Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


01.05.2022  22:53 

Metrix - MEDİA işi düzgün qurmayıb





A+  A-

"Metrix.az” -milli rəqəmsal media təhlili platforması təqdim olunub.

Sosial mediadan əldə etdiyim məlumatlara görə Metrix Medianın İnkişafı Agentliyinin layihəsidir.

Dərhal qeyd edim ki, Agentliyin niyyəti və təşəbbüsü təqdirəlayiqdir.

Amma yenə də MEDİA işi düzgün qurmayıb.

Xüsusilə də, dövlət resursu hesabına hazırlanan bir reytinq sisteminin bu formada təqdim edilməsi yolverilməzdir.

Bunun mütəxəssislərlə birgə ilkin müzakirəsi keçirmək, internet media bazarını ciddi analiz etmək faydalı olardı.

Qeyd olunub ki, sanki bu layihə ölkədə İLK-dir. Halbuki son 15 ildə mən ən azı üç bu tip layihə tanıyıram ki, Azərbaycanda fəaliyyət göstərib.

Hətta biri dövlət layihəsi idi.

20 il öncə yaradılan ilk10.az özəl layihə də əvvəlki funksionallıqla olmasa da, hələ də aktivdir.

Burada ən diqqət çəkən məqam dövlətin reytinq sisteminin güvənliyidir.

Düşünürəm ki, dövlər resursu hesabına hazırlanan, dövlətə məxsus bu sistemin kodları mütləq açıqlanmalıdır, şəffaflıq və güvənlik təmin edilməlidir.

İstifadəçilər öncədən bilməlidir ki, saytlar, xəbərlər hansı alqoritmlərlə analiz olacaq.

Bu kodları, alqoritmləri öncədən görmədən hansısa reytinqi kor-koranə qəbul etmək dövlət layihəsi üçün yolverilməzdir.

Süni botlar, robotların qarşısı necə alınacaq, hansı sistemlər tətbiq olunacaq, məlumat verilməyib.

Tam əminliklə deyə bilərəm, təcrübə də onu gösərir ki, kodlar açıqlanmadan təqdim olunacaq hansısa reytinqi güvənli hesab etmək problemli olacaq.

Burada daha ciddi hesab olunacaq məsələlər var. Əgər hansısa bir xəbər saytda silinəcəksə Metrix-dən də silinəcəkmi?

Kim məsuliyyət daşıyır bunlara.

Gələcəkdə bu tip məsələlərlə bağlı, Metrix-in sövdələşmə obyektinə çevrilməsi ilə bağlı risklər yarana bilər.

Düşünürəm ki, şəffaflığın və güvənliyin yetərli olmadığı, dövlət resursu hesabına hazırlanan bu cür faydalı sistem daha təkmil formada təqdim olunmalıdır.

Osman Gündüz

Xəbər 1525 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +