Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


09.12.2021  10:19 

FHN generalının oğluna məxsus saymaqla bitməyən şirkətlər: SİYAHI





A+  A-

Jurnalist Cavanşir Həsənli fövqəladə hallar nazirinin birinci müavini, general-leytenant Rəfael Mirzəyevin oğlu Rəşad Mirzəyevin İngiltərədə mövcud biznesi haqında maraqlı məlumatlar paylaşıb.

XəzərNews.az C.Həsənlinin təqdim etdiyi sənədlərə istinadən xəbər verir ki, 2019-cu ildə Rəfael Mirzəyevin oğlu Los-Ancelosda 5670 WILSHIRE BLVD, STE 1838 hüquqi ünvanında WEBSITECA LLC (qeydiyyat nömrəsi 201914810569) şirkətini qeydiyyatdan keçirib.

Amma bu onun ilk şirkəti deyil, Rəşad Mirzəyev əsasən informasiya texnologiyaları sahəsində ixtisaslaşmış bir neçə şirkətin təsisçisi və icraçı direktorudur.

O, Azərbaycanda fəaliyyət göstərən “118” sorğu xidmətini təqdim edən "118 XİDMƏTI" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni hələ 2010-cu ildə 22 yaşlı olarkən təsis edib.
2011-ci ildə o, "DAYANACAQ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni, ardınca ATL GROUP-a daxil ilk şirkəti - "ATL KONSALTİNQ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİ qeydiyyatdan keçirib.

Sonrakı illərdə FHN-in birinci müavininin oğlu rəhbərlik etdiyi ATL GROUP-a daxil olan yeni şirkətlər açıb:

- "ATL ELECTRONİCS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
- "ATL AKADEMIYA" Məhdud Məsuliyyətli Cəmiyyəti
- "ATL LOGISTICS" Məhdud Məsuliyyətli Cəmiyyəti
- "ATL RENT-A-CARS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
- "ATL SERVICE" Məhdud Məsuliyyətli Cəmiyyəti
- "ATL SMS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ.

"ATL SERVICE" MMC Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun oğlu Nazim Xanlarovun adına rəsmiləşdirilib.

Əlbəttə, Rəşad Mirzəyevin biznes şəbəkəsi informasiya texnologiyaları və konsaltinq xidmətləri ilə məhdudlaşmır.

O, 2016-cı ildən fast-food biznesinə də girişib. Həmin il "ƏJDAHA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİ təsis edən Rəşad Mirzəyev artıq paytaxtın Bülbül prospekti, Cəfər Cabbarlı, Nəcəfqulu Rəfiyev və Cəmşid Naxçıvanski küçələrindəki eyniadlı dönərxanaların sahibidir.

Nazir müavininin oğluna məxsus "FLEXY" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN fəaliyyət istiqaməti isə bəlli deyil.

Xatırladaq ki, Rəfael Mirzəyevin oğlu Rəşad Mirzəyev İngiltərənin Brayton şəhərindəki “Bellerbys” kollecini və Londonun City Universitetinə aid “CASS Business School” məktəbinin məzunudur. R.Mirzəyev 2019-cu ildə ABŞ-ın Stanford universtitetində kurs keçib.
















Xəbər 17040 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +