Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


13.02.2022  20:50 

“Emin 444” CİNAYƏTİ - Bir ananın FƏRYADInamı inanaq, YALANInamı? – Foto/Video





A+  A-

2019-cu ilin mayın 10-da Bakının Binəqədi rayonunda son illərin ən səs-küylü qətl hadisəsi – cinayəti baş verdi. Rayonun 6-cı mikrorayon ərazisində yerləşən İsrafil Həşimov küçəsində Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərov öldürüldü. Qətllə bağlı ilk əvvəl 1995-ci il təvəllüdlü Həsən Mərdan oğlu Tağıyev, daha sonra isə kikboks üzrə Avropa və Dünya çempionu Zaur Əli oğlu Yusifov həbs edildi. Üç ilə qədər davam edən məhkəmə prosesindən sonra qətli törədən Həsən Tağıyev günahını etiraf edərək 18 il azadlıqdan məhrum olundu, Zaur Yusifov isə bəraət aldı.

Emin Səfərovun qətlində dərhal sonra, mərhumun yaxınları, xüsusən də - anası Məlahət Səfərova, qardaşı Elçin Səfərov, xalası oğlu Röyal Əkbərov və digərləri peşəkarcasına davranaraq ölkə mətbuatına qətlin səbəbini gizlətmək – başqa istiqamətə yönləndirmək üçün müxtəlif versiyalar danışmağa başladılar. 2019-cu il may ayının 10-15-i tarixlərinin təkcə internet mediasını araşdıran istənilən oxucu və ya maraqlı tərəf dediklərimizi açıq-aydın müşahidə edə bilər.

Məsələn, mərhumun xalası oğlu Röyal Əkbərov mətbuata açıqlamasında bildirirdi ki, Emin Səfərov cinayətkar aləmin üzvü deyildi, ancaq imkansız ailələrə yardım edər, gecələr onların qapısının ağzına yemək bağlamaları qoyar, özü də sol əlini cibində saxlayarmış ki, sağ əlinin verdiyini sol əli görməsin...



Əslində "Emin 444" ləqəbli mərhum Emin Səfərov kim olub?

Cinayətkar aləmi izləyən hər kəs yaxşı bilir ki, kriminal aləmdə "Emin 444" ləqəbi ilə tanınan Emin Səfərov sağlığında Lotu Quli (Nadir Səlifov) tərəfindən qısa müddətdə “Bakı şəhərinin vəziyyətinə” baxıb. Hətta sosial şəbəkələrdə və digər internet resurslarında onun və qardaşı Elçin Səfərovun Lotu Quli ilə yaxın olduğunu təsdiq edən birgə fotoları, videoları da var. Belə olan halda onun yaxınlarının Emin Səfərovun heç bir kriminal qruplaşma ilə əlaqəsinin olmadığını iddia etmələri absurd deyilmi? Hətta mərhumun atası Etiram Səfərov da illər əvvəl oğlunun taleyini yaşayıb, bir neçə bıçaqla qətlə yetirilib.



“Emin 444” ayamalı bu gənc də müxtəlif illərdə törətiyi cinayət əməllərinə görə həbsdə “yatıb”, narkotika istifadəçisi, qanunsuz silah gəzdirmə, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, zor tətbiq etmə, xuliqanlıq, adam öldürməyə cəhd və digər ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunub.

Onun adı daha çox 28 yanvar 2013-cü ildə Nərimanov rayonu, Faiq Yusifov küçəsindəki 57 saylı binanın qarşısında Vüqar Orucovun bir qrup şəxs tərəfindən qətlə yetirildiyi, qardaşı Bəxtiyar Orucovun isə yaralandığı hadisədə hallanıb. Həmin vaxt qətlə yetirilən şəxsin anası Atlas Orucova mətbuata müraciətində oğlunun qətlində Emin Səfərovun da iştirak etdiyini, ancaq saxta sənədlə xəstəxanada yataraq məsuliyyətdən yayındığını bildirmişdi. Hadisə ilə bağlı 5 məhkəmə prosesi keçirildikdən sonra 1 dekabr 2013-cü ildə Emin Səfərov 1 saylı Psixiatrik Xəstəxanaya yerləşdirilib. Və sonrası da məlum...

Tarixin ironiyasına və İlhahi ədalətə baxın: 31 yaşlı Vüqar Orucovun qətlində ittiham olunan Emin Səfərov özü də 31 yaşında öldürüldü...



Xalası oğlu Röyal Əkbərovun da dediyi kimi, qətlindən 15 gün əvvəl də həbsxanadan yeni çıxıbmış.

Yəni ailəsinin və xüsusən də anasının sakit, tərbiyəli, imanlı kimi təqdim etdiyi Emin Səfərovun cinayət aləmindən sadəcə bəzi məqamları tezis formasında təqdim etdik. Vəfat etdiyi üçün onunla bağlı əlavə heç nə yazmaq istəmirik, bu etik deyil... Amma yazmalı, gün üzünə çıxarılmalı o qədər şey var ki?

Yaxşı bəs Məlahət Səfərova nədən narazıdır?

Məlahət Səfərova birmənalı olaraq oğlunun qətli ilə bağlı aparılan məhkəmə istintaqının nəticələrindən narazıdır. Onun mətbuatda və sosial şəbəkələr üzərindən etdiyi çıxışlarından da göründüyü kimi, o, hər kəsi ittiham edir: polis, prokurorluq və məhkəmə hakimləri...



M.Səfərova bu qurumların rəhbərlərini açıq mesajlarla hədələyir və çəkinmədən onları rüşvət almaqda ittiham edir. Yuxarıda da qeyd etdiyimiz kimi, M.Səfərovanın açıqlamalarında və ifadələrində ziddiyyətlər kifayət qədərdir...

Onlardan bəzilərini təqdim edirik:

M.Səfərova çıxışlarında hadisə baş verən günü yerdə olan iki bıçaqdan danışır və qeyd edir ki, hər iki bıçağı özü şəxsən müstəntiqə təhvil verib. Lakin sonrakı çıxışlarında bıçaqların hadisə baş verən gün yoxa çıxdığını, hətta Zaur Yusifovun adamları tərəfindən oğurlandığını bildirir.

Videoya bax:


Emin Səfərova vurulan bıçaqların sayı və kim tərəfindən vurulması məsələsində də M.Səfərova ziddiyyətli danışır. Məsələn, bir yerdə Zaur Yusifovun onun oğluna 80, digər bir yerdə 78, başqa bir yerdə 33, digər bir yerdə isə 22 bıçaq vurduğunu söyləyir.

M.Səfərova və vəkilinin ziddiyyətli açıqlamaları başqa videolarda da öz təsdiqini tapır. Məsələn, onlar Emin Səfərovun maşınında gah 6, gah 5, gah 4, gah da 3 nəfərin olduğunu bildirirlər. Onların iddialarına görə, hər çıxşlarında sayları dəyişən bu adamlar Yusifovlar ailəsinin üzvləri olub.

Videoya bax:


Şahid ifadələrindən danışan M.Səfərova Ramilə Ayvazova adlı xanımın ifadəsindən də danışır. Qeyd edir ki, R.Ayvazova bildirib ki, hadisə yerində 3 nəfər olub. R.Ayvazova isə istintaqa ifadəsində tam əksini deyir və bildirir ki, o hadisə yerində Yusifovları deyil, yalnız Emin Səfərovu öldürən Həsən Tağıyevi görüb. Hətta R.Ayvazova H.Tağıyevin geyimini də ifadəsində təsvir edib.

Videoya bax:


Göründüyü kimi, M.Səfərova sosial şəbəkə çıxışlarında ictimaiyyəti çaşdıraraq bir-birinə zidd ifadələr səsləndirib. Təbii ki, bütün bu ziddiyyətli fikirlər istintaqın və məhkəmə heyətinin də diqqətindən yayınmayıb.

Sosial şəbəkə fenomeni...

Məlahət Səfərova son 3 ildə sosial şəbəkə fenomeninə çevrilib. Sosial şəbəkələrin instaqram və feysbuk seqmentindən yararlanan hər kəs Məlahət Səfərovanı əlində Qurani-Kərimlə tez-tez monitorlarda görə bilərlər. O, feysbukda bir-iki səhifənin daimi müştərisinə çevrilib, bəlkə də sahibidir...

O, sosial şəbəkə səhifələri üzərindən “Canlı yayımlar” edərək oğlunun qətlində şübhəli kimi saxlanılan, daha sonra isə məhkəmənin qərarı ilə bəraət alan Zaur Yusifovu və ailəsini, daha sonra dostlarını ağır söyüşlərlə təhqir edir. Bu dəhşətdir, baş verən qətl hadisəsi qədər dəhşət...



Təəssüf ki, bu kimi təhqir dolu ittihamlar sosial şəbəkə səhifələrinin idarəçiləri tərəfindən heç bir məhdudiyyət təbiq olunmadan tirajlanır. Bununla da onlar M.Səfərovanın hüquqlarını qoruduqları halda, digər insanların hüquqlarını da kobud şəkildə pozmuş olurlar. Axı ortada məhkəmə qərarı var. Məhkəmə qərarı varsa, deməli, heç kim ittiham oluna, fotoları, xüsusən də ailə üzvlərinin fotoları, yaşadığı evi ictimailəşdirilə bilməz, narkoman, sələmçi və digər müxtəlif damğalarla damğalana bilməz. Burda təqsirsizlik prezumpsiyası prinsipi kobud şəkildə pozulur.

Nədir təqsirsizlik prezumpsiyası?

Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində qeyd olunur: “Cinayət əməli törətməkdə təqsirləndirilən hər bir kəs onun təqsiri qanuna uyğun şəkildə sübuta yetirilməyənədək təqsirsiz bilinmək hüququna malikdir”.

İnsan Hüquqları və Əsas Azadlıqlarının Qorunması haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsində də eynilə qeyd olunur ki, “cinayət əməli törətməkdə təqsirləndirilən hər bir kəs onun təqsiri qanuna uyğun şəkildə sübuta yetirilməyənədək təqsirsiz bilinmək hüququna malikdir”.

Azərbaycan qanunvericiliyində də təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası bu beynəlxalq sənədlərə qoşularkən onları tətbiq etmək öhdəliyini öz üzərinə götürüb. 1995-ci il Konstitusiyasının 63-cü maddəsində açıq mətnlə bu məsələ təsbit olunub:



- Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

- Məhkəmənin hökmü olmasa kimsə cinayətdə təqsirli sayıla bilməz.


Yuxarıda qeyd etdiyimiz hər iki halda Z.Yusifovun təqsirsizlik prezumpsiyası kobud şəkildə pozulub. Əvvəla, o, ittiham olunduğu 3 ilə yaxın bir müddətdə davamlı olaraq şikayətçi M.Səfərova tərəfindən təhqirlərə, böhtanlara, söyüşlərə məruz qalıb, ikinci halda isə məhkəmənin hökmü ona bəraət hüququ qazandırandan sonra da eyni halla qarşılaşıb. Yəni vəziyyət dəyişməyib, Yusifovların susqunluğundan sui-istifadə edən sosial platforma dəllalları problemi daha da dərinləşdirib. Təəssüf ki, bütün bunlar dövlətin hüquq-mühafizə orqanlarının gözləri qarşısında baş verib və bu gün də davam edir. Belə çıxır ki, Azərbaycanın Cinayət Prosessual Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi eynilə hüquqi proseslərdə təqsirsizlik prezumsiyasını müdafiə edir, lakin mühakimə prosesində tərəflərin biri digərinə qarşı sözdə ittihamlarının qarşısını almaqda acizdir. Yumşaq ifadə etsək, şikayətçi tərəfin ittiham olunan tərəf üzərində basqısına göz yumur...



Əlbəttə, bu faktor da Azərbaycan təcrübəsində təqsirsizlik prezumpsiyasının ən çox məhdudlaşdırılan gündəlik acı nümunələrindəndir.

Yuxarıda qeyd etdiymiz kimi, M.Səfərovanın çıxışlarında açıq-aydın təhqir elementləri, böhtan və şər, ictimai nüfuzun zədələnməsi, ailə dəyərlərinin ləkələnməsi faktları var. Təəssüf ki, bəzi sosial şəbəkə səhifələrini idarə edən şəxslər M.Səfərovanın durumundan yararlanaraq ona meydan verir (?!), təhqirlərinin ictimailəşdirilməsinə şərait yaradırlar.

Lakin unudurlar ki, bu günlərdə ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanan yeni “Media haqqında” AR Qanununun bir neçə maddəsi də mətbuatda böhtanı, şərəf və ləyaqətin təhqirini qadağan edir. Qeyd olunur ki, mətbuatda əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə (maddə 14.1.6.), şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə (maddə 14.1.7.), böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir (maddə 14.1.9.) və s.



Təkcə Zaur Yusifovun nümunəsində də deyə bilərik ki, Azərbaycanda M.Səfərovaya meydan verən bəzi mətbu orqanların sensasion və əsaslandırılmamış materialları sözügedən şəxsin (nəzərə alsaq ki, Dünya çempionudur, idman ustasıdır, ictimai nufuzu var, ailə başçısıdır və s.) ictimai nüfuzunu zədələyir. Bu cür müsahibələr və məqalələr zamanında təqsirləndirilən, daha sonra bəraət alan Zaur Yusifovun nüfuzuna və ləyaqətinə xələl gətirir, yuxarı (Apellyasiya, Ali) məhkəmələr tərəfindən iş üzrə müstəqil qərar verməni çətinləşdirir.

Yusif XƏZƏR


Xəbər 4004 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +