DSX-nın baş çavuşu intihar edib
Bu tarixdən şagirdlərin yerdəyişməsi dayandırılacaq
Bərdədə ər arvadını güllələdi
Polis maşını qəzaya düşdü, xəsarət alan var
Bakıda “TEKNOFEST Azərbaycan” festivalı başlayır
Yaşayış binasında yanğın: Ölən var...
“Bizim üçün Azərbaycan hər zaman birincidir” - Bayraktar
Cavid Qurbanov müəmması: vuruldu, yoxsa..? - RƏYLƏR
“Bölgələrdə işsizliklə bağlı məsələyə baxıslın” - Deputat
Məscidlər diplomsuz mollalardan təmizlənir - Açıqlama


07.01.2022  12:44 

Yalançı qazilərin, saxta müharibə iştirakçılarının karikaturası...





A+  A-

Açığını deyəcəyəm, həmişə mənə dələduzların digərləri üzərində psixoloji üstünlük qazanaraq onları ram etməsi üçün seçdikləri ifadələr maraqlı gəlib.

Dələduzluq yaltaqlıq kimi sağalmaz “xəstəlikdir”, bunun psixoloji tərəfləri üzərində araşdırma aparılsa, cümlə cümləyə calanar və ortaya maraqlı tədqiqat əsəri çıxarmaq olar.

Azərbaycan Vətən müharibəsində Ermənistan üzərindən qələbə qazandıqdan sonra bu qələbəni bir neçə cəbhədə mühafizə etmək üçün strateji xəttini diktə edə bildi.

Amma qələbənin ideoloji mühafizəsini hələ ki həyata keçirə bilmirik, bəlkə də normaldır, axı postmüharibə dövrü ictimai həyatda ziddiyyətlərlə zəngin olan sindrom gətirir.

Kimlərsə sanki bu ziddiyyətlər çatının genişlənməsində, daha dərin məzmun formasını almasında olduqca maraqlıdırlar.

Seçilən metoda baxaq: müharibə, qazi adına sığınaraq dələduzluq. Bu cür hallar ictimai münasibətlərin rəngini tündləşdirilir.

Bu kontekstdə dələduzluq fərdi ehtiras və şöhrətpərəstlik müstəvisindən çıxaraq ictimaiyyətin sarı siminə toxunmaq mərhələsinə qədəm qoyur, nəticədə bu dələduzlar öz varlanmaq niyyətlərini ictimai dəstək qazanaraq həyata keçirirlər.

Ancaq kimlərsə unudur ki, oğurluq və yalanı ört-basdır etməyin ömrü el dili ilə desək 40 gün (şərti) çəkir.

Məsələnin daha acınacaqlı tərəfi budur ki, utanmadan, qızarmadan ideoloji çalar qazanan dələduzluğun motivləri ölkə hüdudlarından kənara da daşınır.

2021-ci ilin yayında Türkiyəni cənginə alan meşə yanğınlarında fədakar yanğınsöndürənlərimiz canla-başla işlərini gördülər. Ona görəmi ki, sabah Rasim Əhmədli kimilər ortaya çıxsın, onların haqqına girərək özünü həmin yanğınsöndürənlərin komandiri kimi təqdim etsin?

Mükafatlar alsın, “yanğınların söndürülməsində iştirakı”na İkinci Qarabağ Müharibəsində “döyüşdüyü faktını” da calasın.

Rasim Əhmədli deyəsən utanmazlığın sərhədlərini itirib, hələ onun xüsusi təyinatlı qüvvələrin formasını geyinməsi, qoluna nizamnamədə uyğun olmayan şevronlar yapışdırması, səhra formasına uyğun gəlməyən polkovnik rütbəsini çiyninə taxması da ayrı bir mövzudur.

Yayılan fotolardan və videolardan görürük ki, Rasim Əhmədli geydiyi formaların üzərinə yapışdırmadığı şüar, söz. Axı elementar məntiq bunu deyir ki, bu cür geyim hərbi nizamnaməyə uyğun deyil. Belə olan təqdirdə Rasim Əhmədli hansı məharətlə Türkiyədə bələdiyyə sədrlərini və digərlərini aldadıb?

Rasim Əhmədli üçün görünür ki, mənəvi dəyərlər də itib, o, şəhidlərin, müharibədə döyüşənlərin haqqını barbarca mənimsəyib.

Daxili İşlər Nazirliyi isə məlumat yayıb ki, əvvəllər məhkum olunan Rasim Əhmədli sən demə dələduzluq maddəsi ilə axtarışda imiş.

“Dələduzlara xas olan bütün ritual qaydalara da ciddi əməl edib.

Saxta polkovnik Rasim Əhmədli əvvəllər də Cinayət Məcəlləsinin 178 (dələduzluq), 221 (Xuliqanlıq) 29.120 (qəsdən adam öldürməyə cəhd) maddələri ilə məhkum olunub. Ötən ilin noyabrında dələduzluq əməlinə görə beynəlxalq axtarışa verilib. Saxlanılması üçün müvafiq tədbirlər görülür”, - Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev belə deyib.

Elşad müəllim deyir ki, Rasim Əhmədli kimə salam veribsə, onu aldadıb, ona kim inanıbsa zərər çəkib.

Mənəvi prinsiplərə tüpürərək varlanmaq kimlərinsə həyatını rahatlaşdıra bilər, amma elələri bilməlidirlər ki, hər şeyin geci-tezi var.

Özünü gah Fövqəladə Hallar Nazirliyinin, gah Müdafiə Nazirliyinin əməkdaşı, gah dron mütəxəssisi, gah da qazi kimi qələmə verən Rasim Əhmədli müharibə, şəhid adına sığınaraq dələduzluq edənlərin karikaturasıdır.

Nə qədər ki, gec deyil, sarı simlərə toxunaraq dələduzluq edənlər, müharibə olmadığı təqdirdə özünü qazi kimi təqdim edənlər, yaralanmadığı halda özlərini yaralanmış kimi aparanlar Rasim Əhmədlinin ifşa edilməsindən dərs çıxarmalıdırlar.

Nə qədər gec deyil, dələduzluq fikrinə düşənlər öz ehtiraslarının qar topası kimi böyüməməsi üçün fikirlərindən daşınsınlar, əks təqdirdə isə onsuz da böyük ictimai ifşa dalğasının altında əziləcəklər.


Bu arada, az qala yaddan çıxmışdı. Rasimin Həcc ziyarətindən fotosu da var. Amma onun real foto yaxud fotoşop məhsulu olduğunu müəyyən etmək də qəliz məsələdir.

Aqşin Kərimov
XəzərNews.az


Xəbər 586 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.05.2022  19:10 

DSX-nın baş çavuşu intihar edib

25.05.2022  11:52 

Putin hansı halda devrilə bilər?

25.05.2022  11:45 

Biz hamımız, Xoşqədəm tək!


BÜTÜN XƏBƏRLƏR +