Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


11.04.2022  17:05 

İcra başçısı 140 nəfərin maaşını alırmış - 107 900 manat





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesində İmişli rayonunda üç məktəb binasının tikintisini həyata keçirən "Kristal-2” MMC-nin direktoru Elimad İsmayılov da ifadə verib.

Şahid deyib ki, onun şirkətinə həvalə olunmuş hər bir işə görə ayrılmış vəsaitin müəyyən faizi İcra Hakimiyyətinə çatıb:

“2012-ci ildə rayon kəndlərinin birində məktəb tikintisi aparırdıq. Həmin vaxt Vilyam Hacıyev icra başçısı təyin olundu. Üstündən bir qədər keçəndən sonra İcra Hakimiyyətindən ismarıc gəldi ki, işləri dayandır. İcra başçının köməkçisi ilə danışdıqdan sonra razılaşdıq ki, tikinti üçün ayrılan 900 min vəsaitin 20 faizini onlara verim. Sonradan Cəfərli məktəbinin tikintisini də bizə həvalə etdilər. Eyni qaydada buradan da ayrılan 1 milyon 600 min manatın 184 min manatını rüşvət kimi verdim”.

Şahid əlavə edib ki, Vilyam Hacıyevlə yaxşı münasibəti olduğu üçün sonradan rayonda beşmərtəbəli bina tikintisi işini də onun şirkəti aparıb: “Vilyam Hacıyev bir dəfə məndən xahiş etdi ki, Hacıbabalı kəndində məktəb tikintisi yarımçıq qalıb, onu bitir, sonra əvəzləşərik. Mən işə qoşulanda ayrılmış vəsaitdən cəmi 440 min manat qalmışdı. Cibimdən də pul qoyub işi bitirdim. Bundan sonra beşmərtəbəli yaşayış binasını tikdik. İcradan dedilər ki, bu iş üçün ayrılan vəsaitdən 2 milyon 400 min manat pul xərclənməlidir. Buna görə də domofon qoymurduq, materialları aşağı qiymətə alırdıq”.

Vəkilin “Gördüyünüz işlərin sonu olmadığını bildinizmi?” sualına şahid: “Dərk edirdim ki, bu, qanunsuzdur”, - deyə cavab verib.

Daha sonra şahid qismində İmişli Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Hüseyn İbrahimov dindirilib. Şahid cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış Dost İş Mərkəzi ilə bağlı epizod üzrə danışıb. O deyib ki, sözügedən mərkəzdə hər ay 140 nəfərin əməkhaqqı Vilyam Hacıyevə çatıb:

“Həmin pulları banklardan mənim tanışlarım çıxarırdılar. Ümumilikdə 107 min 900 manat təşkil edən həmin vəsait baş mühasib Cəmil Musayevin əli ilə icra başçısına çatıb”.

İfadəyə münasibət bildirən Vilyam Hacıyev şahidi yalan danışmaqda ittiham edərək ondan nəyə görə şikayət etmədiyini soruşub.

İH başçısının müavini Vilyam Hacıyevin sualına: “Sizdən kimə şikayət etmək olardı ki?..” - deyə cavab verib.

Prosesdə ifadə verən şahid Həsən Hüseynov isə təsərrüfat işi görmək üçün icarəyə götürdüyü dörd hektar torpağa görə memarlıq şöbəsinin əməkdaşına 150-200 manat pul verdiyini deyib.

Vilyam Hacıyev isə ifadəyə belə cavab verib: “150-200 manat heç rüsum pulu deyil, o pula dörd hektar torpaq icarəyə vermək olar? Səni aldadıblar...” - deyə cavab verib.

Proses aprelin 15-də davam etdiriləcək./APA

Xəbər 1779 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +