Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


18.06.2022  10:21 

İran təkcə rəqiblər deyil, “müttəfiqlər“ üçün də zərərli dövlətdir





A+  A-

Onun “himayə etdiyi”, "yardım göstərdiyi" heç bir müsəlman ölkəsində xaos bitməyib, əmin-amanlıq, sabitlik yaranmayıb. Yəmən, Bəhreyn, Fələstin….bu ölkələrin hər birində münaqişələrin 60-70 illik tarixi var. Suriyada, Livanda 10 illərdir qətliamlar, dağıntılar davam edir.

Bu münaqişələrin hər birində İranın iştirakı var. İran “müdaxilə etdiyi” bu prosesləri dayandırmaq üçün gücə, qüdrətə malik deyil. Amma məsələ təkcə İranın modern tələblərdən geri qalmasında, müasir güc mərkəzləri ilə rəqabət aparmaq qabiliyyətinin olmamasında deyil.

Təcrübə göstərir ki, İran “müdafiə etdiyi” müsəlman ölkələrində münaqişələrin bitməsində maraqlı deyil. Əksinə, bu ölkələrdə xaosun, dağıntının, münaqişənin davam etməsi üçün çalışır. İran qeyd edilən dövlətlərdə münaqişələrin davam etməsinə özünün həmin ərazilərdə mövcudluğunun səbəbi kimi baxır. O, Qarabağ münaqişəsinə də bu kontekstdən yanaşıb. Qarabağ münaqişəsinin davam etməsi İranın Ermənistan vasitəsilə Qafqazda mövcud olması anlamını daşıyıb.

Mollalar “Qarabağın işğaldan azad edilmsi üçün fətva verdiklərini” deyiblər, amma reallıqda Ermənistana dəstək göstəriblər. Blokadada olan Ermənistana nəfəslik açıblar.

Hətta 44 günlük savaş müddətində Azərbaycanın uğurlarına mane olmaq üçün açıq müdaxilələr ediblər: öz hərbçilərini qanunsuz olaraq Cəbrayılın, Zəngilanın Arazboyu ərazilərinə yeridib, Azərbaycan ordusunun bu rayonları azad etməsinə mane olmağa çalışıblar.

İranın riyakar davranışları Qarabağ münaqişəsinin bitməsindən sonra da da davam edir.

O, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsini əngəlləmək üçün əlindən gələni edib. Azərbaycan əsgərinin Gorus-Qafan yolundan qanunsuz keçid edən, Xankəndinə qaçaq mal daşıyan İran avtomobillərini saxladığını hər kəs xatırlayır. Bu olay göstərdi ki, İran Qarabağ bölgəsində separatizmə dəstək təşəbbüslərini bu gün də davam etdirir. O, II Qarabağ müharibəsi bitər-bitməz Azərbaycan sərhəddinə qoşun yığdı, hərbi təlim keçmək adı ilə ölkəmizə hədə-qorxu gəlməyə çalışdı.

Özünü “islam dövləti”, “müsəlman təəssübkeşi”, Azərbaycanın “mehriban qonşusu” kimi təqdim edən İranın riyakar davranışları son günlərdə daha da intensivləşib.

Təşkilatlandırılmış insanları Azərbaycanın Tehrandakı səfirliyi qarşısına çıxararaq Azərbaycan əleyhinə şüarlar, ölkəmiz əleyhinə əsassız ittihamlar səsləndirib. Bunu hər kəs yaxşı bilir ki, səfirliyin qarşısında olan aksiyaların sifarişçisi kimdir və bu aksiyalar kimlər tərəfindən təşkil olunur. Bu aksiyalarda ənənəvi şüarlar səsləndirilir, Azərbaycanın İsraillə əməkdaşlığı qınanılır, Bakı “sionizmə dəstək verməkdə” ittiham olunur. Normal düşünmək qabiliyyətini itirmiş İran rəsmiləri Azərbaycanı müstəqil dövlət kimi qəbullanmaq problemi yaşayırlar.

İran Livanda yaratdığı modelin- qeyri-stabillik, xaos şəraitinin Azərbaycanda da tətbiq edilməsi cəhdlərini hələ də davam etdirir. Hezbollah kimi hərbi-siyasi qüvvənin yetişdirilməsinə təşəbbüs göstərir. Azərbaycanda “dini kəsim” adı altında fəaliyyət göstərən İran agentlərinin qəhrəmanlaşdırılması, tərəfdarlarının yetişdirilməsi bu siyasətin tərkib hissəsidir.

Müşfiq Ələsgərli

Xəbər 1084 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +