İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


10.06.2022  15:21 

QARABAĞDA ermənilərlə birgəyaşayış mümkündürmu?





A+  A-

Dünyanı bürüyən sosial gərginliklər, dini qarşıdurmalar və müxtəlifliyə qarşı dözümsüzlük halları yaşadığımız dövrün aktual anlayışı olan tolerantlığı və millətlərarası münasibətləri tez-tez gündəmə gətirir. Tolerantlıq artıq sadəcə müxtəlif xalqlar arasında münasibətlərin tənzimlənməsi deyil, dövlətlər səviyyəsində xüsusi siyasi kurs kimi tətbiq edilən bəşəri bir dəyərə çevrilib.

Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərin müstəsna rolu vardır.

O cümlədən dövlətimiz Qarabağın dağlıq hissəsində yaşayan erməniəsilli vətəndaşlarımızı da bu qəbilə aid edir. Onların Azərbaycan yurisdiksiyasına inteqrasiya olması, qanunlarımızı qəbul etməsi və digər etnik azlıqlar kimi, Konstitusiyada bərqərar olmauş hüquqlarının bərpası dövlətimizin ən prioritet məsələsidir.

XəzərNews.az xəbər verir ki, Yenisabah.az-a danışan Multikarilizm üzrə mütəxəssis Niyaz Niftiyev də eyni rəyi bölüşür.

Onun sözlərinə görə, ölkəmizdə mövcud milli subyektlərlə bağlı vəziyyət qənaətbəxşdir:

“Yəni Azərbaycanda yaşayan milli azlıqlara münasibətdə həm dövlətin, həm də yerli xalqların münasibəti normaldır və qardaşlıq səviyyəsində inkişaf edir. Bu nöqteyi-nəzərdən Azərbaycanın kifayət qədər təcrübəsi var. Multikulturalizm isə dövlət başçısının da vurğuladığı kimi, ölkənin həyat devizidir.



Konkret Qarabağın dağlıq hissəsində yaşayan ermənilərə gəlincə, qanunlar bütün milli azlıqlara qarşı münasibətdə eynidir. Azərbaycan qanunvericiliyi və Azərbaycanın milli azlıqlarla bağlı qoşulduğu milli konvensiyalar, xüsusən də Avropa Şurasının Çərçivə Konvensiyası və digər beynəlxalq sənədlər ölkədə yşayan milli subyektlərə münasibətdə ayrı-seçkiliyi təşviq etmir. Bəli, istər erməni olsun, istərsə də digər milli azlıqların nümayəndəsi, qanunlar onların hər birinə qarşı eyni münasibəti sərgiləyir”.

N. Nifitiyevin sözlərinə görə, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığı qəbul edəcəkləri halda təbii ki, onlara da münasibət eyni olacaq:

“Azərbaycanın bu gün digər bölgələrində yaşayan milli azlıqlara olan münasibət, eyni zamanda ermənilərə qarşı da sərgilənəcək. Çünki Azərbaycan Prezidenti bu barədə vurğulayıb ki, bölgədə yaşayan ermənilərin hüquqları tam təmin olunacaq.

Onlara qarşı əlavə münasibət, hər hansı bir ayrı-seçkilik və yaxud da ki, daha yaxşı münasibətin göstərilməsini gözləmirəm, çünki qanunlar bunu nə tələb edir, nə də təşviq. Qanun hamı üçün eynidir. Düşünürəm ki, bundan sonra ermənilər milli azlıqlara münasibətdə olan Azərbaycan qanunvericiliyindən kifayət qədər faydalana bilər və bununla da sərbəst və stabil birgəyaşayışı təmin edə bilərlər.

Ölkəmizdə yaşayan digər milli azlıqlardan da söhbət açan mütəxəssis əlavə edib:

“O ki qaldı digər milli azlıqlara qarşı münasibətə, burada məsələ bir qədər fərqlidir. Əslində, onların tələbləri elə də çox deyil. Məsələn, onların çoxu ana dili ilə bağlı məktəblərin daha geniş olmasını istəyirlər. Çünki bu, 4-cü sinfə qədər keçirilir, amma onlar tələb edirlər ki, bu siniflər artırılsın, onların dili ilə bağlı kitab nəşrləri çoxaldılsın və radio verilişləri davamlı olaraq açılsın. Baxmayaraq ki, “İctimai Televiziya”da davamlı olaraq onlarla bağlı verilişlər, musiqilər təqdim olunur, eləcə də onların folklorları və digər həyat və məişət şəraitləri işıqlandırılır.

Bilirsiniz, onlar tərəfindən tələbələr çoxdur, lakin dünyada bununla bağlı bir standart var və dünyada milli azlıqlara yanaşma deyilən bir şey mövcuddur”.

Ekspert hesab edir ki, Azərbaycan hökuməti bu məsələdə etnik azlıqlara kifayət qədər loyal münasibət göstərir:

“Məsələn, onların – talışların, ləzgilərin, avarların, ingiliyoların, rutulların və digər xalqların dərslikləri ilə bağlı problemlər aradan qaldırılır. İndi onlar tələb edirlər ki, öz dilləriylə bağlı mətbuat, yaxud media nəşri fəaliyyət göstərsin. Amma indiki dövrdə bunu çatdırmaq mümkün deyil. Deyək ki, hər ölkədə 20-dən çox milli azlığın nümayəndəsi yaşayır və onların hər birinin mətbuat nəşri, qəzetinin, internet saytı var. Onlar da bunun da dövlət tərəfindən maliyyələşdirilməsini tələb edirlər. Bu da təbii ki, mümkün deyil. Bu dəqiqə onsuz da informasiya-kommunikasiya dövrüdür, qəzetlər artıq arxa plandadır, indi sosial platformalar dəbdədir, hətta sosial media artıq internet mediasını da geridə qoyub. Onlar, əlbəttə ki, fərdi şəkildə bu işlərlə məşğul ola bilərlər. Dövlət də əlindən gələni edir və mən düşünmürəm ki, etnik azlıqlarla bağlı problem Azərbaycanda var. Onların vəziyyətinin daha da yaxşılaşdırılması üçün addımlar atıla bilər. Bu, gözlənilir və düşünürəm ki, yavaş-yavaşda bu iş ölkədə həyata keçirilir”, - deyə həmsöhbətimiz vurğulayıb.



Tarixçi alim Boraz Əziz isə məsələnin tarixi mahiyyətinə köklənib. Alim deyir ki, Azərbaycan tarixən müxtəlif etnik qrupların və konfessiyaların sabit və sakit yaşadığı bir ərazi olmuşdur:

“Xalqımız həmin dövrdə yaratdığı dövlətlərdə qeyri-müsəlmanların və qeyri-türklərin öz istedad və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də təhlükəsizliklərinin təmin edilməsi sahəsində kimsənin göstərişi və ya qorxusundan və s. deyil, təbiətindən gələn xarakter əsasında köməklik göstərmişdir, onlara əl tutmuşdur. Bunu bütün mənbələr də sübut edir.

Eyni zamanda xanlıqlar dövründə də biz müxtəlif mənbələrdə belə hadisələrin şahidi olmuşuq. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində qəbul olunan İstiqlal bəyannaməsinin maddələrindən biri də budur ki, milliyətindən, irqindən, dinindən və cinsindən asılı olmayaraq, bütün xalqlara hüquq bərabərliyi verilməlidir”.

Alim əlavə edib ki, Cümhuriyyətin bu ənənəsini müstəqillik dövründə Azərbaycan Respublikası da davam etdirmişdir:

“Son illər, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan hökumətinin və Prezidentinin verdiyi fərmanlarda da bu özünü əks etdirir. Nə qədər çətin olsa da, həmin fərmanlardan da göründüyü kimi, Azərbaycanın ərazi bütövlüyünü qəbul edən, qanunları əsasında yaşamaq istəyən, eləcə də vətəndaşlığını qəbul edən bütün şəxslərin normal yaşaması üçün hər cür şəraitin yaradılacağı bildirilib.

Ən əsası, bu illərdə Azərbaycanın ərazi bütövlüyünə qəsdlə, separatizmlə, habelə terrorçuluqla bağlı çağırışlar etməyən və Azərbaycan qanunları əsasında yaşamağı qarşısına məqsəd qoyan adamların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı çağırışlar edilir. Bunun da həyata keçirilməsi üçün həm beynəlxaq təşkilatlar, həm də digər ölkələrin rəhbərliyi ilə keçirilən görüşlərdə dövlət başçımızın səsləndirdiyi ifadələr özünü sübut edir”.

Rəfi MÜSLÜMOV
Yenisabah.az

Xəbər 1609 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +