Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


10.02.2022  23:10 

Lal və karın söhbəti...





A+  A-

Və ya Lavrovun etirafı: “Britaniya ilə danışıqlar uğursuz oldu”

Bu gün Moskvada keçirilən Böyük Britaniya və Rusiya xarici işlər nazirlərinin danışıqları uğursuz başa çatdı, görüşdə hər hansı bir məsələdə prinsipial razılaşma əldə edilmədi.

Rusiya xarici işlər naziri Sergey Lavrovun görüşdən sonra verdiyi bu məyus açıqlama dünya KİV-lərinin diqqətindən yayınmayıb.

İngiltərənin xarici işlər naziri Lizz Trass ilə görüşdən mənfi nəticələrlə çıxdığını qeyd edən Lavrov böhranın həlli üçün London rəhbərliyi ilə ortaq məxrəcə gələ bilmədiklərini vurğuladı.

Rusiyanın baş diplomatı ingiltərəli həmkarı ilə görüşünü hətta iki lal və kar adamın söhbəti kimi xarakterizə edib:

“Düzünü desəm, söhbətimizin lalla kar danışığa bənzədiyindən məyus oldum, dinləyirik, amma eşitmirik. Bizim ən ətraflı izahatlarımız boşa çıxdı”.

Lavrov ingiltərəli həmkarının bu görüşə hazırlıqsız gəldiyini və onun inadkar davrandığını qeyd edib. Lavrovun bu açıqlaması gözlənilən idi.

Çünki Liz Trassın inadkarlığı, aqressivliyi, açıq mətnlə danışmağı, Rusiyaya Ukraynaya hücum etməməklə bağlı birmənalı xəbərdarlıq etməsi Lavrovu həqiqətən də əsəbləşdirir.

Bu mənada onların görüşdən sonra jurnalistlər üçün keçirdikləri mətbuat konfransı da öz soyuqluğu ilə diqqət çəkirdi. Buz kimi soyuq bir atmosfer vardı. Lavrov etiraf etdi ki, tərəflər arasında heç bir inam, güvən yoxdur.

Rusiyalı baş diplomat onu da etiraf etdi ki, Böyük Britaniya-Rusiya münasibətləri son illərdə ən aşağı səviyyəyə düşüb.

Maraqlıdır ki, Fransa və Almaniyadan fərqli olaraq Böyük Britaniya Rusiya ilə münasibətləri yaxşılaşdırmağa qətiyyən tələsmir. Əksinə, London Rusiyanı mümkün qədər künsə sıxışdırmağa çalışır və bu da hazırkı situasiyada ən optimal taktikadır. Böyük Britaniyanın uzaq gələcəyə hesablanmış planları var.

P.S.
Liz Trass və Lavrovun bu fotosu da iki "mehriban düşmən"in görüşü kimi diqqəti cəlb edir.

Bəybala Mirzəyev


Xəbər 1156 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +