Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


05.04.2022  10:03 

Partlayan klubuda adı keçən şirkət kimindir?





A+  A-

Bakıda “Location” gecə klubunda baş vermiş partlayışa görə üç nəfər həbs olunub.

Bunlar iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədovdur.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo” “Merser food” MMC ilə bağlı araşdırma aparıb.
Hazırda 711 manat vergi borcu olan “Merser food”un əvvəllər qanuni təmsilçisi Umudov Qulu Adəm oğlu olub. Lakin şirkət sonradan əl dəyişdirib. Hazırda MMC-nin qanuni təmsilçisi Kərimli Nurlan Mahir oğludur.

Şirkət dövlət qeydiyyatına 2018-ci ilin sentyabrında alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ev 65, mənzil 61 göstərilib.

Nurlan Kərimlinin adına daha bir şirkət də var ki, bu da “Merser” ASC-dir. Dövlət qeydiyyatına 2017-ci ildə alınan şirkətin nizamnamə kapitalı 4 min manatdır. Bu şirkətin hüquqi ünvanı isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Aşıq Pəri (Ərəblinka), ev 16 B-dir. Maraqlıdır ki, bu ünvanda daha bir şirkət qeydiyyatdan keçib. Söhbət “Merser Trade” MMC-dən gedir. 2017-ci ildə dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 10 manat göstərilib. Şirkətin qanuni təmsilçisi isə Yusubov İsrail Arzu oğludur.

Xəbər 1636 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +