Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


03.06.2022  15:31 

Adi vətəndaş yox, niyə məmurlar ev dustaqlığına buraxılır? - Narazılıq...





A+  A-

Son vaxtlar bəzi məmurların ev dustaqlığına buraxılması ilə bağlı qərarlar verilir. Bir neçə gün öncə rüşvətə görə saxlanılan Göyçay Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev və Göyçayın icra nümayəndəsi Rəşad Şükürov, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ev dustaqlığına buraxılıb.

Bunlar cəmiyyətdə birmənalı qarşılanmayıb və sual yaradıb: bəzi məmurların ev dustaqlığına buraxılmasının səbəbi nədir? Niyə cinayəti sabit qaldığı halda adi vətəndaş yox, məhz məmurlar ev dustaqlığına buraxılır?

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Bakupost.az -a açıqlama verib.

Ekspert bu məsələdə ayrı-seçkiliklə bağlı narazılığını ifadə edib:

“Səlim Müslümovun guya xəstələnib ev dustaqlığına buraxılmasına etiraz edənlərdən biri də mən idim. Onun heç bir ciddi xəstəliyi olmadığını hesab edirəm. Onun azadlığa buraxılması tamaşa idi. Səlim Müslümov Gömrük Komitəsinin sədr müavini, Vergilər Nazirliyində işləyəndə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olanda onun sağlamlığı ilə bağlı heç bir problemi olmayıb. Nə oldu ki, Kürdəxanı həbsxanasına düşəndən sonra onda ciddi problem yarandı?



Prezident yanında Əfv Komissiyasının üzvlərinin də bəzi hərəkətlərini başa düşmədim.

2020-ci ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həbs olunmuş adam cəzasının müəyyən hissəsini də çəkməmiş azadlığa buraxılır. Şəmsi Şəmsizadəni şəxsən tanımasam da, o, keçmiş baş prokuror Zakir Qaralova görə 22 il həbsxanada qaldı. O, uzun müddət cəza çəkir, əfvə düşmür, amma dünən həyat yoldaşını öldürən, əvvəl Bakı İnzibati Məhkəməsi, sonra isə Sabunçu rayon Məhkəməsinin hakimi olan Fəqan Əhmədovun cəzası azaldılır. Bu adam cəzaçəkmə müəssisəsində lazımi müddətə qalmadı ki, onun davranışları çıxandan sonra cinayət törətməyəcəyinə əsas versin.

Kiminsə həbsdə qalmasının tərəfdarı deyiləm, sadəcə ayrı-seçkilik cəmiyyətdə çox böyük narazılıq yaradır.

Hesab edirəm ki, Ramiz Rzayev çoxdan istirahətə göndərilməli idi. Ali Məhkəmənin sədri olsa da, həm yaşına görə, həm Avropa Məhkəməsində qəbul olunmuş qərarlara görə Azərbaycan dövləti cərimə ödəməli olur, ölkənin imicinə ziyan vurulur. Bu adam hələ də Ali Məhkəmənin sədridir. Azərbaycanda cavan kadrlar yoxdur?

Məhkəmə Hüquq Şurası iclas keçirir, hakimləri cəzalandırır. Bu yaxşı haldır. Amma adları açıqlanmır. Bunu başa düşmürəm. Hüquqi dövlətin adına belə şeylər yaraşmır. Bəzi məmurlar icra başçısı olanda göylə gedirlər, cəzaçəkmə müəssisəsinə düşdükdə isə olmayan xəstəlikləri peyda olur.

Cəzaçəkmə müəssisələri ilə bağlı çox ciddi araşdırma və nəzarətə ehtiyac yaranıb. Əvvəllər hüquq müdafiəçiləri gedib baxırdılar, amma onlar artıq bəzi problemləri görməzlikdən gəlirlər”.


Xəbər 1418 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +