Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


19.04.2022  16:16 

Cənub bölgəsinə mediatur təşkil olunur





A+  A-

“Konstitusiya” Araşdırmalar Fondu jurnalistləri Cənub bölgəsinə (Lənkəran, Masallı, Lerik və Astara rayonları) mediatura dəvət edir. Jurnalistlər tur çərçivəsində bu rayonlarda 8 yerli turzim məkanına səfər edəcəklər.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı “Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev verib.

Ə.Nuriyev bildirib ki, jurnalistlər 22 apreldə Bakıdan yola düşəcək, 23 apreldə Lənkəran şəhərində mehmanxanada qalacaq, 24 apreldə isə Bakıya qayıdacaqlar:

“Bütün xərclər layihə vəsaiti hesabına ödənilir. Mediaturda iştirak üçün 20 jurnalistin seçilməsi nəzərdə tutulub. Səfərdə iştirak edən jurnalistlərin yerli turzim məkanları barədə məqalə, reportaj, yaxud audio-vizual material hazırlaması və yayımlaması nəzərdə tutulub.

Maraq göstərən jurnalistlərin 21 aprel saat 18.00-dək [email protected] e-mail-nə müraciət etmələri xahiş olunur. Müraciətdə işlədiyiniz, yaxud əməkdaşlıq etdiyiniz KİV-in adını qeyd etməyiniz rica edilir.

Bu mediatur Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu Avropa İttifaqnın maliyyə dəstəyi ilə icra etdiyi “AgriVision” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanın cənub bölgələrindəki kənd ev təsərrüfatlarının gəlirlərini artırmağa və Azərbaycanın şəhər və kənd əhalisi arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı təkrarlana bilən aqrar turizm / ekoturizmin inkişaf mexanizmini yaratmaq və sınaqdan keçirməkdir”.

Qeyd edək ki, əlavə məlumat üçün əlaqə nömrəsi: (99412) 492 57 26; 0552136700 - Şahin Nəsrullayev.


Xəbər 1804 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +