İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


23.05.2022  19:22 

“Bu dəfə Şuşa tamam başqa idi” - Sabir Rüstəmxanlı





A+  A-

“Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin görüşləri artıq bir ənənəyə çevrilib. Mayın 22-də Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirildi. Digər görüşlərdən fərqli olaraq, budəfəki görüş dövlətlərin paytaxtlarında, parlamentlerində yox, Şuşada keçirildi. Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Bərpa işləri başa çatdıqdan sonra həm də Türk dünyasının bir mədəniyyət mərkəzi olacaq. Amma tədricən o siyasi görüşlərin, diplomatik əlaqələrini mərkəzinə çevrilir. Parlamentdə aparılan işlərin bir hissəsi də Şuşada görülür. Məsələn, Azərbaycan parlamentinin komitələri ardıcıl olaraq son vaxtlarda öz yığıncaqlarını Şuşada keçirir. Amma bizim görüşümüz bir az fərqli idi. Bu görüş əlaqələri getdikcə genişlənən münasibətləri yüksək tərəfdaşlıq səviyyəsinə qaldırılan üç qonşu dövlətin parlamentlərinin görüşü idi. O mənada bir az da geniş tərkibdə idi. Türkiyədən komitə sədri və millət vəkilləri, Gürcüstandan komitə sədri, millət vəkilləri gəlmişdi”.

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı deyib.

Millət vəkili bildirib ki, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Gürcüstan nümayəndə heyətinə isə bu ölkə Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze başçılıq ediblər:

“Biz onları Bakıda qarşıladıq və buradan xüsusi təyyarə ilə Füzuliyə uçduq. Mən Füzuli Təyyarə Meydanını birinci səfər idiki, görürdüm. Doğurdan da 8 aya tikilən təyyarə meydanı ən müasir tələblərə cavab verir. Eniş zolağı , meydança, texniki xidmət hamısı yüksək səviyyədədir. Sonra biz xüsusi avtobuslarla Şuşaya getdik. Mən Şuşanı çox görmüşəm. Amma bu dəfə Şuşa tamam başqa idi. Həm biz xüsusi əhval-ruhiyyədə idik, həm də yazın elə bir vaxtıdır ki, indi o düzlərdən keçib dağlara qalxanda elə bilirsən ki, cənnətə doğru gedirsən. Mənim yanımda Gürcüstanın bir deputatı oturmuşdu. O, yol boyu, dağlara qalxdıqca sakitcə mənə “afərin” deyirdi:

“Nə yaxşı ki, siz bu gözəl yerləri, bu torpaqları qaytarmısınız. Onlar bu torpaqlardan səmərəli istifadə edə bilməyiblər. Bu torpaqların gücü içindədir və 30 ildir ki, sizi gözləyir ki, onu əkib biçəsiniz”.



S. Rüstəmxanlı qeyd edib ki, Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası olub. İclasda üç dövlətin son illərdə gördüyü işlərin, Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadiyyatına töhfəsi baxımından əhəmiyyəti vurğulandı. Bugünədək atılan addımların nə qədər uzaqgörən bir addım olduğu bildirildi:

“Görüş zamanı hər üç tərəfdən çox maraqlı çıxışlar oldu. Mən də Şuşanın Azərbaycanım, Qafqazın tarixi üçün nə dərəcədə əhəmiyyətli olduğunu vurğuladım. Şuşanın əhəmiyyəti təkcə onun gözəl şəhər olmasında deyil, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının tarixində onun mühüm yeri var. Çıxışım zamanı vurğuladım ki, məncə Gürcüstan Azərbaycanla Türkiyənin mövqeyini daha yaxşı dəyərləndirməlidir. Çünki, Azərbaycan Türkiyə ilə Gürcüstansız da yaşaya, keçinə bilər. Əlaqələr qura bilər və quracaq da. Amma bu 3 dövlətin birliyi daha çox Gürcüstana lazımdır. Bu səbəbdən də Gürcüstan bu məsələlərə daha böyük məsuliyyətlə, ciddiyyətlə yanaşmalıdır. İclasdan sonra da mən nümayəndə heyətilə bu söhbətləri davam etdirdim. Bildirdim ki, Azərbaycanda etniklərin yaşadığı bölgələrdə heç bir ad dəyişikliyi edilməyib. Gürcüstanda bu gün yarım milyondan çox azərbaycanlı yaşayır. Ancaq onların yaşadığı rayonun, kəndin adı dəyişdirilir. Bu dəyişiklik niyə edilməlidir, axı bu insanlara toxunur. Gürcüstanın içində o separatizm, qarşıdurma olanda orada yaşayan azərbaycanlılar Gürcüstan dövlətinin yanında oldu, dəstək durdu. Gərək, bu insanların tarixi xidmətləri dəyərləndirilsin və onların ruhuna toxunan addımlar atılmasın. Hesab edirəm ki, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası çox səmərəli keçdi. Tərəflər bu görüşdən məmnun qaldı. Azərbaycanın nüfuzu artdıqca belə görüşlərin sayı çoxalır, bizə gəlib-gedənlərin sayı da artır. Son zamanlar bu səpkili görüş və iclasların sayı xeyli artıb. Şuşaya gələn xarici qonaqların da sayı gündən-günə artır”.

Xəbər 6316 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +