətirilmə hərəkatının bircə adı var: kollektivdə qarşıdurma yaratmaq. Görəsən nazirin bu işdən xəbəri varmı?

Dərəbəyliə diqqət edin: Görəsən 28 il bir məktəbdə kimya müəllimi işləyən, məktəbdə vəzifə tutan və kristal bioqrafiyaya malik olan bir xanımı kənar məktəblərin birindən töhmətlə uzaqlaşdırılmış birisi ilə əvəz etməyin adı nədir? Belə halların sayı yüzlərlədir. Maddi maraq bu qədərmi gözlərinizi tutub. Ölkədə Təhsil Nazirliyində və Bakı Şəhər Təhsil İdarəsində oturan təhsil dəllallarının adını hamı bilir: məhəbbətvəliyevaların rəfiqləri və rəfiqələri, fuadbabayev kimilərin özü və rəfiqələri: niyə Azərbaycan məktəblərini düşünülmüş, məqsədyönlü bə təşkilatlanmış şəkildə məhv edirsiniz? Gedin kənarda ticarətlə məşğul olun!”.



Xəbər 1083 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +