Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


14.02.2022  12:09 

Oranın minbəri də, minarəsi də gözəldir - Hacı Mirəziz Seyidzadənin 73 yaşına...





A+  A-

Çox sonralar – böyük itkilərin alovunda qovrulandan sonra dərk etdim ki, kiməsə, yaxud nəyəsə hədsiz könül bağlılığı dünya evi üçün fəlakətli bir şeydir. Allah dünyanın cövhərində elə bir gizli mexanizm qurub ki, Ondan savayı heç kimə, heç nəyə sonsuz məhəbbətin olmamalıdır.

Quranın ana qayəsi də elə budur ki, mütləq (əbədi) olmayana könül bağlamaq olmaz.

“Namazı elə qıl ki, sanki ölüm səni qəfi haqlayırmış kimi, sonuncu dəfə qılırsan” ifadəsi əslində bizə çox gizli mətləbləri anladır – yəni maddi olaraq görünən nə varsa, həm də bir heçdir – hər şeyi bir andaca itirə bilərsən, çünki bizlər dünya evinin kirayişinləriyik, buralar bizlik deyik. Ona görə də “o şey ki, olmalıydı olub, yaxud olasıdır olacaq”, yəni “yazıya pozu yoxdur” deyimini heç zaman qəbul etməmişəm. Çünki bu, insanın failliyini (azadəliyini) heçə endirən, onu canlı robotla eyniləşdirən gərəksiz bir yanaşmadır, necə ki, ifrat “səbir və şükür” fəlsəfəsi insanı mütiləşdirir, onu rəzil duruma salır. Düzdür, işığın sınma qanunu olduğu kimi, həyatın da qırılma qanunu (olum və ölüm) var və təkcə bu, insanın iradəsindən kənardır.

Yerdə qalan bütün “yazıları” insan özü yazır. O da özünə bir “yazı” yazdı – həm də mükəmməl.

Heç zaman eniş nöqtəsində görmədim onu. Həyatı boyu mübarizə meydanının önündə durdu və bütün “döyüşləri” qalibiyyətlə başa vurdu. Yerdəyişmə qanununu zamanla mütənasibləşdirib əcəl saatını da elə seçdi ki, hamını ölümüylə heyrətləndirə bildi: Şah yanına şahanə bir gediş etdi Qazi Hacı Mirəziz Seyidzadə.

Bir neçə ilin söhbətidir. Günlərin xoş olmayan bir payız günündə - dövran qəfil üzümə bozaranda əlim hər yerdən üzüldü, nə edəcəyimi, necə edəcəyimi biləmmədim. Içimdəki yalqızlığı dəf etmək üçün özümə yaxın bildiyim hər kəsə - dosta-tanışa üz tutdum. Əlim ətəyimdə qaldı – bəhanələr içimdəki son ümidləri də qara günlərimin qaranlığında əritdi. Hara üz tuturdumsa, tənhalıq və ümidsizlik mənimlə birgə addımlayırdı. Bir anlığa xəyalımdan sən gəlib keçdin. Səni dəli kimi elə arzuladım ki...

İçimi qurd kimi gəmirən dərdi-kədəri azacıq da olsa ovutmaq - ruhuma dinclik qatmaq üçün elə hey “kaş ki, yanımda olaydın, sən olsaydın bu qədər üzülməzdim, bağlı qapıların bircəciyinin açılmasından ötrü nələrsə edərdin, ən azından təsəlli olardın”, deyirdim.

Səssizlik aləmindən səsimə səs verməyəndə - əlim səndən də üzüləndə fərqinə də varmaq istəmirdim ki, sən Haqq divanında, mənsə xəyal dünyasındayam.

Bilmirəm, indi oralarda havalar necədir - payızı, qışı, yazı, yayı varmıdır oranın – bilmirəm. Arzu və istəklərin tükənməz olduğu bir məkandan - bizim xəyal dünyamızdan fərqli olaraq, oranın real olduğuna əminəm və ona da əminəm ki, sən həyatın davamını müqəddəs varlıqların əhatəsində - Haqqın dərgahında davam etdirirsən.

İndi ömrünün 73-ci dönəminə qədəm qoydun – mübarək olsun!

Bizləri tərk edib əbədi məkana köç edəndə “axı, niyə belə tez...” deyərək hey təəssüflənir, bəzən az qala Yaradanın Özünə belə asi olurdum. Amma illər ötəndən sonra qəti əmin oldum ki, əbədiyyət şərbətini tam zamanında içmisən, nə bir gün tez, nə də bir gün gec.

Çirkablıqlar içindən qurtulmaqdan gözəl heç nə ola bilməz. Oranın minbəri də, minarəsi də gözəldir. Buralarda isə “dəyişib hər şeyin əvvəlki halı...” - indi minbərdə də, minarədə də şeytan görünür gözlərimə.

Vasif Hüseynov

Xəbər 1766 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +