Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


25.03.2022  15:29 

Miqrasiya Xidmətinin “əcnəbi ovu” - Türk rejissor niyə cərimələnib? – Fotolar





A+  A-

Azərbaycanı çox sevir. Bu sevgi onun bir neçə dəfə Bakıya gəlməsinə, ölkəmiz, şəhərimiz, insanlarımız, şəhidlərimiz haqqında sənədli film çəkməsinə sövq edib. Çəkib də, Abşerondan başlayıb və maraqlı bir film ortaya qoyub Türk rejissoru Adəm Barış. Amma növbəti səfərlərinin birində Azərbaycanın qapılarını onun üzünə bağlayıblar, təyyarənin trapından düşər-düşməz “cərimə borcunuz var”, - deyib geri qaytarıblar. O da təəssüflənərək ölkəsinə dönüb...

Adəm Barış başına gələn bu xoşagəlməz hadisəni ictimailəşdirmək istəmirdi. Lakin problemin ciddi olduğunu və Miqrasiya İdarəsinin onu cərimələməsinin səbəbsiz olduğunu düşünüb ictimailəşdirmək qərarına gəldik.



Belə ki, Adəm Barış 16 aprel 2021-ci ildə Bakıya gəlir. Ölkədə pandemiya rejimi olduğu üçün məcburən 14 gün Bakıda müvəqqəti yaşayadığı ünvanda karantində qalır. 30 may, 2021-ci il tarixində 14 günlük karantin müddəti bitir. 01-02 may, 2021-ci il tarixləri isə şənbə-bazar günlərinə təsadüf etdiyindən və iş günləri olmadığından qeydiyyata düşə bilmir. Belə olan halda da 03 may tarixini gözləmək məcburiyyətində qalır.

Təlimata görə də xarici ölkə vətəndaşları qeydiyyat üçün ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində müraciət etməlidir. Yuxarıda qeyd etdiyimiz kimi, Adəm Barışın Bakıda olduğu 15-16-cı günləri qeyri-iş gününə təsadüf edir.



Amma elə, 03 may tarixində Adəm Barış yuxudan qalxmamış ona zəng vuraraq “Azərbaycanda icazəsiz yaşadığınız üçün cərimələndiniz” – deyirlər.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 575.1.1.-ci maddəsi ilə (Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına) 350 manat cərimə olunan Adəm Barış karantində olduğunu, sonrakı iş günləri də şənbə-bazara təsadüf etdiyini ona zəng vuran hansısa dövlət məmuruna (hansı qurum tərəfindən zəng olunduğunu bilməyib) izah etməyə çalışsa da heç bir faydası olmur.


Adəm Barışın Qarabağ mahnısı ilə bağlı hazırladığı klip...

Adəm Barışa cəriməni ödəmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 150.15-ci maddəsi (cərimə qanunla müəyyən olunmuş vaxtda ödənilmədikdə cərimə məbləğinə dəbbə pulu hesablansın) tətbiq olunub və hazırda ödəyəcəyi məbləğ 560 manatı keçib.

Bu hadisədə bir neçə maraqlı məqam diqqətimiz cəlb etdi.

Əvvəla, Miqrasiya Xidməti əməkdaşının Adəm Barışa 14-15 gündən sonra zəng vurması və dərhal da cərimələməsi... Adəm Barışın cərimlənməsi ondan xəbər verir ki, əvvəlki günlərin - həm karantin, həm də qeyri-iş gününə təsadüf etdiyini görən Miqrasiya Xidmətinin əməkdaşları bilərəkdən 03 may tarixini seçib.



İkincisi, bəlkə bu adam ağır xəstədir, bəlkə COVİD-19-a tutulub… Ki, dünya da bu bəla ilə çırpışır. Niyə karantindən sonrakı ilk iş günü bitməmiş bu adam cərimələnib? Bəlkə də elə ilk iş günü yaxınlaşıb qeydiyyata düşəcəkdi…


Adəm Barışın Abşeronla bağlı hazırladığı film...

Əlbəttə ki, bu ədalətsiz yanaşma qardaş ölkənin vətəndaşına, xüsusən də tanınmış rejissoruna qarşı hörmətsizlikdir. O rejissora ki, Azərbaycana məhz ölkəmizlə bağlı layihələr hazırlamaq və Türkiyə televiziyalarında yayımına nail olmaq üçün gəlirdi. Miqrasiya Xidmətinin əməkdaşları isə qeyri-obyektiv yanaşmaları ilə Azərbaycanın təbliğilə məşğul olan bir insanın ölkəyə girişini məhdudlaşıdırıb.

Yusif Əli
XəzərNews.az







Xəbər 4141 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +