Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


13.12.2021  20:09 

“3+3” və ya “3+2” yox, “2+3”!..





A+  A-

Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya və İranın xarici işlər nazirlərinin müavinləri bu günlərdə Moskvada bir araya gələrək “3+3” regional əməkdaşlıq platformasının təməlini atmaq istiqamətində beştrərfli görüş keçirdilər.

Maraqlıdır, görüşdə 5 tərəf olsa da, formatın adı “3+3“ kimi saxlanıldı. Hətta 5 ölkə 6-cı ilə məşvərət etmədən "3+3" regional məşvərət platforması belə yaratdı.

Təbii ki, belə ciddi işə bu cür yanaşma bir qədər komik oldu - Gürcüstan bu layihəyə qoşulmayacağını əvvəlcədən bəyan etmişdi. Həmçinin təxmin etmək də çətin deyil ki, mövcud geosiyasi konyunktura dəyişməzsə, rəsmi Tiflis perspektivdə Rusiyanın tərəf olduğu formata qatılmaqda maraqlı olmayacaq.

Bəzi mənbələrsə Moskvadakı görüş formatını “3+2” kimi təqdim etdilər. Əslində, regional əməkdaşlığın bazasını Cənubi Qafqaz təşkil etdiyi və bölgə üç dövlətdən ibarət olduğu üçün (Moskvaya görə, Suxumi və Sxinvalidəki tatnınmamışlarla birlikdə regionda azı 5 dövlət var) ilk “3”lük Azərbaycan, Ermənistan və Gürcüstanı nəzərdə tutur. İlk növbədə bu üç dövlət ətrafının rahat buraxmadığı bu 186 min kvadratkilometrlik məkanda nə formalaşdırmaq istədikləri barədə qərar verməlidirlər. Hələlik isə reallıqda Gürcüstan bu platformaya qoşulmadığı üçün format bu konfiqurasiyada olmalıdır: “2+3”.



Rəsmi Tiflisin yeni regional formata yaxın durmamasının səbəbləri başa düşüləndir: vaxtilə Azərbaycan Ermənistanın iştirak etdiyi layihələrə qoşulmadığı kimi Gürcüstan da onun torpaqlarını işğal edən Rusiya ilə bir masa arxasında oturmaq istəmir.

Digər tərəfdən, gürcülərdə Zəngəzur dəhlizinin Azərbaycan-Gürcüstan-Türkiyə tranzitlərini ikinci plana sıxışdıra biləcəyinə dair nigarançılıq var. Belə mülahizələr də var ki, yeni platformaya qoşulmayan Gürcüstan regionda təklənə bilər.

Gürcüstan regionda formatdankənar tək dövlət kimi qala bilər, amma təklənəcəyi iddası arqumentsizdir. Ankara və Bakının Tiflislə strateji tərəfdaşlıq səviyyəsi ən azı yaxın və ortavədəli perspektivdə Gürcüstanın regionda təklənəcəyindən danışmağa əsas vermir.

Hər halda, Gürcüstandan keçən marşrutlardan fərqli olaraq, Zəngəzurdan keçən yollar qeyri-müəyyən müddətə Rusiyanın nəzarəti altında olacaq.

Türkiyənin Cənubi Qafqazda mövqelərinin güclənməsi faktiki olaraq yalnız Azərbaycanla deyil, həm də Gürcüstanda fəallığının artması ilə bağlıdır.

Sirr deyil ki, Rusiyanın “3+3” formatında əsas hədəfi başda ABŞ olmaqla Qərbi regondan kənar saxlamaq və Gürcüstana hansısa formada təsir riçaqları əldə etməkdir. Gürcüstan yeni oyuna qoşulmamaqla faktiki olaraq Moskvanın planlarını pozur.



Aydındır ki, “tək” qalmış Gürcüstan ABŞ və müttəfiqlərinin üzünə regiona giriş qapısının tam qapanmasına imkan verməməklə Qərbin hərbi-siyasi və böyük maliyyə dəstəyini arxasına alacaq. Bu, özəlliklə də Ukrayna və Gürcüstanın NATO-ya üzvlük məsələsi Kremli özündən çıxarır. Maraqlıdır, Azərbaycan Rusiyanın Ermənistana silah satmasına etiraz edəndə bunu “özünün müstəsna suveren hüququ” sayan, 100 minlik qoşununu Ukrayna sərhədinə yığmasını “öz ərazimdir, öz qoşunumdur, özüm bilərəm” tipli izah edən Moskva Ukrayna və Gürcüstanın NATO-ya qoşulmasını Kiyev, Tiflis və Şimali Atlantika Blokunun müstəsna hüququ saymır. Bu günlərdə Rusiya XİN ultimatum verərək Ukrayna və Gürcüstanın NATO üzvü olmasını Avropada təhlükəsizliyə dair hərbi alyansın 2008-ci il Buxarest sammitinin qərarına və ATƏT ölkələri liderlərinin götürdüyü kodeks-öhdəliyə - “öz təhlükəsizliyini başqasının təhlükəsizliyi bahasına möhkəmlətməmək“ prinsipinə (1994-cü il, Budapeşt sammiti) zidd olduğunu bildirib.

Dünya tarixində belə zəhlətökən, yaddaşı belə qısa ölkə görünməyib. Rusiya zombi-dövlətdir - beynəlxalq öhdəliklərini kefi istədiyi vaxt zehnindən tamamilə silə bilir, 2008-ci ildə Gürcüstana, 2014-cü ildə Ukraynaya girəndə etdiyi kimi...

Qəzənfər Həmidoğlu



Xəbər 865 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +