Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


04.12.2021  10:49 

Fərqli bölgələr üçün fərqli QAZ qiymətləri...- VİDEO





A+  A-

Soyuq havaların üstünlük təşkil etdiyi bölgələrdə daha çox qaz istehlak edilir. Nəticədə 1200 kubmetrlik ilkin limit daha tez aşılır. Amma istər aran, istərsə də dağlıq rayonların sakinləri eyni tariflə ödəniş edirlər. Bu isə qiymətlərin iqlim şəraitindən asılı olaraq müəyyən edilməsini gündəmə gətirir. Bəs fərqli bölgələr üçün fərqli qiymətlər tətbiq edilə bilərmi?

Azəriqaz İstehsalat Birliyi məsələyə aydınlıq gətirib.

``Azəriqaz`` İstehsalat Birliyinin departament rəisi Vüqar Qocayev müxtəlif iqlim şəraitinə malik bölgələrə fərqli qaz tariflərinin tətbiq edilməsi ilə bağlı məsələnin gələcəkdə nəzərdən keçirilə biləcəyini bildirib.

Onun sözlərinə görə, şəhər və rayonlar arasında temperatur göstəricilərindən asılı olaraq istər nəzərdə tutulan 1200 kub metrlik ilkin limitin, istərsə də qazın istehlak qiyməti ilə bağlı differensial, yəni fərdi yanaşmanın tətbiqi birbaşa Tarif Şurasının səlahiyyətindədir. Amma gələcəkdə bu məsələyə baxıla bilər.

Vüqar Qocayev bəzi binalarda qaz sayğaclarının bloklarda deyil, eyvanlarda quraşdırılmasına da aydınlıq gətirib. Bildirib ki, həmin sayğacların sökülməsi nəzərdə tutulmur. Çünki bu məsələ bina tikilərkən layihədə nəzərdə tutulmalı idi.

Keçirilmiş mətbuat konfransında qazla təmin ediləcək yaşayış məntəqələrindən də danışılıb. Bildirilib ki, cari ildə 55 yaşayış massivi və kənddə qazlaşma işləri aparılıb. 2022-ci ildə isə daha 110 məntəqə qazlaşdırılacaq.



Xəbər 1648 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +