Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


15.12.2021  16:28 

ƏRDOĞANIN MİFİK BAXIŞI VƏ TL-nin TALEYİ





A+  A-

Türkiyədə iqtisadiyyatında iqtisadi tənəzzül elemantlərindən olan milli valyutası olan TL-nin dəyəri kəskin sürətdə aşağı düşüb.

Bir neçə ay öncə 1 ABŞ dolları qarşısında 3,4 TL nisbətində olan lirə hazırda 14 TL-ə yüksəldi. Nəticədə Türkiyənin milli valyutasının faizlərlə deyil, dəfələrlə dəyər itirməsi baş verdi.

Bazarlar milli valyutanın dəyər itirməsindən çaşqınlıq içərisində çabalayır. İqtisadiyyatda qeyri-müəyyənliklər artır. İnvestorlar “isti” pullarını ölkədən çıxarır. Mühacir kapitalın axını sürətlənir. Sərmayələrin təbiəti ciddi formada dəyişir. İstehlakçılar çaş-baş içərisində və s.
Bu vəziyyətdə dövlət başçısının çıxış mətni necə olmalıdır? Gözləntiləri necə idarə etməlidir?

İqtisadiyyatın sabahına dair hansı ümidlər verməli və hansı gerçək ssenriləri söyləməlidir? İqtisadi komanda böhran riski yaradan tənəzzül elementlərini cəmiyyətə necə təqdim etməli və onları çatdırmalıdırlar?



Dövlət məsuliyyəti və dövlətçi ərkanı olan komanda bunun üçün səfərbər olmalı və ağıllı qərarları qəbul etməlidirlər. Ərdoğan nə edir? Sinəsin təkbaşına olaraq qabağa verməklə xalq qarşısında çıxışları ilə kompitent olmadığı müstəvidə özünü hamıya güldürür. Belə bir vəziyyətdə Ərdoğan iqtisadi həll, çıxış yolu göstərmək əvəzinə bu dəfə də maraqlı çıxış edib. O, “Quran”dan ayə oxuyaraq bunları söylədi: “Rəbbimiz Quranda buyurur ki, əlbəttə, biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. Səbr edən şəxslərə müjdə ver”.

Dəqiq xatırlayıram. Bu haqda özümün iqtisadi qeydlər kitabçama 2018-ci ildə Ərdoğanın ehkamçı bir çıxış qeydin yazmışdım. O zamanı da oxşar ritorika ilə çıxış edərək, “onların dolları varsa, bizim də Allahımız var” dedi. Dini baxışı olan dövlət başçısına bir fikir xatırlanmalı idi ki, Allah da deyir: “Tədbir səndən, təqdir məndən.”



Dövlət başçısı xəyalpərvər oldusa, həmin cəmiyyət batmışdır deməkdir. Dövlət başçısı özünü imam, şeyx kimi apardısa, o uzaqbaşı dini mühakiməsi və inancı olan bir qrupun maraqlarının daşıyıcı ola bilər. O, fərqli dəyər daşıyıcılarını öz aurasında səfərbər edə bilməz. Əgər sizin poetik duyğulu şair dövlət başçınız varsa, o zaman düşünməlisiniz ki, nə zamansa həmin dövlətin maraqları emosiyaların altına düşəcək. Onun baxışları bir qrup dinçi kəsimin ürək sözlərini ifadə etməklə özünə və onlara təsəlli verəcək, amma dövlətinizin strateji vizyonu olmayacaq. Dövlət başçısı yalnız dini ehkamlar üzərində düşüncələrini fokuslayırsa, bilin ki, nə dünya onun, nə də o, dünyanın dilini anlamayacaq. Sonucda sizin dövlət maraqlarınız dövlət başçınızın hissi-emosional maraqlarının və sentimantal duyğularının qurbanı da ola bilər. Təəsüflə qeyd etməliyəm bu düşüncə və yanaşma tərzi Türkiyənin dövlət başçısı cənab Ərdoğanın ritorikasında aydın sürətdə hiss olunur.

Ərdoğanın Azərbaycana münasibətdə etdiyi qardaşlıq missiyasın da Türkiyənin heç bir dövlət başçısı etmədi. Amma Türkiyənin daxili siyasətində, xüsusilə iqtisadi siyasətində etdiyi ciddi xətaları da bilməmiz lazım.

Məhəmməd Talıblı

Xəbər 1029 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +