Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?


11.04.2022  21:50 

RUSİYANIN “POMİDOR“ SANKSİYASI VƏ DÜŞÜNCƏ “QURDU“





A+  A-

Rusiya əleyhinə sanksiyalar ölkəni daxildən çox sıxır. Qlobal səviyyədə təklənmə, siyasi labrintin yaratdığı sosial-psixoloji gərginlik Kremlin qeyri-adekvat qərarların verməsinə səbəb olub.

Azərbaycandan ixrac olunan 432 ton pomidor sərhəddən buraxılmır.

Azərbaycanın qeyri-neft ixracında 1-ci yerdə pomidor durur. Bu tendensiya 3 ildir ki, davam edir. Demək ki, bu məhsulun ölkəmizin qeyri-neft ixracı üçün önəmi böyükdür.

Xatırlayırsınısa, İlyarım bundan öncə (10.12.2020) Azərbaycandan Rusiyaya idxal olunan pomidor və almaya qadağa tətbiq edilmişdi. Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti məlumat yaymışdı. “Rosselxoznadzor” məlum addımı əsaslandırmaq üçün pomidorun və almanın tərkibində Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu aşkarlandığını qeyd etmişdi. Həmin gün də Bakıda Zəfər bayramını qardaş Türkiyənin iştirakı ilə qeyd edirdik. O zaman da Azərbaycan pomidorun da "qurd" tapılmışdı.

İndi görən Azərbaycan pomidorunda hansı "qurd" aşkarlanıb?

Bunun adı "Düşüncə qurdu"dür!

Azərbaycanda pomidor ixracı qeyri-neft ixracımızın 10 faizini təşkil edir. 2020-ci ildə isə bu rəqəm 12 faiz təşkil etmişdir. Bu mənada pomidor ixracı bizim üçün önəmli məhsul hesab olunur.

Son 3 ildə birmənalı olaraq qeyri-neft ixracında pomidorun dominant rolu dəyişməmişdir. Pomidor ixracımızın isə, demək olar ki, hamısı (99%), almanın isə 90%-dən çoxu Rusiya bazarına istiqamət alıb. Hər iki məhsul üzrə ölkəmiz 200 milyon dollardan artıq ixrac gəliri əldə etmişdir.

Rusiyanın Federal Gömrük Xidmətinin məlumatına istinad etsək, bu ölkəyə idxal olunan təzə və dondurulmuş pomidorun 13 hissəsi Azərbaycandan gəlir. Deməli bu məhsulun 23 hissəsi Rusiyanın daxili istehsalı olmadığından ya əlavə olaraq idxalı artırmalıdırlar, ya da istehlak bazarında bahalaşma qaçılmazdır. Deməli Kreml bu addımı ilə təkcə Azərbaycan pomidorunu "vurmur", həm də Rusiyanın istehlak bazarında bahalaşmaya rəvac vermiş olur.

Dövlət başçıları milli maraqları nəzərə almaqla deyil, öz xarakterləri, tərslikləri ilə ölkələrin yönəldən də belə olur!

Bu siyasətin adı budur: "Qoy, mənim də bir gözüm çıxsın, təki qonşunun iki gözü çıxsın"!

Məmməd Talıblı

Xəbər 1533 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +