Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


12.12.2021  22:07 

Keçmiş SSRİ-nin xiffətini çəkən adam...





A+  A-

Rusiya Prezidenti Vladimir Putin 30 il bundan öncə dağılıb tarixin küllüyünə qovuşan qırmızı şər imperiyası - Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) ilə bağlı nostalji və təəssüfünü heç vaxt gizlətməyib. O, hətta bu dövlətin dağılmasını müsahibələrindən birində "geosiyasi fəlakət" də adlandırmışdı.

“Rossiya 24” telekanalında yayımlanan “Müasir tarix” filmində Putin yenidən bu mövzuya qayıdıb.

Belə ki, Rusiya prezidenti "SSRİ-nin dağılması şəxsən onun üçün nə oldu?” sualına cavab olaraq SSRİ-nin dağılmasının bir çoxları kimi onun üçün də faciə olduğunu bildirib.

Kreml rəhbəri həmçinin Sovet İttifaqının dağılmasını "tarixi Rusiyanın dağılması" kimi dəyərləndirib.



Putin bu gün də SSRİ-nin dağılması ilə barışa bilmir. Bunun bir səbəbi də psixoloji amillə bağlıdır. Ömrünün ən yaxşı yeniyetməlik və və gənclik illərini SSRİ dönəmində yaşayan Vladimir Vladimiroviç bu dövlət dağılandan sonra həyatın dibinə düşüb.

O, hətta taksi sürücüsü kimi də işləməli olub. Putin 1990-cı illərdə şəxsi sürücü kimi bəzən əlavə pul qazanmalı olduğunu etiraf edib. Həmin illərdə ölkənin ağır iqtisadi vəziyyətini təsvir edən “Müasir tarix” filminin aparıcısı bir çox ixtisaslı mütəxəssislərin çətinliklə çörək qazandığını qeyd edib.



Bu fikirlə razılaşan Putin deyib ki, "Bəzən taksi sürücüsü kimi əlavə pul qazanmalı olurdum. Bu barədə danışmaq xoşagəlməzdir, amma təəssüf ki, bu belə idi".

O, daha sonra Leninqrad Dövlət Universitetində rektorun köməkçisi işləyib. Rektor isə öz növbəsində onu Sankt-Peterburq şəhərinin meri Anatoli Sobçaka bacarıqlı icraçı kimi təqdim edib. Və həmin andan etibarən Putinin yüksəlişi başlayıb.

O, Sobçakın administrasiyasında rəsmi olaraq xarici əlaqələr komitəsinin sədri kimi fəaliyyət göstərsə də, ancaq eyni zamanda Sobçakın həm köməkçisi, həm də mühafizəçisi olub. Və hətta rəsmi görüşlərdə, tədbirlərdə Sobçakın portfelini, diplomatını da daşıyıb.



Sobçakın təkrar mer seçkilərində məğlubiyyətindən sonra Putin onunla yollarını ayırıb və Moskvaya köçüb. Burada da dostları onun karyera pillələri ilə sürətlə yüksəməsində və Rusiyanın o vaxtkı prezidenti Yeltsinin əhatə dairəsinə düşməsində mühüm rol oynayıblar.

1999-cu ildə Yeltsin onu özünə siyasi varis təyin edib. Və beləcə, bir taksi sürücüsü Rusiya Federasiyasının prezidentinə çevrilib.

Lakin Putin hələ də keçmiş Sovetlər İttifaqı üçün darıxmaqda davam edir. Və o, bu gün də bütün vasitələrlə SSRİ-nin bərpasına çalışır. Lakin hələlik bunu alındıra bilmir. Çünki tarixi şərait və geosiyasi reallıqlar buna imkan vermir. Təki heç vaxt alındıra bilməsin!

Hazırladı:
Bəybala Mirzəyev


Xəbər 1213 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +