Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


05.01.2022  11:00 

Qazaxıstan çalxalanır, etirazlar ölkəni bürüyür, əhali bahalaşmaya qarşı...





A+  A-

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almatı şəhəri və Manqistau vilayətində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi ilə bağlı sərəncam imzalayıb.

Həmin ərazilərdə fövqəladə vəziyyət rejimi yanvarın 5-dən 19-na qədər davam edəcək.

Almatı şəhərində fövqəladə vəziyyət rejimi çərçivəsində 23:00-dan 07:00-a qədər komendant saatı da tətbiq olunacaq.

Məlumata görə, sözügedən qərar ölkədə bir neçə gündür davam edən qazla bağlı etirazlar fonunda ictimai təhlükəsizliyi təmin etmək, vətəndaşların hüquq və azadlıqlarının bərpa olunması məqsədilə verilib.

Prezidentin xalqa müraciəti effekt vermir...

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib.

Dövlət başçısı müraciətini özünün "Twitter" səhifəsində yerləşdirib.

Hökumət ona verilən səlahiyyətlər çərçivəsində ölkədə sabitliyi təmin etmək üçün Manqistau vilayətində maye qazın qiymətini bir litr üçün 50 təngəyə endirmək qərarına gəlib.



Hökumətin istefası qəbul edilib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib.

Bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir.

Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

Qazaxıstanın Baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Əlixan Asxanoviç Smailova həvalə edilib.

Hazırda Ə. Smailov baş nazirin birinci müavini vəzifəsini tutur. Əvvəlki hökumət ötən ilin yanvarında Milli Məclisə - respublika parlamentinin aşağı palatasına seçkilərdən sonra təsdiq edilib.

O zaman, Əsgər Mamin yenidən Nazirlər Kabinetinin rəhbəri təyin edilmişdi. O, bu vəzifəni 2019-cu ilin fevral ayından tuturdu.

Aksiyalar zamanı 200-dən çox insan həbs olunub

Bu arada Qazaxıstanda baş verən aksiyalar zamanı 200-dən çox insan saxlanılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Dövlət məmurlarına qarşı zorakılıq, xuliqanlıq, dövlət binalarına hücum kimi 13 fakt üzrə ibtidai istintaqa başlanılıb.

Aksiyaların qarşısını alarkən daxili işlər orqanlarının 95 əməkdaşı xəsarət alıb. 37 şirkət avtomobili zədələnib.



Zavod direktoru saxlanıldı

Qazaxıstanın Manqistau vilayətinin Janaozen rayonundakı təbii qaz emalı zavodunun direktoru saxlanılıb.

Bildirilib ki, onunla birlikdə maye qazın elektron ticarəti bölməsinin rəhbəri də saxlanılıb.

Məlumata görə, zavod direktoru heç bir səbəb olmadan təbii qazın qiymətini bahalaşdırıb.

Xatırladaq ki, Qazaxıstanda yanvarın 2-dən Janaozen rayonu başda olmaqla Manqistau vilayətinin digər bölgələrində etiraz aksiyaları keçirilib. Sakinlər maye qazın qiymətinin kəskin artmasına etiraz ediblər. Ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb.

Hökumət Manqistau vilayətində maye qazın qiymətini 1 litr üçün 50 təngəyə (0,11 dollara və ya 20 qəpik - red.) endirsə də etirazlar davam edir.

Ölkə Prezidenti Kasım-Jomart Tokayev vilayətdə yanvarın 19-dək fövqəladə vəziyyət rejimi elan edib.

Xəbər 1059 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +